Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Rəfah sərhəd məntəqəsi vasitəsilə xəstələrin təxliyəsi dayandırılıb

    4 Fevral 2026 13:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Nailə Babazadə

    Fələstin Qızıl Aypara Cəmiyyətinin sözçüsü Raid ən-Nims Rəfah sərhəd keçid məntəqəsi vasitəsilə həyata keçirilməsi planlaşdırılan üçüncü qrup xəstə və yaralıların təxliyəsinin təxirə salındığını elan edib.

    AzerVoice xəbər verir ki, sözçü mətbuata verdiyi açıqlamada Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Reabilitasiya Xəstəxanasından xəstələrin çıxarılması prosesinin dayandırılması barədə məlumat aldıqlarını bildirib.

    Nims qeyd edib ki, Fələstin Qızıl Aypara Cəmiyyətinin briqadaları təxliyə üçün bütün texniki hazırlıqları görüb və təchiz olunmuş təcili tibbi yardım maşınları ilə hazır vəziyyətdə gözləyirdilər. Lakin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) təxliyənin qeyri-müəyyən müddətə təxirə salındığı barədə bildiriş daxil olub. Sözçü təxliyənin dayandırılması üçün hər hansı konkret səbəbin göstərilmədiyini vurğulayıb.

    Digər tərəfdən, İsrail ordusuna bağlı Fələstin Ərazilərində Hökumət Fəaliyyətlərinin Koordinasiyası Bölməsi (COGAT) Rəfah sərhəd məntəqəsinin əldə olunmuş razılaşmalara və İsrailin öhdəliklərinə uyğun olaraq bu səhər açıldığını iddia edib.

    İsrail rəsmiləri təxliyənin baş tutmamasında Ümumdünya Səhiyyə Təşkilatını günahlandıraraq, təşkilatın prosedurlarla bağlı zəruri koordinasiya detallarını təqdim etmədiyini irəli sürüblər. COGAT-ın bəyanatında bildirilir ki, ÜST lazımi məlumatları təqdim etdikdən sonra xəstə və yaralıların Misirə keçidinə şərait yaradılacaq.

    Xatırladaq ki, Qəzzada minlərlə ağır yaralı və xəstə tibbi imkanların yetərsizliyi səbəbindən təcili olaraq bölgədən kənarda müalicə olunmaq üçün növbə gözləyir.

    #Qəzza #Qəzza zolağı #Rəfah #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzzanın yenidən qurulması #Rəfah sərhəd qapısı #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Rəfah Qapısı #Rəfah bölgəsində daxili köç #Rəfah və Şeyx Zuveydə tanklar və xüsusi qüvvələr #Rəfah buraxılış məntəqəsi #ABŞ-ın Qəzzə planı: Beynəlxalq qüvvə Rəfaha göndəriləcək #Rəfah bölgəsinə yerləşdirmə planı sızdı: İsrail mediası təfərrüatları paylaşıb #Rəfah bölgəsi təhlükəsizliyi #Misir: Rəfah keçidinin açılması ilə bağlı İsraillə koordinasiya aparılmır #Qahirə Rəfahla bağlı iddiaları rədd etdi — İsrail açılışın yaxın günlərdə olacağını bildirir #Rəfah keçidinin taleyi: Misir və İsrail arasında zidd açıqlamalar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzzada sülh diləyi ilə qarşılanan Ramazan

    17 Fevral 2026 12:54

    Rəfahda tunellərdə qalan daha doqquz fələstinlini həlak olub

    16 Fevral 2026 16:34

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    16 Fevral 2026 14:14

    Fələstin dövlətini tanımamaq üçün heç bir hüquqi əsas yoxdur - Fələstin XİN rəhbəri

    16 Fevral 2026 10:07

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22
    XƏBƏR LENTİ

    Türkiyə–İran ticarətində kimyəvi məhsullar üzrə geriləmə (ÖZƏL)

    Gürcüstan Milli Kino Mərkəzi ilə memorandum imzalanıb

    Pensiyaçı 6 il işlədikdə pensiyası proaktiv qaydada yenidən hesablanaraq artırılır

    Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad edilmiş ərazilərdə növbəti təlimlərə start verilib

    Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma paylayıb

    Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri ilə görüş keçirilib

    İran hərbi təlimlər fonunda Hörmüz boğazının bir hissəsini müvəqqəti bağlayacaq

    Türkiyə Suriya məsələsində kompleks yanaşma nümayiş etdirmişdir - Kalın

    Səkkiz ölkənin XİN rəhbəri İsrailin torpaq qərarını beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirib

    Nazir Məcnun Məmmədov Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ilə görüşüb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.