Bakı,AzerVoice
Cahiliyyət dövründə Kəbəni məhv etmək və Xristianlığı yaymaq
məqsədilə Məkkəyə gələn həbəş ordusunun məğlub olması hadisəsidir.
Tarixi, səbəbi və nəticəsi haqqında mənbələrdəki rəvayətlər fərqli
olan Fil döyüşü hadisəsindən və həbəş ordusunun qeyri-adi şəkildə
məğlub olmasından Qurani-Kərimin eyniadlı – 105-ci surəsində bəhs
olunur.
“Rəbbinin fil sahiblərinə nə etdiyini görmədinmi?! (Bu
ayədə Kəbəni yıxmaq məqsədilə Məkkəyə hücum edən Əbrəhə və onun
fillərdən ibarət olan ordusunun məhv edilməsindən bəhs edilir.)
Allah onların hiyləsini boşa çıxartmadımı?!
Onların üstünə qatar-qatar quşlar göndərdi.
Quşlar onlara bişmiş gildən ibarət sərt daşlar atırdı.
Beləcə, Allah onları yeyilmiş əkin yarpağı kimi etdi.”
Fil döyüşü hadisəsi əhəmiyyətinə görə, VI əsrdə müəyyən bir müddət
bəzi ərəblər tərəfindən tarix başlanğıcı kimi istifadə
olunmuşdur.