BAKI, AzerVoice, Nailə Babazadə
Yaxın Şərqdə Fələstin və onun xalqının çəkdiyi iztirablar vicdanımızı sınağa çəkir. Bu xalqın məhv edilməsi dayandırılmalıdır.
AzerVoice xəbər verir ki, Afrika İttifaqı Komissiyasının sədri Mahmud Əli Yusif şənbə günü təşkilatın Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən 39-cu sammitinin açılışında Fələstin xalqının "məhv edilməsinə" son qoyulmalı olduğunu bildirib.
Komissiya sədri həmçinin Afrika qitəsində davam edən çoxsaylı münaqişələrə də toxunub.
"Sudandan Sahel bölgəsinə, Konqo Demokratik Respublikasının şərqindən Somaliyə və digər yerlərə qədər xalqımız qeyri-sabitliyin ağır bədəlini ödəməyə davam edir". - deyə qeyd edib.
Afrika İttifaqının 55 üzv dövlətinin rəhbərlərini bir araya gətirən iki günlük sammitin bu ilki əsas mövzusu su sanitariyasıdır. Müzakirələrdə qitənin iqlim dəyişikliyinə reaksiyası və ABŞ kimi beynəlxalq tərəfdaşların xarici yardımları kəsməsindən sonra yaranan humanitar böhranlar diqqət mərkəzində olacaq.
Müşahidəçilər qeyd edirlər ki, Afrika İttifaqı Sammiti qitənin prioritetlərini beynəlxalq tərəfdaşlarla uyğunlaşdırmaq üçün mühüm fürsətdir. Xüsusilə ABŞ Prezidenti Donald Trampın "yeni dünya nizamı" ilə bağlı müzakirələri fonunda qlobal müttəfiqliklərin dəyişməsi bu toplantının əhəmiyyətini daha da artırır.