Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    ABŞ-ın İranın Qəzza atəşkəsi danışıqlarına müdaxilə iddiaları əsassızdır - Bəqai

    29 İyul 2025 12:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-ın Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəs danışıqlarında İranın müdaxilə etməsi ilə bağlı iddialarını qətiyyətlə rədd edib.

    AzerVoice xəbər verir ki, nazirliyin sözçüsü İsmayıl Bəqai, ABŞ prezidenti Donald Trampın bu barədə səsləndirdiyi fikirləri “əsassız və məsuliyyətdən yayınma cəhdi” kimi qiymətləndirib.

    “İran, beynəlxalq ictimaiyyətin üzvü kimi, Qəzzada davam edən soyqırımı qətiyyətlə pisləyir və işğalçı İsrail rejiminin cinayətlərini dayandıracaq, Fələstin xalqının əzabını azaldacaq istənilən prosesi dəstəkləyir” – deyə Bəqai bildirib.

    Tramp daha əvvəl verdiyi açıqlamada, İranın atəşkəs danışıqlarına müdaxilə etdiyini və HƏMAS-a siqnallar və göstərişlər verdiyini iddia edib.

    Bu iddialara cavab olaraq Bəqai qeyd edib ki, HƏMAS nümayəndələri Qəzza xalqının mənafeyini qorumaq və müvafiq qərarlar vermək üçün tam səlahiyyət və qabiliyyətə malikdir və üçüncü tərəflərin müdaxiləsinə ehtiyac yoxdur.

    Bəqai ABŞ-ı İsrailin Qəzzada törətdiyi cinayətlərdə, o cümlədən qadın və uşaqlar da daxil olmaqla 60 minə yaxın insanın ölümündə, dolayısı ilə iştirakda ittiham edərək, bu kimi açıqlamaların Vaşinqtonun məsuliyyətdən yayınmaq məqsədi daşıdığını bildirib.

    İsrailin Qəzzanı blokada altında saxlaması və humanitar yardımın qarşısını almasına diqqət çəkən Bəqai, ABŞ rəhbərliyinə çağırış edib.

    “Vaşinqton İsrailə ölümcül silahlar göndərməyi dayandırmalı, onu soyqırımı bitirməyə məcbur etməli və beynəlxalq mexanizmlər vasitəsilə humanitar yardımın Qəzzaya daxil olmasını təmin etməlidir”- deyə Bəqai bildirib.

    O, yalnız bu şərtlər daxilində Qəzzada dayanıqlı atəşkəsin mümkün ola biləcəyini və günahsız insanların həyatının xilas edilə biləcəyini vurğulayıb.

    #İran #Fələstin #Qəzza zolağı #ABŞ #Donald Tramp #HƏMAS #İran XİN #Donald Tramp və Qəzza planı #Donald Tramp 2025 siyasəti #İsmayıl Bəqai
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    Son bir ildə İranda 15 min nəfər yol qəzasında həlak olub

    16 Fevral 2026 10:56

    İsrailin Livanda endirdiyi zərbə nəticəsində 4 nəfər həlak olub

    16 Fevral 2026 10:02

    Türkiyənin dəri ixracında azalma, İrana satışda artım (ÖZƏL)

    15 Fevral 2026 18:00

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    Tehran danışıqların davamı üçün balanslı mövqe istəyir

    13 Fevral 2026 14:42

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43
    XƏBƏR LENTİ

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    Son bir ildə İranda 15 min nəfər yol qəzasında həlak olub

    Xaçmazda “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib

    Forrest Gump – Həyat bir qutu şokolad kimidir

    Hüquq Bələdçisi - Mediator kimdir?

    Fələstin dövlətini tanımamaq üçün heç bir hüquqi əsas yoxdur - Fələstin XİN rəhbəri

    İsrailin Livanda endirdiyi zərbə nəticəsində 4 nəfər həlak olub

    Quranda sözlərin təkrarlanma statistikası diqqət çəkir – İlahi mətnin simmetrik quruluşu araşdırılır

    Gün aşırı oruc tutmağın sirləri: Peyğəmbərimizin ən böyük tövsiyəsi

    Türkiyə limanları ilə 8 milyon tondan çox neft məhsulları daşınıb (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.