Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Xameneidən Qərbə mesaj: Nüvə proqramı bəhanədən başqa bir şey deyil

    29 İyul 2025 19:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Nüvə proqramı, uranın zənginləşdirilməsi və insan haqları məsələləri İrana qarşı bəhanələrdir.

    AzerVoice xəbər verir ki, bu sözləri İranın Ali Dini Lideri Ayətullah Seyid Əli Xamenei İsrailin ölkəyə qarşı həyata keçirdiyi son hücumunda həlak olanların anım mərasimində çıxış edərkən deyib.

    O, Qərbin təzyiqlərinə meydan oxuyaraq ölkəsinin irəliləmək və zirvələrə çatmaq əzmində olduğunu bəyan edib.

    “Onların nüvə proqramı, uranın zənginləşdirilməsi və insan haqları kimi bəhanələrlə irəli sürdüyü ittihamların heç bir əsası yoxdur. Əslində onları narahat edən əsas məsələ, İranda elmin, texnologiyanın, humanitar və dini sahələrin güclənməsi və bu sahələrdə yeni yanaşmaların ön plana çıxmasıdır” - deyə, Xamenei bildirib.

    “Düşmənlərə baxmayaraq, İranı tərəqqi və şöhrət zirvəsinə çatdıracağıq. İran xalqı bu potensiala malikdir və Allahın izni ilə bu məqsədlərə nail olacaq” - deyə, o əlavə edib.

    Xamenei, həmçinin qeyd edib ki, İran xalqı 12 günlük müharibə zamanı böyük uğurlar əldə etməklə bərabər, qətiyyəti və dirənişi ilə dünyaya gücünü nümayiş etdirib.

    O bildirib ki, bu hadisələr İran üçün yeni deyil və ölkə inqilabdan bu yana daxili fitnələr, hərbi və siyasi sui-qəsdlər, hətta çevriliş cəhdləri daxil olmaqla bir çox sınaqlardan keçib və onların öhdəsindən gəlib.

    Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək rütbəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər həlak olub. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas çağırılmasını istəyib.

    Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

    ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

    İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

    #İsrail #İran #ABŞ #Nüvə tərksilahı üzrə konfrans #Əli Xamenei #Ayətulla Seyid Əli Xamenei #nüvə silahı #nüvə proqramı #İran raket proqramı #İsrail və İran gərginliyi #Nüvə tərksilahı #İranın nüvə irəliləyişi #İsrail və İran münasibətləri #İsrail-İran münaqişəsi #İranın nüvə proqramı #İran nüvə proqramı #İranın nüvə danışıqları #İranın nüvə proqramı və beynəlxalq reaksiyalar #Nüvə proqramları #Ayətullah Xameneinin regional siyasəti #Ali Xamenei 2025 #İranın nüvə proqramı 2025 #Donald Trump və Ali Xamenei #Ali Xamenei Tramp qarşısında hansı vəziyyətdədir? #Ayətullah Xamenei #İran nüvə silahı #İran-ABŞ nüvə gərginliyi #İran nüvə təhlükəsi #Xamenei və iqtisadi qurumlar #İsrail İran hücumu #İran-İsrail qarşıdurması #Ayətullah Xamenei və İran siyasəti #Nətənz nüvə obyekti #Fordo nüvə obyekti #İran nüvə razılaşması #İranın yüksək rütbəli hərbçilərinin İsrail hücumu ilə öldürülməsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sudanda atəşkəs elan edildi

    7 Noyabr 2025 02:00

    Ceyhun Bayramov NATO nümayəndə heyəti ilə görüşüb

    6 Noyabr 2025 18:34

    İsrail ordusu Livanın cənubuna hava hücumu həyata keçirib

    6 Noyabr 2025 14:56

    İran, Çin və Rusiya səfirləri Vyanada nüvə məsələsi üzrə üçtərəfli görüş keçirib

    6 Noyabr 2025 12:28

    ABŞ-ın Qəzza ilə bağlı BMT qətnamə layihəsinə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ dəstək verib

    6 Noyabr 2025 09:38

    İran raket proqramını danışıqlardan çıxardı

    6 Noyabr 2025 09:02

    Rusiya nüvə sınaqlarına hazırlaşır

    6 Noyabr 2025 02:00

    C5+1 formatı Azərbaycanla birlikdə C6 formatına çevrilməlidir - Riçard Hoqland

    5 Noyabr 2025 20:17

    İran nüvə müfəttişləri ilə əməkdaşlığı gücləndirməlidir - Qrossi

    5 Noyabr 2025 12:25

    İran müharibə istəmir, amma hər hansı təxribatın cavabı sərt olacaq - Pezeşkian

    4 Noyabr 2025 14:59

    ABŞ-dan İraq-Türkiyə su əməkdaşlığına dəstək

    4 Noyabr 2025 11:46

    Qəzza atəşkəsinin monitorinqi çətindir - ABŞ Milli Kəşfiyyat Direktoru

    4 Noyabr 2025 09:39
    Demo
    XƏBƏR LENTİ

    Sudanda atəşkəs elan edildi

    Bu gün ABŞ siyasətində iki Afrika əsilli amerikalı ilkə imza atdı

    Tarixdə bu gün - 7 noyabr

    44 günlük Vətən müharibəsinin xronikası: 7 noyabr

    İslamabad Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

    Prezident İlham Əliyev: Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılır

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Məhkəmədə Arayik Harutyunla, Levon Mnatsakanyanla, Bako Sahakyanla, David Manukyanla və Arkadi Qukasyanla bağlı sübutlar elan olunub

    Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Prezident İlham Əliyevi təbrik edib

    İraqlılar Rusiya ordusuna necə cəlb olunur?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.