Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Müsəvinin açıqlaması İranda geniş sosial-siyasi sorğulamanın göstəricisidir - Ramin Vəkilov

    30 İyul 2025 18:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İranın tanınmış müxalif lideri və rejimin daxilindən olan Mirhüseyn Müsəvinin referendumla bağlı son açıqlaması ölkədə geniş rezonans doğurub. Bu barədə AzerVoice-a açıqlamasında siyasi ekspert Ramin Vəkilov deyib.

    “Müsəvinin çıxışı təkcə rejimə qarşı müxalifət reaksiyası deyil, eyni zamanda İran cəmiyyəti üçün daha dərin və geniş bir sorğu-suallaşmanın əksidir”-deyə o qeyd edib.

    Ekspert hesab edir ki, Müsəvi ölkədə baş vermiş ictimai etirazlara rəhbərlik etmiş, ev həbsinə məruz qalmış və siyasi fəaliyyətləri məhdudlaşdırılmış önəmli bir fiqurdur.

    “Təbii ki onun referendumla əlaqəli təklifi özlüyündə bir müaxlifət refleksidir. Ama məsələ sadəcə bundan ibarət deyildir. Müsəvinin referendum tələbi eyni zamanda İrandakı intellektual və ziyalı təbəqənin 45 illik İrandakı siyası sistemi sorğulamasının bir şəkildə təzahürüdür”-deyə R.Vəkilov əlavə edib.

    Siysi ekspert vurğulayıb ki, İranlı general Qasim Süleymaninin ölümündən sonra cərəyan edən hadisələr və bunun pik nöqtəsi olan 12 günlük müharibədə (İsrail və İran arasında) İran dövlətinin performansı toplumdakı bu kimi radikal təklif və çıxışların təkanverici qüvvəsi olmaqdadır.

    “Yaxın Şərqdə İranın mövqeyinin sürətlə zəifləməsi, İranın fərqli dövlət strukturlarına xarici kəşfiyat orqanlarının aşırı şəkildə sirayəti, İranın dövlət olaraq çəkindiriciliyini itiriməsi son nəticədə İrandakı mövcud rejimin uğursuzluğu olraraq qəbul edilməyə başlayıb. Eyni zamanda içəridəki iqtisadı böhran da geniş kütlələr tərəfindən rejimin ideoloji siyasi mahiyətinin nəticəsi olaraq görülür. İran zəngin təbii ehtiyatlara sahib olsa da, əhali bu sərvətlərdən öz payını ala bilmir. Buna görə həm iqtidar həm də ölkədəki siyasi sitem uzun müddətdir ciddi şəkildə sorğulanır,” – deyə o bildirir.

    Bütün bunlara baxmayaraq Ramin Vəkilovun fikrincə, belə bir referendumun keçirilməsi hazırda real deyil.

    “İran rejimini idarə edənlər yaxşı bilirlər ki belə bir addım onların yəni, ruhani elitasının tamamən hakimiyyətdən uzaqlaşdırılması və hətta mühakimə edilərək siyasi həyatın xaricinə atılması ilə nəticələnə bilər. Buna görə toplumun bütün təbəqələrinə nüfuz etmiş ruhani rejimi həm inzibati, həm də təbliğat-təşviqat vasitələrindən istifadə edərək bunun qarşısını alacaq. Digər bir tərəfdən, bilindiyi kimi İran klerikal yəni, dini ideologiyaya əsaslanan dövlətdir. Bu ideoloji əsasa görə hakimiyətin dünyəvi sistemə keçməsinin hüquqi (fighi) zəmini yoxdur. Yəni İran rejiminin əsasını təşkil edən vəlayəti-fəqih sisteminin hakimiyətin bir başqa sistemə ötürülməsini antolojik olaraq qəbul etməz. Yəni belə bir addımın İranda teolojik zəmini yoxdur” – deyə Vəkilov bildirib.

    R.Vəkilov qeyd edir ki, bütün bunlara baxmayaraq Müsəvinin bu çıxışı İran cəmiyyətində belə mövzuların açıq müzakirəyə çıxarılması bəlkə də gələcəkdə sosial-siyasi dəyişikliklərə yol açan mühüm bir addım olacaqdır. “Bu proses ölkədə bir çox mövzuların yenidən gündəmə gəlməsinə imkan verə bilər”-deyə o əlavə edib.

    #İran #Qasim Süleymani #referendum #İsrail və İran gərginliyi #İraq və İsrail münasibətləri #İsrail və İran münasibətləri #İsrail İran hücumu #Ramin Vəkilov #Siyasi sistemin sorğulanması #İranın gələcəyi #İran konstitusiyası #Teokratik rejim #Vəlayəti-fəqih #İran iqtisadi böhranı #İranın daxili siyasəti #İctimai etirazlar #İran rejimi #Siyasi dəyişikliklər #İran müxalifəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Pezeşkian ABŞ-la danışıqlarda Türkiyənin roluna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    11 Fevral 2026 13:44

    “Yolun düşsə bu dünyaya bir də gəl” və ya reinkarnasıya haqqında kiçik bir tarixi-dini dəyərləndirmə

    11 Fevral 2026 10:55

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İran ABŞ-la nüvə danışıqları barədə region ölkələrini məlumatlandırıb

    10 Fevral 2026 10:11

    İran ali liderinin müşaviri Əli Laricani Omana rəsmi səfər edəcək

    9 Fevral 2026 14:10

    İran raket proqramı üzrə danışıqlara getməyəcək - Əraqçi

    7 Fevral 2026 14:51

    İran ABŞ-la Maskat müzakirələrini dəyərləndirdi, Vaşinqton yeni sanksiyalar elan etdi

    6 Fevral 2026 21:36

    İran ABŞ-la Maskat dialoqunu müsbət qiymətləndirib

    6 Fevral 2026 20:12

    Zakir Həsənov iranlı həmkarı ilə hərbi əməkdaşlığın perspektivlərini müzakirə edib

    6 Fevral 2026 16:34

    İran və Oman XİN rəhbərləri Maskatda görüşüb

    6 Fevral 2026 12:04

    İrandakı iğtişaşlar səngimir: ABŞ hökuməti vətəndaşlarını Ermənistana və Türkiyəyə yönləndirir

    6 Fevral 2026 09:47

    Səudiyyə Ərəbistanı və İran xarici işlər nazirləri nüvə danışıqları öncəsi regional sabitliyi müzakirə ediblər

    5 Fevral 2026 10:25
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Qazaxıstana xalça ixracında 9 faizlik azalma (ÖZƏL)

    Pezeşkian ABŞ-la danışıqlarda Türkiyənin roluna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib

    ASELSAN Bakı-nın 28-ci ildönümü qeyd olunur

    Azərbaycan və Çin metrologiya sahəsində əməkdaşlıq edəcək

    Türkiyə istehsalı pilotsuz dəniz vasitələri Səudiyyədə

    İran rejimi və nüvə təhlükəsi: regional gərginlikdə yeni mərhələ

    Prezident İlham Əliyev: Azərbaycanın xarici siyasətində müsəlman və ərəb ölkələri ilə əlaqələr prioritetdir

    Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    Pezeşkian Prezident İlham Əliyevə təşəkkür edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.