Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Azərbaycan İslam Ensiklopediyası

    İslam Alimlərinin Riyaziyyat, Astronomiya və Coğrafiya Sahəsində Töhfələri

    22 İyun 2025 12:22
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Sarton məşhur riyaziyyatçı Məhəmməd ibn Musa əl-Xarəzmini IX əsrin birinci yarısının ən önəmli nümayəndəsi hesab edir. Alqoritm sözü onun adından yaranıb. Kompüter və hesablama maşınlarının inkişafında alqoritmin böyük rolu olub. “Bütün kompüterlər bir alqoritmdir” deyən Sarton, Xarəzmiyə “riyazi düşüncə sahəsində bütün orta əsr alimlərindən daha təsirli olmuşdur” deyərək böyük dəyər verirdi. O, riyaziyyatın yeni bir sahəsi kimi cəbrə verdiyi təriflə bu sahənin əsasını qoyub. Xarəzmi cəbri həndəsədən ayıran ilk alimdir. Onun riyaziyyat sahəsində həndəsi həll yolları, bucaq hesablamaları və triqonometrik cədvəlləri böyük əhəmiyyət daşıyır. Batlı Adelard bu cədvəlləri İntibahdan əvvəl 1126-cı ildə latın dilinə tərcümə etmişdir. Astronomiya ilə bağlı Sartona görə müsəlmanların ilk cədvəl və qrafikli kitabı da eyni dövrdə tərcümə olunmuşdur. Xarəzmi həm də astronomiya ilə məşğul olmuşdur.

    Onun davamçısı Sabit ibn Qürrə xəlifə Məmunun Bağdaddakı akademiyasında çalışırdı. Harran məktəbinin nümayəndəsi olan Sabit, Sabiilərə İslam çətiri altında mövqe qazandırmışdı. O, həndəsə, mexanika və qeyri-rasional ədədlər mövzusunda mühüm əsərlər yazmış, Evklid tərcümələri etmişdi. İlk dəfə günəş saatının kölgələrini izah edən əsər, differensial haqqında kitab və astronomiyaya dair araşdırmaları mühüm rol oynadı. Sabitin elmi irsini onun oğlu və nəvələri davam etdirdilər.

    Astronomların çalışmaları səyyahların istiqamət təyini, zamanın hesablanması və bürclərin müşahidəsində böyük əhəmiyyət kəsb edirdi. Ərəblər ay təqviminə çox önəm verir, ayın mövqeyinə görə fəsilləri müəyyənləşdirirdilər.

    Əbül-Vəfa əl-Büzcani (940-998) riyaziyyata həndəsi qrafiklər və triqonometriya sahəsində böyük töhfələr vermişdir. O, paraboloidlərin həcmi və çoxbucaqlıların hesablanmasında, həmçinin sekans və tangens anlayışlarının işlənib hazırlanmasında önəmli addımlar atmışdır. O, Ptolemeyin “əl-Məcəst” kitabının yeni ərəb tərcüməsini etmişdi.

    Bəni Musa qardaşları dünyanın çevrəsini ölçməklə məşhur olmuş və mühəndislik sahəsində yeni metodlar təqdim etmişdilər. Şərqin və Qərbin tanıdığı böyük alimlərdən biri də Ömər Xəyyam (1048-1131) idi. O, rəsədxana rəhbərliyi ilə məşğul olmuş, cəbr sahəsində yeni tənliklər (xüsusilə üçüncü dərəcədən) üzərində işlər görmüş, həmçinin İran günəş təqvimini düzəltmişdi. Bu təqvim miladi təqvimdən daha dəqiq idi.

    Əbu Səid əl-Siczi çarxlı təqvim icad etmişdi. İslam dünyasında riyaziyyat və astronomiya sahələrində fəaliyyət göstərən alimlər arasında Əli ibn Rəbban ət-Təbəri, Həbəş əl-Hasib, Fərqani kimi alimlər də var idi. Fərqaninin “Səma hərəkətləri və ulduzlar elmi” əsəri Avropada böyük təsir doğurmuşdu. Zərqali isə “Toledo cədvəlləri” ilə məşhur idi.

    Əndəlüsdə coğrafiya sahəsində İdrisi (ö. 1166) Siciliya kralı II Rocerin himayəsi ilə məşhur əsərlər yaratmışdı. O, gümüş planisfera düzəltmiş və “Rocerin kitabı” adlı əsəri ilə coğrafiyada çığır açmışdı. Yaqut əl-Həməvi isə “Mücəmül-büldan” adlı əsəri ilə müsəlman dünyasının xəritəsini yaratmışdı.

    Optika sahəsində İbn Heysəm (965-1039) işığın təbiətini və görmə mexanizmini araşdıraraq Yunan nəzəriyyələrini təkzib etmiş, “Kitabül-mənazir” əsəri ilə optika elminin əsasını qoymuşdu. O, qaranlıq otaq nəzəriyyəsini də ilk dəfə izah etmişdi. Alim həmçinin göyqurşağı, tutulma və digər təbiət hadisələrini izah etmişdi.

    Biruni elmi tədqiqatlarda cihazlardan istifadə edərək təcrübələr aparmış, cazibə qüvvəsi, fizika, riyaziyyat və farmakologiya sahələrində çoxsaylı əsərlər yazmışdır. Nəsirəddin Tusi (1201-1274) monqollar dövründə Marağa rəsədxanasını qurmuş, astronomiya və riyaziyyatda mühüm işlər görmüş, “Təzkirə” əsəri ilə məşhur olmuşdur. Onun planetlər cədvəlləri Kopernikin nəzəriyyəsinə zəmin yaratmışdır.

    İslam dünyasında coğrafiya elmi də inkişaf etmişdi. İbn Xordazbeh, İbn Rüstə, Əbu Zeyd, Həmdani, Əbu Düləf kimi alimlər dünya haqqında yeni biliklər yaymışdılar. İdrisi və Yaqut əl-Həməvi kimi coğrafiyaçılar Avropada da məşhurlaşmışdılar.

    İslam alimləri tərcümə fəaliyyətlərinə dəstək verməklə Avropada İntibaha təsir etmişlər. Onlar astronomiya, riyaziyyat, fizika, optika, coğrafiya, fəlsəfə və təbabət sahələrində əvəzsiz töhfələr vermişlər.

    #İslam irsi #İslam tarixi #Coğrafiya #Məhəmməd ibn Musa əl-Xarəzmi #Sabit ibn Qürrə #Əbül-Vəfa əl-Büzcani #Ömər Xəyyam #Nəsirəddin Tusi #astronomiya #riyaziyyat #alqoritm #İbn Heysəm #Biruni #İdrisi #Yaqut əl-Həməvi #İslam dünyasında elm #optika #əl-Məcəst #cəbr #İslam İntibahı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sərxoşluq və ibadət: İçki içən şəxsin namazı qəbul olunurmu?

    29 Noyabr 2025 17:12

    Məkkə: Kəbənin yerləşdiyi müqəddəs şəhərin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    24 Noyabr 2025 20:00

    Vəhyin kainatla vəhdəti - Səsli Kitab

    17 Noyabr 2025 18:02

    İslam elminin Avropaya keçidi: gizlədilmiş həqiqətlər, tərcümələr və elmi mirasın mənimsənilməsi

    16 Noyabr 2025 18:00

    Ali İmran surəsindən qeydlər

    15 Noyabr 2025 18:07

    Məmlüklər kim idi? Tarixi güc mərkəzinə çevrilmiş hərbi zümrənin hekayəsi

    15 Noyabr 2025 07:51

    Osmanlı sultanının azərbaycanlı şəxsi həkimi

    11 Noyabr 2025 20:00

    İslam dünyası bir-birinə bağlı bina kimi olmalıdır - Ərdoğan

    3 Noyabr 2025 16:38

    Əbu Muhəmməd Həsən əl-Azəri

    2 Noyabr 2025 21:00

    İslam Mətbəxi Avropanı Necə Dəyişdirdi?

    2 Noyabr 2025 19:00

    Səmimiyyət - itməkdə olan dəyər

    31 Oktyabr 2025 08:00

    Mövlana Kəmaləddin Məsud ibn Hüseyn Şirvani

    13 Oktyabr 2025 18:12
    Demo
    XƏBƏR LENTİ

    Türkiyənin hava məkanını pozan PUA F-16-lar tərəfindən zərərsizləşdirilib

    İsrail hərbçiləri İordan çayının qərb sahilində fələstinli yeniyetməni güllələyib

    Ayrı-seçkiliyi hədəf alan siyasət qəbuledilməzdir - Ərdoğan

    Netanyahu Barakın Türkiyənin Qəzzada iştirakını dəstəkləməsindən narahatdır

    Mehmet Akif Ersoyun test nəticələrində narkotik aşkar edilib

    İsrailin Suriyadakı hərbi reydləri bufer zona xəttini genişləndirir

    Ciddə hava limanı 2025-ci ildə 50 milyon sərnişinlə rekord göstəriciyə çatıb

    İraq seçkilərinin nəticələri Ali Federal Məhkəmə tərəfindən təsdiqlənib

    Tunisdə miqrantlara yardımda ittiham olunan QHT əməkdaşları hakim qarşısına çıxarılıb

    Türkiyə Neft Şirkəti 2026-cı ildə Somalidə qazma işlərinə başlayacaq - Alparslan Bayraktar

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.