BAKI, AzerVoice, Fərid Mikayılov
Türkiyənin Bursa şəhərinin Mustafakemalpaşa rayonunda 3,5 bal gücündə zəlzələ baş verib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib.
Bildirilib ki, zəlzələ yerin təxminən 11,22 kilometr dərinliyində baş verib. İlkin məlumatlara əsasən, hadisə nəticəsində can və mal itkisi barədə məlumat yoxdur.
Aidiyyəti qurumlar bölgədə vəziyyəti nəzarətdə saxlayır.