BAKI, AzerVoice
Avropada qadınlara qarşı zorakılıq, irqçilik və miqrantlarla pis rəftar ciddi problem olaraq qalır.
AzerVoice xəbər verir ki, Avropa
İttifaqının Əsas Hüquqlar Agentliyinin (FRA) bu gün dərc etdiyi
hesabatda demokratiyaya təhdidlər, gender əsaslı zorakılıq,
ayrı-seçkilik və nifrət cinayətlərinin geniş yayıldığı
bildirilib.
Sənəddə qeyd olunur ki, 2024-cü ildə 3500-dən çox miqrant Aİ
ölkələrinə dəniz yolu ilə çatmağa çalışarkən həyatını itirib və ya
itkin düşüb. Eyni zamanda, müsəlmanlara, yəhudilərə və
qaradərililərə qarşı zorakılıq və təzyiqlərin artdığı
vurğulanıb.
Qeyd edək ki, hesabatda hər üç qadından birinin Avropada gender əsaslı zorakılığa məruz qaldığı, dezinformasiya və süni intellektin isə azad və ədalətli seçkilərə təhlükə yaratdığı bildirilir.