Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Netanyahu 7 oktyabr hücumundan sonra məsuliyyətdən yayınmaq üçün plan hazırlamağımı istəyib - Netanyahunun keçmiş köməkçisi

    24 Dekabr 2025 04:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İsrailin baş naziri Benyamin Netanyahunun keçmiş köməkçisi və mətbuat katibi Eli Feldşteyn 2023-cü ilin 7 oktyabrında HƏMAS-ın İsrailə hücumundan dərhal sonra baş nazirin ondan təhlükəsizlik boşluğu ilə bağlı məsuliyyətdən yayınmaq üçün plan hazırlamağı tələb etdiyini iddia edib.

    AzerVoice-un məlumatına görə, hazırda məxfi məlumatları mətbuata ötürməkdə ittiham olunan Feldşteyn bu açıqlamaları İsrailin “Kan” televiziya kanalına verdiyi geniş müsahibədə səsləndirib.

    Onun sözlərinə görə, hücumdan sonra Netanyahudan aldığı “ilk tapşırıq” ictimaiyyət və mediada məsuliyyət məsələsinin gündəmdən çıxarılması olub. Feldşteyn bildirib ki, baş nazir mediada məsuliyyət mövzusunun müzakirə edilib-edilmədiyi ilə maraqlanıb və bu mövzuda yaranmış təzyiqin necə neytrallaşdırıla biləcəyi barədə təkliflər istəyib.

    Keçmiş köməkçi əlavə edib ki, Netanyahu bu söhbət zamanı gərgin və təşvişli görünürdü. Feldşteynin sözlərinə görə, sonradan baş nazirin yaxın çevrəsindən ona rəsmi açıqlamalarda “məsuliyyət” sözündən istifadə etməmək tapşırılıb.

    Xatırladaq ki, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın rəhbərlik etdiyi silahlı qruplar İsrailin cənubuna hücum edərək təxminən 1200 nəfəri öldürmüş, 251 nəfəri isə girov götürmüşdü. Bundan sonra İsrail Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına əsasən, müharibə nəticəsində Qəzzada təxminən 71 min nəfər həlak olub.

    Netanyahunun ofisi isə Feldşteynin iddialarını rədd edərək, açıqlamaları şəxsi maraqlara əsaslanan və məsuliyyəti öz üzərindən yayındırmağa yönəlmiş əsassız ittihamlar kimi qiymətləndirib.

    Qeyd edək ki, Feldşteyn ötən il Qəzzada altı girovun öldürülməsindən sonra baş nazirin imicini yaxşılaşdırmaq məqsədilə məxfi hərbi məlumatları Almaniya mətbuatına sızdırmaqda ittiham olunub və bu iş üzrə məhkəmə qarşısına çıxarılacaq.

    #Benyamin Netanyahu #HƏMAS #Qəzza müharibəsi #İsrail siyasəti #siyasi böhran #İsrail hökuməti #girovlar #Keçmiş köməkçi: Netanyahu 7 oktyabr hücumundan sonra məsuliyyətdən yayınmaq üçün plan istədi #Netanyahunun keçmiş köməkçisindən 7 oktyabrla bağlı iddialar #İsraildə 7 oktyabr hücumu sonrası məsuliyyət müzakirələri yenidən gündəmdə #Keçmiş mətbuat katibi Netanyahunun davranışları barədə danışıb #7 oktyabr hücumu #təhlükəsizlik boşluğu #siyasi məsuliyyət #təhlükəsizlik uğursuzluğu #ictimai hesabatlılıq #dövlət araşdırması #mediaya təsir
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında hücumlarını davam etdirir

    7 Fevral 2026 11:57

    Rəfah keçid məntəqəsində məhdudiyyət: 4 gündə yalnız 21 nəfər Qəzzaya qayıda bildi

    6 Fevral 2026 14:42
    XƏBƏR LENTİ

    Türkiyənin D-8 idxalı azalıb, ixrac isə yüksəlib (ÖZƏL)

    SOCAR-ın qaz hasilatı 1,4 faiz artıb

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    Dövlət Komitəsi Çağrı Mərkəzini istifadəyə verib

    Bu il 1336 nəfər Dövlət Məşğulluq Agentliyinin peşə kurslarına cəlb olunub

    Energetika naziri İranın ölkəmizdəki səfirini qəbul etdi

    Kəpəz BOKT 1 milyon manatlıq istiqraz yerləşdirib

    Finca Azerbaijan 1 milyon dollarlıq istiqraz yerləşdirib

    Vecon Consulting 300 illik tarixi olan nəhəng şirkətlə müqavilə imzalayıb

    Mərkəzi Bankın 10 milyonluq notları yerləşdirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.