Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Suriya Böyük Bir Mina Tarlasıdır

    3 Mart 2025 22:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email


    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi


    Hərbi rejimlər və diktaturalar həmişə "fövqəladə şərait" ifadəsindən ölkəni və xalqı tam nəzarət altında saxlamaq üçün istifadə ediblər. Bu səbəbdən, Suriya kontekstində bu ifadə bir çoxları üçün, xüsusilə də illərdir azadlıq və demokratiya uğrunda mübarizə aparanlar üçün qıcıq doğurur.

    Reallıq isə odur ki, "fövqəladə şərait" və ya "çətinliklər" ifadələri Suriya üçün artıq kifayət deyil. 8 dekabr 2024-cü ildə Əsəd rejimi süqut etdi, Əsəd Moskvaya qaçdı və Əhməd Şəraa Suriya prezident sarayına daxil oldu. Qələbə böyük idi, amma Suriyanın real mənzərəsi gözləniləndən daha ağır idi: tamamilə məhv olmuş şəhərlər, milyonlarla məcburi köçkün, saysız-hesabsız kütləvi məzarlıqlar və siyasi məhbuslarının taleyini gözləyən on minlərlə ailə. Ölkə iqtisadiyyatı çökmüş, dövlət qurumları isə formal bir sistemə çevrilmişdi.

    Əsədin qaçışından sonra İsrail fasiləsiz olaraq Suriya ordusunun silah anbarlarına hava zərbələri endirməyə başladı. Zaman keçdikcə bu hücumlar təkcə hava hücumları ilə məhdudlaşmadı – İsrail Suriya ərazisinə doğru irəliləməyə başladı.

    İsrail Suriyanın yeni rəhbərliyinin müqavimət göstərə bilməyəcəyini və yeni müharibəyə başlamaq istəmədiyini anlayaraq daha geniş tələblər irəli sürməyə başladı. İsrail 1974-cü ildə imzalanmış “atəşkəs razılaşmasının” Əsəd rejimi ilə birlikdə çökmüş olduğunu bəyan etdi və Colan təpələri ilə həmsərhəd olan Suriyanın Cəbəl əş-Şeyx bölgəsini işğal edəcəyini bildirdi.

    İsrailin Baş naziri Binyamin Netanyahu isə “Suriyalı əsgərlərin mövqelərini tərk etdiyini” və İsrail ordusunun "sərhəddə icraedici qüvvə" olacağını açıqladı.

    Bununla kifayətlənməyən İsrail Livanın 1982-ci ildə işğalı zamanı istifadə etdiyi taktikaya əl atdı – Suriyanın daxilindəki etnik və dini azlıqları qızışdırmağa başladı. Netanyahu Suriya hökumət qüvvələrinin tamamilə cənubdan çıxarılmasını tələb etdi və bildirdi ki, “Tahrir əş-Şam” və “Yeni Suriya Ordusu”nun Dəməşqin cənubuna daxil olmasına icazə verilməyəcəkdir. O, İsrailin Cənubi Suriyadakı Druzluların qorunmasını üzərinə götürdüyünü və onlara qarşı hər hansı bir təhdidə dözməyəcəyini bəyan etdi.

    İsrailin hərbi və daxili siyasətə təzyiqi ilə yanaşı, ABŞ-ın Suriyaya qarşı sanksiyalarının qaldırılmaması üçün də təzyiqlər etdiyi bildirilir. Bu məsələdə Tramp və Netanyahu arasında açıq koordinasiya müşahidə olunur, bu da Suriyanın iqtisadi vəziyyətini daha da ağırlaşdırır.

    Daxildə isə vəziyyət hələ də sabit deyil. Əsəd rejiminin qalıqları hələ də Aralıq dənizi sahillərində üsyan qaldırır, saxta xəbərlər yayır və Suriya sahilinin ayrılmasını təbliğ edirlər. İran isə ya rejim qalıqları, ya da Livan sərhədindəki “Hizbullah” vasitəsilə Suriya üzərində təsirini saxlamağa çalışır.

    Digər tərəfdən, Suriyanın şimalında "Suriya Demokratik Qüvvələri" (SDQ) məsələsi hələ də həllini tapmayıb. SDQ-nin qəbilələrlə və digər kürd fraksiyaları ilə qarşıdurması davam edir.

    Bütün bunların fonunda Dəməşqdə “Milli Dialoq Konfransı” keçirilib. Əslində, daha əhatəli və geniş səlahiyyətli bir qurultay keçirilməli idi, lakin həm gözləntilərdən az, həm də gözlənildiyindən daha çox nəticə verib.

    Keçid prosesi dərhal başlamalıdır. Bu qədər "minanı" zərərsizləşdirmək üçün bütün suriyalıları təmsil edən, eyni zamanda ixtisaslı şəxslərdən ibarət bir keçid hökuməti qurulmalıdır.

    Suriya olduqca çətin vəziyyətdədir. İstər hazırkı hakimiyyət, istərsə də onun xaricində olan qüvvələr anlamalıdır ki, bu gəmi batarsa, hamı birlikdə batar. Batan gəmini siə birinci sişanlar tərk edir, necə ki Əsəd etdi. Əsəd suriiyalılara, çökməkdə olan bir dövlət miras qoyub. Suriya diktaturadan vətəndaş dövlətinə keçmək üçün hamının töhfəsinə ehtiyac duyur.

    Suriya son vəziyyət, Bəşər Əsəd qaçdı, Əhməd Şərə Suriya prezidenti, Suriya siyasi keçid, İsrail Suriya hücumları, Suriya müharibəsi, Netanyahu Suriya, Suriya Golan təpələri, Suriya milli dialoq konfransı, Suriya yeni hökumət, İran Suriya təsiri, Hizbullah Suriya, ABŞ Suriya sanksiyaları, Tramp Netanyahu Suriya, SDQ və kürd münaqişəsi, Tahrir əş-Şam, Yeni Suriya Ordusu, Druzlular Suriya, Suriya iqtisadi böhran, Suriya müxalifət hökuməti, Suriyada hərbi vəziyyət, İsrail Suriya sərhədi
    #Suriya #Hizbullah #Əhməd Şəraa #İran və Hizbullah əlaqələri #SDQ və Suriya ordusunun birləşməsi #Suriya və İsrail gərginliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əsədin devrilməsindən sonra ABŞ Suriya sanksiyalarını aradan qaldırır

    11 Dekabr 2025 13:06

    Suriyanın yenidən qurulması üçün 216 milyard dollar tələb olunur - Hakan Fidan

    10 Dekabr 2025 17:04

    Səudiyyə və Suriya liderləri təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər

    10 Dekabr 2025 10:10

    Türkiyə Suriyanın yenidən qurulmasında fəal rol oynayacaq - Ərdoğan

    9 Dekabr 2025 16:09

    Türkiyə-Suriya sərhədində strateji nəqliyyat xətti bərpa olunur

    9 Dekabr 2025 10:29

    8 Dekabr Suriya Azadlıq Günü: Azadlıq uğrunda onillik mübarizənin simvolu

    9 Dekabr 2025 10:25

    Türkiyə Suriya ərazi bütövlüyünü və sabitliyini dəstəkləyir - Ərdoğan

    8 Dekabr 2025 16:46

    ABŞ Suriyada yeni hökuməti dəstəkləmək üçün sanksiyaları azalda bilər

    8 Dekabr 2025 12:45

    Suriya xalqının iradəsi dəyişimin mümkün olduğunu sübut etdi - Quterreş

    8 Dekabr 2025 09:51

    Kanada Suriyanı “terrorizmi dəstəkləyən dövlətlər” siyahısından çıxardı

    6 Dekabr 2025 11:57

    BMT Təhlükəsizlik Şurası 14 İldən Sonra İlk Dəfə Suriyaya Səfər Edib

    4 Dekabr 2025 14:40

    Suriya Colanın tamamını geri almaq haqqını təsdiqlədi

    3 Dekabr 2025 10:35
    Demo
    XƏBƏR LENTİ

    İsrail ordusu Livanda Hizbullah mövqelərinə zərbələr endirib

    Adil Kərimli BMT-nin UNAOC Qlobal Forumunda iştirak edir

    Türkiyə Qəzzaya humanitar yardım gəmisi göndərdi

    "Qalatasaray" "Real"ın müdafiəçisi ilə maraqlanır

    Mançester Yunayted rekord borcla üzləşib

    Azərbaycan və Tailand arasında ilk siyasi məsləhətləşmələr keçirilib

    ABŞ ilə 100 milyard dollarlıq ticarət hədəfi üçün işlər davam edir - Ömər Bolat

    ABŞ prezidentinin yeni “Air Force One” təyyarəsinin təhvili gecikir

    Vəzifəsindən azad olunan CHP-li Bələdiyyə Başçısı, Bahçeli ilə görüşüb

    Ərdoğan Qara Dənizdə gəmilərə edilən hücumlara münasibət bildirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.