Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Fələstin fraksiyaları Qəzzənin idarəçiliyi ilə bağlı razılıq üçün bu həftə Qahirədə toplanır

    2 Noyabr 2025 20:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    “HƏMAS” hərəkatı başda olmaqla səkkiz fələstinli fraksiya bu həftə Qahirədə keçiriləcək görüşdə Qəzza zolağında keçid idarəçiliyi modelinə dair razılıq əldə etməyə çalışacaq.

    Məlumata əsasən, tərəflər Qəzzəni idarə edəcək təklif olunan texnokratlar komitəsinə kimin rəhbərlik edəcəyi və bu hökumətin Fələstin Muxtariyyəti çərçivəsində fəaliyyət göstərib-göstərməyəcəyi barədə müzakirələr aparacaq.

    Ərəb və fələstinli rəsmilərin sözlərinə görə, əgər belə bir idarə heyəti formalaşarsa, o, ABŞ Prezidenti Donald Trampın planında nəzərdə tutulan “Sülh Şurası”nın funksiyalarını əvəz edə və ya onunla paralel fəaliyyət göstərə bilər. Yeni qurumun məqsədi Qəzzə daxilində təhlükəsizliyi təmin etmək olacaq - bunun üçün xarici qüvvələrin yerləşdirilməsi variantı da müzakirə olunur.

    Mənbələr bildiriblər ki, stabilizasiyanı qorumaq məqsədilə çoxmillətli qüvvələrin formalaşdırılması ilə bağlı ayrıca danışıqlar da davam edir.

    Misirin xarici işlər naziri Bədr Əbdülati The Washington Post-a açıqlamasında bildirib ki, məqsəd tamamilə Qəzzadan olan texnokratlardan ibarət inzibati komitə yaratmaqdır.

    “Əsas məqsəd fələstinlilərin, o cümlədən Fələstin Muxtariyyətinin, Qəzzəni İordan çayının qərb sahilinin ayrılmaz hissəsi kimi idarə etməsini təmin etmək və bu addımı gələcək Fələstin dövlətinin qurulmasına doğru atmaqdır,” - deyə nazir vurğulayıb.

    Əbdülati qeyd edib ki, komitə Qəzzədə gündəlik həyatın idarə olunmasına, polis qüvvələri isə qanunların icrasına və təhlükəsizliyin təmininə cavabdeh olacaq.

    Nazir əlavə edib ki, “Sülh Şurası”nın mandatını BMT Təhlükəsizlik Şurası müəyyən etməlidir, o cümlədən onun fələstinli inzibati komitə ilə əlaqəsini. Bununla belə, o vurğulayıb ki, Misir və fələstinli fraksiyalar arasında Qəzzənin vətəndaş işlərinin yalnız fələstinlilər tərəfindən idarə edilməli olduğu barədə tam razılıq mövcuddur.

    #Qəzza #Qəzza zolağı #Qahirə #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza blokadası #Fələstin-İsrail münaqişəsi #Fələstin Muxtariyyəti böhranı #Fələstin liderliyi böhranı #Fələstin seçkiləri və Abbasın gələcəyi #Ərəb ölkələrinin Fələstin planı #Fələstin humanitar yardımı #Trampın Fələstin planı #ABŞ-ın Fələstin siyasətində dəyişiklik #Fələstin beynəlxalq ictimaiyyətə çağırış #Ərəb Sammiti Qahirə 2025 Qəzza planı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə qarşıdır

    10 Fevral 2026 11:03

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Qahirə Universitetində Azərbaycan dili dərsləri davam edir

    9 Fevral 2026 15:50

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12
    XƏBƏR LENTİ

    Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına yeni direktor TƏYİNATI

    Gəncə Dövlət Milli Dram Teatrına direktor təyin olunub

    Misofobiya: Mikroblardan duyulan patoloji qorxu

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    Azərbaycanın qiymətli metallar bazarının həftəlik İCMALI

    BYD qlobal avtomobil sektorunda necə liderə çevrildi?

    836 uşaq övladlığa verilib, dövlət uşaq müəssisələrindən 854 uşaq ailələrinə qaytarılıb

    Rəşad Mustafayev Biləsuvar rayonunda vətəndaşları qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.