Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    PKK-nın Suriya qolu SDQ hərbi və diplomatik olaraq çökmə mərhələsindədir - Ankara

    22 Yanvar 2026 12:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyənin təhlükəsizlik mənbələri Suriyanın şimalındakı hərbi və diplomatik dəyişiklikləri təhlil edərək terror təşkilatı PKK-nın Suriya qolu olan SDQ-nin tamamilə zəiflədiyini bəyan edib.

    AzerVoice xəbər verir ki, təhlükəsizlik qaynaqları SDQ-nin nəzarət etdiyi ərazilərin böyük hissəsini itirdiyini və artıq beynəlxalq diplomatiyada qorumasız qaldığını vurğulayıb. Məlumata görə terror təşkilatı El-Hol düşərgəsindən geri çəkilib və Həsəkəni İraqa bağlayan strateji Yarubiyə sərhəd keçid məntəqəsi Suriya ordusunun nəzarətinə keçib. Bu inkişaf SDQ ilə İraqdakı Qəndil kadrları arasındakı logistik və strateji bağı tamamilə qırıb. Eyni zamanda Karakozak körpüsü ətrafı və Süleyman Şah türbəsinin yerləşdiyi bölgə də terrorçulardan təmizlənib.

    Yanvarın 18-də Dəməşq rəhbərliyi ilə SDQ arasında 14 maddəlik atəşkəs və inteqrasiya müqaviləsi imzalanıb. Razılaşmaya əsasən SDQ ünsürləri Suriya müdafiə qüvvələrinə tam inteqrasiya olunacaq, qarşılığında isə kürdlərin hüquqları konstitusiya ilə təmin ediləcək. ABŞ Prezidenti Donald Trampın da bu prosesdə mövqeyini dəyişdiyi və rəsmi Dəməşq ilə təmasları artırdığı bildirilir. Trampın "Bizim üçün vacib olan İŞİD həbsxanalarıdır, SDQ maraq dairəmizdə deyil" mesajı ilə ən böyük həbsxana olan Sina-nın nəzarəti ABŞ-a, El-Holun idarəçiliyi isə Suriya rəhbərliyinə keçib.

    Mənbələr qeyd edir ki SDQ-nin "Biz yoxuqsa İŞİD geri dönər" şantajı artıq effektini itirib. Xüsusilə bölgədəki ərəb tayfalarının SDQ zülmünə qarşı başladığı üsyan təşkilatın parçalanmasını sürətləndirib. Neft mənbələrini və maliyyə ehtiyatlarını itirən Qəndil qruplaşmasının artıq Suriyanı bir "rezerv sahə" kimi istifadə etmək imkanı qalmayıb. Təhlükəsizlik mənbələri bu yeni vəziyyətin Türkiyənin daxilindəki terrorla mübarizə prosesinə də müsbət təsir göstərəcəyini və Suriyada gözləntilərin uğurla reallaşdığını vurğulayırlar.

    #Suriya #Suriya xəbərləri #Suriya münaqişəsi #PKK/YPG və Suriya #SDQ və Suriya ordusunun birləşməsi #SDQ #SDQ (Suriya Demokratik Qüvvələri) #SDQ inteqrasiyası #SDQ nəzarətindəki bölgələrdə 7–8 dekabr toplantılarına yasaq #SDQ bölgələrində kütləvi toplaşmalar dayandırıldı #Fidan: SDQ adı altında fəaliyyət göstərən PKK/YPG vaxt udur #Suriya–SDQ razılaşması üzrə ilin sonuna qədər irəliləyiş axtarılır #Suriya SDQ danışıqları #Suriya hökuməti SDQ
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Alət təhlükəyə çevriləndə: ABŞ niyə kürd amilini kənara çəkdi?

    22 Yanvar 2026 12:24

    Brüsseldə YPG/SDQ tərəfdarlarının aksiyasına polis sərt müdaxilə edib

    21 Yanvar 2026 17:25

    Şəraa, Sudani və Bərzani ilə görüşdü

    21 Yanvar 2026 16:33

    Suriya Prezidenti Əhməd Əş-Şəraa Davos səfərini ləğv edib

    21 Yanvar 2026 15:42

    Türkiyədə bayrağa qarşı hücumla bağlı 14 nəfər saxlanılıb

    21 Yanvar 2026 14:15

    ​Suriya erməniləri YPG terror təşkilatına açıq şəkildə dəstək verdilər

    21 Yanvar 2026 10:55

    Ərdoğan Trampla Suriyanın gələcəyini və Qəzza sülhünü müzakirə edib

    21 Yanvar 2026 09:18

    Süni böhran: Suriyada kürd separatizminin xarici faktorları və tarixi reallıq

    21 Yanvar 2026 09:00

    Suriya ordusu və YPG arasındakı inteqrasiya sazişindən sonra başlayan hərbi gərginlik səngidi

    20 Yanvar 2026 13:52

    Hakan Fidan və Tom Barrak Türkiyə–ABŞ münasibətləri və Suriya məsələsini müzakirə ediblər

    20 Yanvar 2026 13:14

    Dəməşqin təhlükəsizliyi Ankaranın təhlükəsizliyidir - Bahçeli

    20 Yanvar 2026 12:42

    Səudiyyə Ərəbistanı Dəməşq ilə SDQ arasındakı razılaşmanı alqışlayıb

    19 Yanvar 2026 10:15
    Demo
    XƏBƏR LENTİ

    Dünyanın ən böyük atom elektrik stansiyası fəaliyyətə başladıqdan bir gün sonra qəza səbəbindən dayanıb

    Bayrağa qarşı hücum milli dəyərlərə yönəlmiş təxribatdır - Türkiyə MN

    Ötən il əlilliyi olan 44 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib

    Keçən il Türkiyədən Qazaxıstana kimyəvi maddə ixracı 262 milyon dolları keçib (ÖZƏL)

    Atəşkəsə baxmayaraq İsrail ordusu Qəzzanın müxtəlif bölgələrinə hava zərbələri endirib

    Alət təhlükəyə çevriləndə: ABŞ niyə kürd amilini kənara çəkdi?

    PKK-nın Suriya qolu SDQ hərbi və diplomatik olaraq çökmə mərhələsindədir - Ankara

    Fənərbaxça UEFA Avropa Liqasında Aston Villa komandasını qəbul edir

    "Moody`s" Azərbaycanın investisiya reytinqini təsdiqləyib

    Azərbaycanda ÜDM artımı 2026-cı ildə 3 % təşkil edəcək - Moody`s

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.