BAKI,AzerVoice
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev fevralın 13-də Biləsuvar rayonunda sakinləri qəbul edib.
AzerVoice xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.
R.Mustafayev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.