Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyə və Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsinin 30 milyard dollara çatdırılması planlaşdırılır

    3 Fevral 2026 17:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Nailə Babazadə

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Ər-Riyadda "Səudiyyə Ərəbistanı-Türkiyə İnvestisiya Forumu" keçirilib.

    AzerVoice xəbər verir ki, forumda çıxış edən Türkiyənin ticarət naziri Ömer Bolat bu səfərin tarixi xarakter daşıdığını və imzalanacaq çoxsaylı müqavilələrlə iki ölkə arasındakı dostluq münasibətlərinin iqtisadi sahədə daha da möhkəmlənəcəyini bildirib.

    Nazir Bolat qeyd edib ki, son illərdə hər iki ölkə liderinin yaxın əməkdaşlığı nəticəsində siyasi, iqtisadi, müdafiə sənayesi, nəqliyyat və enerji sahələrində əlaqələr ən yüksək səviyyəyə çatıb. O, iki ölkə arasındakı iqtisadi və strateji münasibətlərin inkişafının hər iki liderin uzaqgörən vizyonunun nəticəsi olduğunu vurğulayıb.

    Türkiyənin xarici ticarət həcminin 2025-ci ilin sonuna qədər 820 milyard dollara çatdığını deyən nazir, Səudiyyə Ərəbistanı ilə olan ticari hədəfləri də açıqlayıb. Hazırda iki ölkə arasındakı ticarət dövriyyəsi 8,6 milyard dolları ötüb. Liderlərin qarşısına qoyduğu əsas hədəf isə bu rəqəmi qısa müddətdə 10 milyard dollara, uzunmüddətli perspektivdə isə 30 milyard dollara çatdırmaqdır. Nazir Bolat 2026-cı ilin 10 milyard dollarlıq hədəfə çatılacaq il olacağına ümid etdiyini bildirib.

    Səudiyyə Ərəbistanının Türkiyə üçün həm enerji, həm də podratçılıq sahəsində böyük əhəmiyyət kəsb etdiyini deyən nazir türk podratçıların bu ölkədə indiyədək 32,5 milyard dollar dəyərində 434 layihə tamamladığını xatırladıb. Səudiyyə Ərəbistanının "2030 İnkişaf Vizyonu", "Riyad Expo 2030" və 2034-cü ildə keçiriləcək Dünya Futbol Çempionatı kimi nəhəng layihələrdə türk şirkətlərinin iştirakı gözlənilir.

    Eyni zamanda, bərpa olunan enerji və müdafiə sənayesi sahəsində də əməkdaşlıq sürətlənir. Hazırda Səudiyyə Ərəbistanının Türkiyədə 2 milyard dollar dəyərində investisiyası mövcuddur və yeni layihələrlə bu məbləğin daha bir neçə milyard dollar artacağı proqnozlaşdırılır.

    Ömer Bolat iki ölkənin təkcə ikitərəfli layihələrdə deyil, həm də üçüncü ölkələrdə, xüsusilə Qəzza və Ukraynanın yenidən qurulmasında əməkdaşlıq edə biləcəyini qeyd edib. O, Fələstində yaşanan dağıntıların aradan qaldırılmasında Türkiyə və Səudiyyə Ərəbistanı şirkətlərinin birgə böyük işlər görəcəyinə əminliyini ifadə edib.

    #Qəzza #Qəzza zolağı #Səudiyyə Ərəbistanı #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzza sakinlərinin köçü #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Türkiyə–Səudiyyə biznes forumu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma paylayıb

    17 Fevral 2026 17:05

    Qəzzada sülh diləyi ilə qarşılanan Ramazan

    17 Fevral 2026 12:54

    Tramp Səudiyyə Ərəbistanı ilə BƏƏ arasındakı gərginliyə münasibət bildirib

    17 Fevral 2026 11:47

    Rəfahda tunellərdə qalan daha doqquz fələstinlini həlak olub

    16 Fevral 2026 16:34

    Türkiyə ilə Səudiyyə regional məsələləri müzakirə edib

    16 Fevral 2026 15:24

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    16 Fevral 2026 14:14

    Fələstin dövlətini tanımamaq üçün heç bir hüquqi əsas yoxdur - Fələstin XİN rəhbəri

    16 Fevral 2026 10:07

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Yanvarda Səudiyyə–Türkiyə marşrutu üzrə 167 min tondan çox yük daşınıb (ÖZƏL)

    13 Fevral 2026 15:54

    Səudiyyə Ərəbistanı və Pakistan strateji müdafiə tərəfdaşlığını gücləndirir

    13 Fevral 2026 09:53

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06
    XƏBƏR LENTİ

    Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək

    Bakıda texnoloji yenilik: "Crescent Mall"da ilk "RoboCafe" açıldı

    Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə növbəti hərraclar keçiriləcək

    Naxçıvanda aqrar sahənin inkişafı və vətəndaş müraciətləri diqqət mərkəzindədir

    Türkiyə–İran ticarətində kimyəvi məhsullar üzrə geriləmə (ÖZƏL)

    Gürcüstan Milli Kino Mərkəzi ilə memorandum imzalanıb

    Pensiyaçı 6 il işlədikdə pensiyası proaktiv qaydada yenidən hesablanaraq artırılır

    Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad edilmiş ərazilərdə növbəti təlimlərə start verilib

    Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma paylayıb

    Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri ilə görüş keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.