Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Livan və Suriya münasibətləri dəyişir: Hizbullah sonrası yeni mərhələ

    15 Aprel 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Livanın Baş naziri Nəvaf Salamın Dəməşqə səfəri və Suriya Prezidenti Əhməd Şəraa ilə görüşü, Suriyada müxalifətin hakimiyyətə gəlişi və Hizbullahla ona bağlı radikal qruplaşmalar ilə sərhəddə yaşanan gərginliklərdən sonra iki ölkə arasında yeni bir mərhələnin başlanması üçün imkan yaradır.

    Müşahidəçilərin fikrincə, Livan və Suriya yeni bir reallıqla üz-üzədir və bu, onların möhkəm münasibət qurmaq istəyinin sınanması olacaq. Suriyada Bəşşar Əsədin gedişi ilə Hizbullah dövrü başa çatıb və Livanda da onun nüfuzu xarici təzyiqlər fonunda dağılmaq üzrədir. Prezident Cozef Aun, Salam hökuməti və ordu, Hizbullahın silahlarına nəzarəti mütləq prioritetə çevirib.

    Hazırda əsas sual Beyrut və Dəməşqdəki rejimlərin bu yeni əməkdaşlıq mərhələsini qurmağa nə dərəcədə hazır olduğudur. Beyrut hakimiyyəti Dəməşqdəki yeni iqtidarla münasibətlərdə öz mövqeyinin sərhədlərini müəyyən etməlidir. Eyni məsuliyyət Şəraa hökumətinin üzərindədir – Livanla münasibətlərdə keçmişdə Hizbullaha bu ölkə adına müdaxilə və Əsəd rejimini xilas etmək üçün Suriyada müharibə aparmaq səlahiyyəti verən düşmənçilik psixologiyasını aşmağa hazır olub-olmadığı sınağa çəkilir.

    Nəvaf Salamın qarşısında çətin bir vəzifə dayanır, heç olmasa iki səbəbə görə: birincisi, Suriyada yeni rejimin istiqaməti hələlik aydın deyil. İkincisi, Suriya xalqı hələ də Hizbullahın Əsədin apardığı və eyni vaxtda İran və Rusiya tərəfindən dəstəklənən müharibəyə qoşulmasından əziyyət çəkib.

    Hər iki ölkə üçün yeni bir səhifənin açılmasına ehtiyac var. Bu səhifənin açılması üçün ilk şərtlərdən biri Livanın Suriya ilə olan 330 kilometrlik sərhəddəki qeyri-qanuni keçidlərə nəzarəti təmin etməsidir. İran bu keçidlərin Hizbullahın nəzarətində qalmasını istəyir, çünki onlar vasitəsilə silah, pul və narkotik maddələr iki istiqamətli şəkildə qaçaqmalçılıqla daşınır.

    Livanla Suriya arasındakı sərhəd boyunca yerləşən qeyri-qanuni keçidlər əsasən insan, mal və silah qaçaqmalçılığı üçün istifadə olunur. Keçən ay bu bölgədə yaşanan toqquşmalarda hər iki tərəfdən itkilər olub.

    Livan rəsmisinin Suriyaya baş tutan səfəri yeni Livan hökumətinin yüksək səviyyəli rəsmisi tərəfindən Dəməşqə edilən ilk rəsmi səfərdir və bu, Əsəd rejiminin 2023-cü il dekabrın 8-də devrilməsindən beş ay sonraya təsadüf edir.

    Mart ayında isə Livan və Suriya arasında sərhəddə şiddətli toqquşmalar baş verib. Suriya tərəfi bu hücumları Hizbullahın yeni hökumətin sabitlik yaratmaq səylərini pozmaq və sahil bölgəsində Əsədin qalıqlarının başlatdığı üsyana dəstək vermək cəhdi kimi qiymətləndirib və buna sərt reaksiya verib.

    Livan siyasi rəhbərliyi son aylarda Dəməşqə yaxınlaşmaqda tərəddüd göstərirdi. Ancaq hazırda Şəraa hökuməti üçün münasib beynəlxalq və regional şərait yaranıb və bu, Salamın səfərini sürətləndirib. Xüsusilə Körfəz ölkələrinin Suriya ilə yaxınlaşması, Əhməd Şəraanın Səudiyyə Ərəbistanı, Qətər və xüsusilə BƏƏ-yə etdiyi səfərlərdə aldığı güclü dəstək siqnalları diqqət çəkir.

    Suriya bölgədə sabitliyin əsas sütunlarından biri kimi görülür və ölkəyə yaşayış şəraitinin yaxşılaşdırılması və sabitliyin bərpası üçün Körfəz dəstəyinin veriləcəyi gözlənilir.

    Bu çərçivədə Səudiyyə Ərəbistanının Suriyanın Dünya Bankına olan 15 milyon dollarlıq borcunu ödəməsi, gələcəkdə milyonlarla dollarlıq yenidənqurma və dövlət sektoruna dəstək qrantlarının yolunu açacaq.

    Livan isə belə bir şəraitdə Suriyaya qarşı mövqeyini davam etdirməyin qeyri-mümkün olduğunu anlayır. Əks təqdirdə bu, Hizbullahın siyasətinin davamı və İranın gündəminə xidmət kimi qəbul ediləcək.

    “Bugünkü Suriya səfərim iki ölkə arasında qarşılıqlı hörmət və etimad əsasında münasibətlərin yeni səhifəsini açmağa yönəlib.Prezident Şəraa ilə sərhədlərin və keçidlərin nəzarət altına alınması, qaçaqmalçılığın qarşısının alınması və quru və dəniz sərhədlərinin müəyyənləşdirilməsi məsələlərini müzakirə etdik.”-deyə Dəməşqə səfəri zamanı Livan Baş naziri Salam bildirib.

    Eyni zamanda, Salam bildirib ki, səfərinin əsas məqsədlərindən biri də Əsəd dövründə Suriyada itkin düşən Livan vətəndaşlarının taleyi barədə dəqiq məlumat əldə etməkdir.

    Salamı səfərdə xarici işlər naziri Yusif Raci, müdafiə naziri Mişel Mənsə və daxili işlər naziri Əhməd Həccar müşayiət edirlər.

    Mənsənin ötən ay Suriyanın müdafiə naziri Mərhəf Əbuqəsrə ilə görüşmək üçün Dəməşqə səfəri planlaşdırılmışdı, lakin bu səfər Suriya tərəfinin xahişi ilə təxirə salınmışdı. Daha sonra Səudiyyə Ərəbistanı onların Ciddədə, şahzadə Xalid bin Salman bin Əbdüləzizin iştirakı ilə görüşünü təşkil edib. Görüş zamanı Livan–Suriya sərhədlərinin dəqiqləşdirilməsi və təhlükəsizlik çağırışlarına qarşı birgə əməkdaşlıq məsələlərində razılıq əldə olunub.

    2024-cü ilin yanvarında Livanın keçmiş baş naziri Nəcib Miqati də Dəməşqə səfər edərək prezident Əhməd Şəraa görüşmüşdü.

    Beyrutdakı hökumət mənbəsi bildirib ki, Livan nümayəndə heyəti Suriyada qaçqınların geri qaytarılması məsələsini də müzakirə edəcək. Rəsmi məlumatlara görə, Livan hazırda 1,5 milyon suriyalı qaçqına, o cümlədən BMT-də qeydiyyatdan keçmiş 755426 nəfərə ev sahibliyi edir.

    Xatırladaq ki, Suriya ordusu 1976-cı ildə vətəndaş müharibəsini dayandırmaq məqsədilə ərəb qüvvələrinin bir hissəsi kimi Livana daxil olmuşdu. Lakin zamanla o, münaqişədə bir tərəfə çevrildi və 2005-ci ildə, sabiq baş nazir Rafiq Həririnin qətlindən sonra yaranan xalq təzyiqi nəticəsində ölkəni tərk edənə qədər Livan siyasətinə tam nəzarət edən “vasitəçi qüvvəyə” çevrildi.

    Yeni prezident Əhməd Şəraa 2023-cü ilin dekabrında bəyan etmişdi ki, Suriya bundan sonra Livanda mənfi təsir gücünü tətbiq etməyəcək və ölkənin suverenliyinə hörmətlə yanaşacaq.

    #Livan #Suriya #Hizbullah #livan xin #Livan xəbərləri #Əhməd Şəraa #Suriya xəbərləri #Suriya münaqişəsi #Silahlı qruplar və Suriya #Suriya daxili siyasət #Suriya və təhlükəsizlik məsələləri #Suriya rejiminin Livandakı rolu #Suriya rejimi və Livan siyasəti #Suriya hökuməti #Suriya-Rusiya əlaqələri #Suriya Liva Partiyası #Livan və Suriya sərhədində qarşıdurmalar #Suriya-Livan sərhədi #Əhməd Şəraa hakimiyyəti və sələfi keçmişi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriyada Kürd dili rəsmi dil elan edildi

    17 Yanvar 2026 11:40

    Suriya Prezidenti Əhməd əş-Şara Almaniyaya səfər edəcək

    16 Yanvar 2026 15:21

    Yaşar Gülər ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsini qəbul edib

    16 Yanvar 2026 13:13

    Livan hökuməti ilə Hizbullah arasında "vətəndaş müharibəsi" xəbərdarlığı gərginliyi artırıb

    15 Yanvar 2026 11:43

    Suriya ordusu Hələbin şərqində mülki əhalinin təxliyəsi üçün humanitar dəhliz açır

    15 Yanvar 2026 09:39

    İran: uzun sürən çürümə və bir günün içində çökmə

    14 Yanvar 2026 12:54

    Livan Prezidenti Cozef Aun və Hizbullah arasında gərginlik pik həddə çatıb

    14 Yanvar 2026 11:56

    Suriya ordusu ilə SDG arasında gərginlik artır: Hələb ətrafında qarşılıqlı atəş açılıb

    14 Yanvar 2026 09:30

    Suriya Ordusu Fərat çayının qərbindəki ərazini hərbi zona elan edib

    13 Yanvar 2026 14:53

    Azərbaycan–Suriya Biznes Şurasının yaradılması regional iqtisadi inteqrasiya üçün qapı açır

    13 Yanvar 2026 12:00

    Livan hökuməti qeyri-qanuni silahların müsadirə edilməsi planının ikinci mərhələsinə başlayır

    13 Yanvar 2026 11:47

    Dəməşq Hələbin şərqindəki silahlı qruplaşmaları dərhal hərbi cavab veriləcəyi ilə hədələyib

    12 Yanvar 2026 16:18
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədə elektrikli avtomobillərin sayı 370 mini keçib

    Qəzzada 27 günlük körpə soyuqdan həlak olub

    Nazirliyin Aparatının rəhbəri Fuad Musayev Göygöl rayonunda vətəndaşları qəbul edib

    Türkiyə 17 axtarılan şəxsi xaricdən gətirdi

    Tramp İran üzərinə hücum əmrini vermək istədi, lakin fikrini dəyişdi

    ABŞ Qrenlandiya planını dəstəkləməyən ölkələrə gömrük vergisi tətbiq edə bilər

    İsrail və ABŞ süni intellekt və kritik texnologiyalar sahəsində strateji əməkdaşlıq başladır

    Suriyada Kürd dili rəsmi dil elan edildi

    “Fiorentinanın” prezidenti vəfat etdi

    ABŞ beynəlxalq qaydalardan uzaqlaşır - Merts

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.