Əsas səhifə » Türkiyədən İrana avtomobil ixracı 60 milyon dolları keçib (ÖZƏL)

Türkiyədən İrana avtomobil ixracı 60 milyon dolları keçib (ÖZƏL)

BAKI, AzerVoice

Türkiyə 2025-cü ilin iyun ayında İrana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 37,2 faiz azalaraq, 5 milyon 61 min 75 dollara çatdırıb.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən İrana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz azalaraq, 60 milyon 614 min 65 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 19 milyard 986 milyon 716 min dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 3 milyard 408 milyon 167 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 30,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 39 milyard 495 min 509 dollar məbləğində avtomobil ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice