Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    ABŞ beynəlxalq qüvvənin Qəzzəyə yerləşdirilməsi üçün 2026-cı ilin yanvarını hədəf seçib - İsrail mediası

    27 Noyabr 2025 19:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    ABŞ administrasiyasının BMT mandatlı Beynəlxalq Təhlükəsizlik Qüvvəsinin Qəzza zolağına yerləşdirilməsi üçün 2026-cı ilin yanvar ayının ortasını hədəf tarix kimi müəyyən etdiyi bildirilib.

    AzerVoice xəbər verir ki, İsrailin “Kanal 14” televiziya kanalının məlumatına görə, ABŞ-ın hazırladığı ilkin qrafikə əsasən beynəlxalq qüvvələrin ilk birləşmələrinin 2026-cı ilin yanvarın ortalarında Qəzzəyə çatması planlaşdırılır. Qüvvələrin Qəzzənin cənubundakı Rəfah bölgəsində yerləşdirilməsi nəzərdə tutulur.

    Məlumata görə, yerləşdirmədən əvvəl həmin ərazilərdə fəaliyyət göstərən İsrail ordusu minalar və partlamamış sursatların təmizlənməsi üzrə hazırlıq işlərini tamamlamalı olacaq.

    İsrailin Kiryat Gat şəhərində yerləşən Mülki-Hərbi Koordinasiya Mərkəzindən yüksək vəzifəli bir rəsmiyə istinadən bildirilib ki, Qəzza zolağında “silahsızlanma prosesinin tamamlanması üçün son tarix aprel ayının sonu” kimi müəyyən olunub. Rəsminin sözlərinə görə, bu hədəflər “mövcud sahə şərtləri nəzərə alındığında olduqca iddialıdır”.

    İddialarla bağlı ABŞ, HƏMAS və vasitəçi tərəflərdən hələlik hər hansı rəsmi açıqlama verilməyib.

    Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 18 noyabrda Qəzzədə Sülh Şurasının yaradılmasını və Beynəlxalq Təhlükəsizlik Qüvvələrinin bölgədə fəaliyyət göstərməsini nəzərdə tutan ABŞ-ın təqdim etdiyi qərar layihəsini qəbul etmişdi. Səsvermədə 13 ölkə “lehinə”, Rusiya və Çin isə “çəkinmə” mövqeyi sərgiləmişdi.

    Layihə səsvermədən əvvəl “Fələstin dövlətinin qurulmasına aparan ifadələr” ehtiva etdiyinə görə İsrailli siyasətçilər tərəfindən kəskin şəkildə tənqid edilmişdi.

    #İsrail mediası: ABŞ beynəlxalq qüvvənin Qəzzəyə gəlişi üçün 2026 yanvarını hədəfləyir #Qəzzədə Uluslararası İstikrar Gücü 2026-cı ilin əvvəlində yerləşdirilə bilər #ABŞ-ın Qəzzə planı: Beynəlxalq qüvvə Rəfaha göndəriləcək #İsrail rəsmisi: Silahsızlanma prosesinin son tarixi aprelin sonudur #Qəzzədə mina təmizlənməsi beynəlxalq qüvvənin yerləşdirilməsindən əvvəl görüləcək #ABŞ-ın təqdim etdiyi BMT qərarı qəbul edilmişdi: növbəti mərhələ tarixləndi #2026 yanvar planı: Qəzzəyə ilk beynəlxalq birlik göndərilir #İsrail mediası Qəzzə üzrə ABŞ qrafikinin detallarını açıqladı #Qəzzədə sabitlik qüvvəsi: tərəflərdən hələ açıqlama yoxdur #Rusiya və Çin çəkinmişdi: BMT Qəzza missiyasını təsdiqləmişdi #ABŞ Qəzzəyə beynəlxalq qüvvə göndərməyə hazırlaşır: tarix açıqlanıb #2026-cı ildə Qəzzədə yeni mərhələ: Uluslararası İstikrar Gücü gəlir #Rəfah bölgəsinə yerləşdirmə planı sızdı: İsrail mediası təfərrüatları paylaşıb #Qəzzədə mina təmizlənməsi əməliyyatı genişləndirilir #Uluslararası İstikrar Gücü #Qəzzə missiyası #2026 Qəzzə planı #Rəfah bölgəsi təhlükəsizliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri ilə görüşüb

    14 Fevral 2026 13:51

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Özbəkistan bazarında Türkiyə poladı geriləmə göstərib (ÖZƏL)

    14 Fevral 2026 09:20

    "Müqavimət Oxu"nun süqutu: Vaşinqton niyə İranın zəiflədiyini düşünür?

    14 Fevral 2026 09:00

    Prezident İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibə verib

    14 Fevral 2026 03:41

    Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib

    13 Fevral 2026 22:35

    Prezident İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb

    13 Fevral 2026 22:19

    Türkiyə XİN Avropa Parlamentinin qərarlarına sərt etiraz bildirib

    13 Fevral 2026 21:27

    Dünyanın ən böyük aviadaşıyıcısı Yaxın Şərqə göndərilir

    13 Fevral 2026 20:45

    Prezident İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşüb

    13 Fevral 2026 18:19

    Rəfah sərhəd məntəqəsi vasitəsilə xəstələrin təxliyəsi dayandırılıb

    4 Fevral 2026 13:01

    İsrail yalnız 12 fələstinlinin Rəfah sərhəd keçid məntəqəsindən Qəzzaya qayıtmasına icazə verib

    3 Fevral 2026 12:39
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev Münxendə Bolqarıstan Prezidenti ilə görüşüb

    Prezident İlham Əliyev Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri ilə görüşüb

    Yaşlanma hər il deyil, iki böyük dalğa ilə gəlir

    Yanvarda Yunanistandan Türkiyəyə 695 min ton yük çatdırılıb (ÖZƏL)

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    ABŞ Cənub Komandanlığı Karib dənizində əməliyyat keçirdi

    Bu il “Məşğulluğa Dəstək Layihəsi”nin daha 250 benefisiarına biznesini genişləndirmək üçün əlavə dəstək veriləcək

    Avropanın iqtisadi və təhlükəsizlik problemlərində Pekin günahkar deyil - Çin

    Fransa bazarında Türkiyə tekstilinə tələbat zəifləyib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.