BAKI, AzerVoice
ABŞ və Çin arasında Stokholmda keçirilən danışıqlardan sonra gömrük rüsumları ilə bağlı mövcud güzəşt rejiminin daha üç ay müddətinə uzadılması barədə razılıq əldə olunub.
AzerVoice-un məlumatına görə, danışıqlar ABŞ-ın maliyyə naziri Skott Bessent və Çin Dövlət Şurası sədrinin müavini He Lifen tərəfindən iki gün ərzində aparılıb. Tərəflər tarif endirimlərinin qüvvədə saxlanılması barədə qərar veriblər.
Xatırladaq ki, may ayının ortalarında Cenevrədə keçirilən əvvəlki danışıqlarda ABŞ və Çin qarşılıqlı olaraq gömrük rüsumlarını 90 gün müddətinə azaltmağa qərar vermişdilər. Bu razılaşmaya əsasən, mayın 12-dən etibarən ABŞ-a idxal olunan Çin mallarına tətbiq olunan rüsum 115 faizdən 30 faizə, Çinə göndərilən Amerika məhsullarına isə 10 faizə endirilmişdi. Bu güzəşt müddəti avqustun 12-də başa çatacaqdı. Stokholm danışıqları isə 28-29 iyul tarixlərində baş tutub.