Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İsrail və ABŞ-ın yeni təcavüzünə qətiyyətli şəkildə cavab verəcəyik - Əraqçi

    28 İyul 2025 22:29
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İran, ABŞ və İsrail tərəfindən yeni bir hücum baş verəcəyi təqdirdə, buna tərəddüdsüz və qətiyyətli cavab verəcək və bu cavabın nəticələrini gizlətmək mümkün olmayacaq.

    AzerVoice xəbər verir ki, bu sözlər İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin verdiyi bəyanatda yer alıb.

    "İran, son ABŞ-İsrail təcavüzü zamanı baş verənləri, o cümlədən bizimlə yanaşı rəqiblərimizə qarşı həyata keçirilmiş zərbələrin miqyasını dəqiq bilir. Bu hücumlar hələ də tam şəkildə açıqlanmayıb. Əgər bu təcavüz təkrar olunsa, biz tərəddüdsüz və daha qətiyyətli şəkildə cavab verəcəyik və bu cavab gizlədilə bilməyəcək" - deyə, Əraqçi qeyd edib.

    Nazir, həmçinin bildirib ki, 12 günlük müharibə zamanı ABŞ və İsrail İranın nüvə obyektlərinə zərbə endirə bilsə də, bu, ölkənin uranı zənginləşdirmə əzmini zəiflədə bilməyib.

    “Çoxsaylı insan səyləri ilə yaradılmış texnologiya və elmi biliklər bir neçə bomba ilə məhv edilə bilməz” – deyə, Əraqçi vurğulayıb.

    Bundan əvvəl, ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, əgər İran yenidən nüvə obyektlərini bərpa etməyə çalışsa, Vaşinqton həmin obyektlərə yeni zərbələr endirməyə hazırdır.

    Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək rütbəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər həlak olub. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas çağırılmasını istəyib.

    Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

    ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

    İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

    #İsrail #İran #ABŞ #Donald Tramp #SEPAH #Abbas Əraqçi #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrail-İran münaqişəsi #İran-İsrail geosiyasi mübarizəsi #İran nüvə proqramı #İran və İsrail gərginliyi #İran İsrail münasibətləri #İran-İsrail gərginliyi #İran Xarici İşlər Nazirliyi #İran və İsrail kəşfiyyat savaşı #İsrail və İranın Suriya mübarizəsi #İran-İsrail münaqişəsi #İranın uran zənginləşdirməsi #İran və İsrail münasibətləri #İsrail və İran arasında artan gərginlik #İran və İsrail qarşıdurması #İran Silahlı Qüvvələri #İran-İsrail münasibətləri #İsrail İran hücumu #İran-İsrail qarşıdurması #İsrail İran hücumu 2025 #İsrail İran əməliyyatı 2025 #ABŞ-İsrail-İran üçbucağı #İsrail-İran atəşkəsi #İranın yüksək rütbəli hərbçilərinin İsrail hücumu ilə öldürülməsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail və Somaliland münasibətlərin inkişaf etdirəcəkləri barədə bəyanat yayıblar

    6 Yanvar 2026 21:57

    Sevil Mikaylova: Prezident İlham Əliyevin müsahibəsi strateji mesajdır və növbəti illərin yeni geosiyasi mərhələsinin təsvirini yaradır

    6 Yanvar 2026 17:28

    İran ABŞ-ın hegemonluğuna boyun əyməyəcək - SEPAH rəsmisi

    6 Yanvar 2026 13:58

    İsrail ordusu Suriyanın cənubunda hərbi reydləri davam etdirir

    6 Yanvar 2026 13:51

    Venesuela müxalifət lideri Maria Korina Maçado ölkəyə qayıdacağını bəyan edib

    6 Yanvar 2026 13:33

    Venesuela XİN rəhbəri ABŞ-ın hərbi təcavüzünü qınadığına görə İrana təşəkkür edib

    6 Yanvar 2026 12:02

    Venesuelada 1 ay ərzində seçki olmayacaq - Tramp

    6 Yanvar 2026 12:01

    İranda etirazlarda ölənlərin sayı 35-ə çatıb

    6 Yanvar 2026 11:36

    ABŞ vitse-prezidentinin evinə hücum edilib

    5 Yanvar 2026 17:19

    Maduro helikopterlə Manhetten məhkəməsinə aparılıb

    5 Yanvar 2026 16:59

    Kolumbiya suverenliyi heç bir xarici təhdidlə sarsıdıla bilməz - Kolumbiya lideri

    5 Yanvar 2026 16:25

    Tehranda MOSSAD agenti saxlanıldı

    5 Yanvar 2026 15:45
    Demo
    XƏBƏR LENTİ

    Ötən ay Qarabağ və Şərqi Zəngəzurda 5 min hektardan çox ərazi minalardan təmizlənib

    Qəzzada uşaqlar aclıq və travma səbəbindən öyrənmə qabiliyyətlərini itirirlər

    Türkiyədə narkotik satıcılarına qarşı əməliyyatlar: 424 nəfər saxlanıldı

    Filippinin sahillərində 6,4 bal gücündə zəlzələ baş verib

    Türkiyənin kimyəvi maddə ixracı 31 milyard dolları keçib (ÖZƏL)

    Yuxuda təyyarə görmək

    Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges kimdir?

    Kolumbiya xarici işlər naziri xarici təcavüz halında hərbi cavab veriləcəyini bildirib

    Bu gün ABŞ-da ilk prezident seçicilərinin vaxtı təyin edildi

    Tarixdə bu gün – 7 yanvar

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.