Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Təhlil

    Hizbullah dövlət içində dövlət necə oldu?

    19 Sentyabr 2024 13:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVocie

    Hizbullah İranın dəstəyi ilə Livanda fəaliyyət göstərən şiə, islamçı siyasi partiya və silahlı təşkilatdır. Bəzən bu  təşkilata “Dövlət içində dövlət” də deyilir.

    AzerVocie ArabAZ -a istinadən xəbər verir ki, ideoloji kökləri 1960-1970-ci illərdəki Livanda şiə islam dirçəlişinə dayanan Hizbullah, Livanın cənubunda yaşayan şiə icmasını müdafiə etmək üçün İranın hərbi və maliyyə dəstəyi ilə İsrailin Livanı işğalı zamanı yaradılıb.

    Adının mənası “Allahın partiyası”olan Hizbullaha 1992-ci ildən bəri Həsən Nəsrullah rəhbərlik edir.

    2000-ci ildə İsrailin Livandan çəkilməsindən sonra Hizbullah tərksilah edilmək istənilsədə, qruplaşma hərbi qanadı olan İslami Müqaviməti gücləndirməyə davam edib.

    Parlamentdəki Müqavimətə Sədaqət Blokundan istifadə edən Hizbullah zamanla Livanın siyasi sistemində əsas qüvvəyə çevrilərək kabinetdə veto hüququ qazanıb. Bu gün Hizbullah Livan hökümətindən belıə güclüdür və Livanda Hizbullahın razılığı olmadan heç nə baş verə bilməz.

    İsrail və ABŞ hədəflərinə qarşı silsilə terror akktları təşkil etməkdə günahlandırılan qrup, Qərb dövlətləri, İsrail, Körfəz ölkələri və Ərəb Liqası tərəfindən terror təşkilatı olaraq adlandırıldı.

    Hizbullah siyasi, hərbi və təhlükəsizlik sahələrində təsiri, eləcə də göstərdiyi sosial xidmətlərlə dövlət daxilində dövlət funksiyasını yerinə yetirməyə başladı.

    Hizbullah qüvvələrinin Livan ordusunu bəzi hərbi sahələrdə üstələməsi qrupun dövlət qurumları ilə rəqabətinə və Livan hökümətinin narazılıqlarına səbəb olub.

    Livanlılar arasında da Hizbullaha qarşı münasibət birmənalı deyil. Livan əhalisinin bir qismi tərəfindən ölkənin sabitliyinə təhlükə kimi görünən qrup Livan şiələri tərəfindən ciddi dəstək görür. Hizbullah əsasən sünnü müsəlmanlar və xristian liberal qruplar tərəfindən dəstəklənmir.

    Suriya prezidenti Bəşər Əsədin sadiq müttəfiqi olan qruplaşma 2011-ci ildə ölkədə başlayan vətəndaş müharibəsi zamanı Əsədə dəstək üçün Suriyaya minlərlə könüllü döyüşçü göndərib.

    Hizbullah döyüşçülərinin dəstəyi ilə  Suriyada üsyançılar tərəfindən ələ keçirilən bəzi ərazilər, xüsusən də Livan sərhədindəki dağlıq bölgələr hökumətyönlü qüvvələrə geri qaytarılıb.

    Lakin Hizbullahın Suriyadakı vətəndaş müharibəsində iştirakı Livanda etnik gərginliyi daha da artırdı.
    Qrupun Əsədə dəstəyi, həmçinin İranla yaxın əlaqələri Hizbullahın Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Körfəz ölkələri ilə münasibətlərini daha da pisləşdirdi.

    2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə qəfil hücumundan sonra Hizbullah və İsrail arasında qarşılıqlı hücumlar başladı.

    İsrailin Qəzzaya etdiyi cavab hücumları zamanı Hizbullah açıqlama verərək İsrailə qarşı vuruşmağa hazır olduğunu bildirib. Lakin real olaraq Hizbullahın Qəzza müharibəsində aktiv iştirakı görülmədi.

    Hizbullahın əsasını qoyan qruplar 1982-ci ildə İsrailin Livanın cənubunu işğal etməsi ilə ortaya çıxdı.

    Həmin dövrdə işğala qarşı silahlı mübarizənin tərəfdarı olan şiə liderləri dövrünün ən güclü qrupu olan Əməl Hərəkatını tərk etdilər.
    Yeni yaradılmış İslami Amal təşkilatı Bekaa vadisində yerləşən İran İnqilab Keşikçiləri Korpusundan dəstək almağa başladı.

    Şiə milis qüvvələri arasında ən öndə olan bu qrup daha sonra Hizbullahın əsasını təşkil etdi.

    Qruplaşma İsrail ordusu və onun müttəfiqi Cənubi Livan Ordusuna (GLO), eləcə də Livandakı xarici qüvvələrə qarşı hücumlara başladı.

    1983-cü ildə ABŞ səfirliyinə və ABŞ Dəniz Piyadaları korpusuna edilən hücumların arxasında bu qrupun durduğu güman edilir.

    Sözügedən hücumlar  258 ABŞ və 58 Fransa əsgərinin ölümünə səbəb olmuşdu. Həmçinin bu hücumdan sonra Qərb sülhməramlıları Livandan çıxarılmışdı.

    Hizbullah 1985-ci ildə dərc etdiyi “açıq məktub”la rəsmi olaraq qurulduğunu elan etmişdi.

    Bu sənəddə qrup ABŞ və Sovet Sosialist Respublikaları İttifaqını İslamın “əsas düşmənləri” olaraq adlandırıb. Həmçinin müsəlman torpaqlarını işğal etməkdə ittiham etdiyi İsrailin məhv edilməli olduğunu bildirib.

    1989-cu ildə Livanda vətəndaş müharibəsinə son qoyan və milis qüvvələrinin tərksilah edilməsini tələb edən Taif razılaşması Hizbullahın hərbi qanadının adını “İslami Müqavimət” olaraq dəyişdirməsinə səbəb olub.

    1990-cı il müharibəsi zamanı Suriya ordusu Livana sülh bağlaması üçün təzyiq göstərsədə Hizbullah Livanın cənubunda partizan müharibəsini davam etdirdi.

    Həmçinin eyni zamanda Livan siyasətində aktiv rol oynamağa başlamışdı.İlk dəfə seçkilərə 1992-ci ildə qoşulan qrup seçimdən qələbə ilə çıxdı.

    2000-ci ildə İsrail qüvvələrinin Livandan geri çəkilməsi Hizbullahla əlaqələndirildi. Buda onun bölgədəki nüfuzunu artırdı.

    Qrup Şebaa və digər mübahisəli ərazilərdə İsrail qüvvələrinin olduğunu bəhanə gətirərək, tərksilah təzyiqlərinə müqavimət göstərdi. Beləliklə ölkənin cənubunda hərbi mövcudluğunu qoruyub saxlaya bildi.

    Hizbullah hərbi gücündən daha geniş şəkildə 2006-cı il müharibəsində İsrailə qarşı istifadə etdi.

    Hizbullahın sözügedən sərhədyanı bölgələrə hücumunda səkkiz İsrail əsgəri həlak oldu, ikisi isə girov götürüldü.

    İsrail cavab hücumu zamanı Beyrutun cənubunda yerləşən Hizbullah mövqelərini 4000 raket atəşi ilə bombaladı.

    Otuz dörd gün davam edən müharibədə əksəriyyəti mülki şəxslər olmaqla 1125 livanlı həyatını itirdi. İsrail tərəfində isə 119 əsgər və 45 mülki vətəndaş öldürüldü.

    Müharibədən sonra daha da cəsarətlənən Hizbullahın bölgədə nüfuzu artmış oldu.

    Qərbin dəstəklədiyi Livan hökuməti 2008-ci ildə Hizbullahın özəl telekommunikasiya şəbəkəsini dayandırmağa çalışmışdı.Eləcədə Beyrut Hava Limanının təhlükəsizlik direktorunu Hizbullahla əlaqəsinə görə işdən çıxarmaq istəmişdi. Bu addımlar qruplaşmanın paytaxtın böyük hissələrini ələ keçirməsi ilə nəticələnmişdi.
    Hadisələr zamanı Hizbullahla rəqib olaraq gördüyü sünni qruplar arasında toqquşmalar olmuşdu.
    Hökumət 81 nəfərin ölümünə səbəb olan və Livanı yeni vətəndaş müharibəsi astanasına gətirən məzhəb qarşıdurmalarına son qoymaq üçün Hizbullaha qarşı apardığı mübarizəni dayandırmalı oldu. Bu savaşda Hizbullah qalib gəldi.
    Tərəflər saziş bağlayaraq güc bölgüsü etmiş oldular. Bağlanan sazişlə Hizbullah və müttəfiqlərinə kabinetdə istənilən qərara veto qoymaq hüququ verildi.
    Qrup 2009-cu il seçkilərində parlamentdə 10 yer qazanaraq birlik hökumətindəki yerini qorudu.Həmin ilin sonunda Hizbullahın baş katibi Şeyx Həsən Nəsrullah qrupun siyasi istiqamətini əks etdirən siyasi manifest dərc etdi.Sözügedən mətndə 1985-ci il manifestindəki Livana qarşı sərt mövqey qaldırıldı. İsrail və ABŞ-a qarşı olan sərt münasibət isə dəyişilmədi.  Həmçinin Hizbullahın silahlarını qorumalı olduğu da yeni manifestdə qeyd edildi.2011-ci ildə qrup və müttəfiqləri Səudiyyə Ərəbistanının dəstəklədiyi sünni siyasətçi Saad Həririnin rəhbərlik etdiyi birlik hökumətini devirməyə çalışdı.Hizbullahın dörd üzvü 2005-ci ildə Həririnin atası Rafik Həririnin ölümü ilə nəticələnən terror aktında iştirak etməklə ittiham edildi. Hizbullah isə bu ittihamlara qarşı səssiz qalmayacağı barədə açıqlama verdi. 2020-ci ildə Birləşmiş Millətlər Təşkilatına bağlı Livan üzrə Beynəlxalq Tribunal Hizbullah üzvü Səlim Cəmil Ayyaşı Rəfiq Həririnin qətlində  təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib.

    Silah və raket arsenalı

    Hizbullahın 150 min raketə sahib olduğu təxmin edilir. Ancaq silahların sayı və növləri istifadə edilənə qədər Hizbullah tərəfindən açıqlanmayıb.
    Son illərdə yayılan çoxsaylı kəşfiyyat məlumatlarına görə, Hizbullahın əsas mənbəyi İrandır və bu silahlar İran, İraq və Suriya vasitəsilə quru yolla təşkilata çatırılır.

    Bu silahlar arasında İranın Elmas-3 raketi də var.Hizbullah Burkan raketindən, həmçinin adını  2015-ci ildə Suriyada öldürülən təşkilat liderindən alan Cihad Muğniyə raketindən İsrailə qarşı istifadə edərək silahlarını gün üzünə çıxarmış olub.

    Cardiff Universitetinin professoru və “Hizbullah: Siyasət və Din” kitabının müəllifi Emel Saad hazırki Hizbullahın 2006-cı ildəki Hizbullahdan daha güclü olduğunu deyib.

    Hizbullah lideri Həsən Nəsrullahda İsrailin mərkəzini vura biləcək həssas və inkişaf etmiş raketlərə sahib olduqlarını bildirmişdi.
    Livanda Hizbullaha yaxınlığı ilə bilinən Mayadin kanalının analitiki və hərbi məsələlər üzrə ixtisaslaşmış jurnalist Əli Cazini Nəsrullahın sözlərini təhlil edərkən təşkilatın 300 km mənzilə çata bilən qısa mənzilli, dəqiq ballistik raketlərə sahib ola biləcəyini bildirib.
    Əli Cazini həmçinin, İsraili yaxın məsafədən vura biləcək olan raketlərin İranın Zelzal və Fateh 110 tipli raketləri ola biləcəyini deyib.
    Üstəlik, yayılan fotoşəkillərdən Hizbullahın Rusiya raketlərindən istifadə etdiyi məlum olub.
    Britaniyalı hərbi ekspert Castin Krumpın fikrincə, Hizbullah bu raketləri Suriyadan da almış ola bilər.Çünki İran bəzi Rusiya silah sistemlərinin kopyalarını istehsal edir. Bu səbəbdən Hizbullahı da eyni silahlarla təmin etmiş ola bilər.
    Hizbullah həmçinin hücum raketləri ilə yüklənmiş silahlı pilotsuz uçuş aparatlarından da (PUA) geniş şəkildə istehsal edir.
    Justin Crump’a görə Hizbullah aparatları inkişaf etdirərək qabiliyyətlərini artırıb.
    Bunlarla Hizbullah İsrail təyyarələrinin aşağı hündürlükdə uçuşunu məhdudlaşdıra bilər ancaq İsrail təyyarələri daha yüksək uçuşlar həyata keçirə biləcəyi üçün Hizbullah hava məkanını İsrail təyyarələri üçün bağlaya bilməyəcək.

    Hizbullah dövlət içində dövlət necə oldu?
    #Hizbullah
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Netanyahunun yeni müharibə strategiyası bölgəni necə dəyişəcək?

    25 Noyabr 2025 09:00

    İsrail Beyrutda Hizbullahın qərargah rəisini hədəf alıb

    23 Noyabr 2025 20:04

    Livana edilən hava zərbəsində 13 HƏMAS üzvü öldürülüb - İsrail ordusu

    21 Noyabr 2025 21:28

    Hizbullah zəiflədikcə Səudiyyə–Livan yaxınlaşması güclənir

    14 Noyabr 2025 12:45

    Makron yaman narahatdır - Livana görə

    13 Noyabr 2025 15:00

    İsrailin hücumları və ABŞ-ın təzyiqi davam etdikcə, Livanda sabitlik olmayacaq - Hizbullah

    11 Noyabr 2025 20:57

    ABŞ İranın Hizbullaha maliyyə axınını kəsməyə hazırlaşır

    10 Noyabr 2025 21:02

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    9 Noyabr 2025 18:28

    Hizbullah İsraillə yeni müharibəyə girə bilərmi?

    8 Noyabr 2025 07:11

    Livanın İsraillə danışıqlardan başqa yolu yoxdur - Aun

    3 Noyabr 2025 23:17

    Livanda itirilən fürsət - müharibə qapıdadır

    2 Noyabr 2025 15:00

    İran, İsrailə qarşı Türkiyə–Səudiyyə–İran ittifaqı yaratmağa çalışır

    31 Oktyabr 2025 21:45
    Demo
    XƏBƏR LENTİ

    "Qalatasaray" "Real"ın müdafiəçisi ilə maraqlanır

    Mançester Yunayted rekord borcla üzləşib

    Azərbaycan və Tailand arasında ilk siyasi məsləhətləşmələr keçirilib

    ABŞ ilə 100 milyard dollarlıq ticarət hədəfi üçün işlər davam edir - Ömər Bolat

    ABŞ prezidentinin yeni “Air Force One” təyyarəsinin təhvili gecikir

    Vəzifəsindən azad olunan CHP-li Bələdiyyə Başçısı, Bahçeli ilə görüşüb

    Ərdoğan Qara Dənizdə gəmilərə edilən hücumlara münasibət bildirib

    Türkiyə-Rusiya görüşü - Ərdoğan Putinlə ilə sülh səylərini müzakirə etdi

    Hindistanda Messinin olduğu stadionda iğtişaş yaşanıb

    Trampın xüsusi nümayəndəsi Ukrayna və Avropa liderləri ilə görüşəcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.