BAKI, AzerVoice
Türkiyənin "Fənərbağça" klubu təcrübəli müdafiəçi Milan Şkrinyarı yenidən heyətinə qatır.
AzerVoice xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 30 yaşlı slovakiyalı futbolçu transfer prosedurlarını tamamlamaq üçün İstanbulda olacaq. Tibb müayinəsindən keçdikdən sonra onunla rəsmi müqavilənin imzalanması gözlənilir.
Qeyd edək ki, Milan Şkrinyar ilk olaraq, yanvarın 30-da 2024–2025 mövsümünün sonuna qədər PSJ-dən icarə əsasında "Fənərbağça"ya keçmişdi. Bu ilin iyun ayında onun icarə müddəti başa çatdı və o, PSJ-yə qayıtdı.