Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Müəllimi qorumaq gələcəyimizi qorumaqdır

    7 Fevral 2026 14:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice

    Dünən biz bir faciə yaşadıq.

    Bu, təkcə bir cinayət hadisəsi deyil, cəmiyyət, təhsil və gələcəyimiz üçün həyəcan siqnalıdır.

    10-cu sinif şagirdinin müəllimini güllələməsi hər birimizi sarsıdan, susmağa imkan verməyən bir faktdır. Bu hadisə bizi nəticə ilə yox, səbəblərlə üz-üzə qoyur. Çünki bu cür faciələr bir günün, bir anın işi deyil.

    Bu problemin kökü ailədən, sosial mühitdən, nəzarətsiz və laqeyd çevrədən başlayır. Amma artıq bir həqiqəti açıq deməliyik: təhsil sisteminə köhnə düşüncə ilə yanaşmaq ciddi səhvdir.

    “Uşaq yaxşı oxuyursa, deməli problem yoxdur” yanaşması yanlışdır. Qiymət cədvəlində yüksək bal alan hər uşaq daxildə sağlam demək deyil. Akademik göstərici psixoloji tarazlığın ölçüsü ola bilməz. Uşaq susa, dərsini oxuya, amma daxilində böyüyən aqressiyanı, qorxunu, təzyiqi heç kim görməyə bilər.

    Bu təhlükəli yanaşma bu gün bizi ağır nəticələrlə üz-üzə qoyur.

    Bunun üzərinə sosial şəbəkələr və internet oyunlarının təsiri də əlavə olunur. Uşaqlar saatlarla virtual aləmdə yaşayır. Şiddət normallaşdırılır, aqressiya oyuna çevrilir, insan həyatı ekranda bir düyməyə basmaq qədər dəyərsizləşdirilir. Real həyatla virtual aləm arasındakı sərhəd itdikcə, fəsadlar qaçılmaz olur.

    Bu fakt bir daha göstərdi ki, cəmiyyətimizdə tərbiyə, nəzarət və psixoloji dəstək sahəsində ciddi boşluqlar var. Biz isə təəssüf ki, yalnız faciə baş verəndən sonra danışmağa başlayırıq.

    Özümüzə sual verməyin vaxtıdır:
    Məktəbdə uşaqların davranışına nə qədər diqqət yetiririk?
    Riskli davranışlar vaxtında müəyyən edilirmi?
    Psixoloji iş realdır, yoxsa kağız üzərində?
    Uşaqların gününün neçə saatı ekran qarşısında keçir və biz buna nəzarət edirikmi?
    Məktəbdənkənar vaxt həqiqətənmi təhlükəsiz mühitdə keçir?

    Məktəblərdə psixoloji və fiziki təhlükəsizlik formal prosedur olmamalıdır. Bu, kağız üçün yox, uşaqlar üçündür. Valideyn yalnız qiymətə yox, övladının davranışına, psixoloji vəziyyətinə, daxili dünyasına və rəqəmsal mühitinə cavabdehdir.

    14 yaşlı uşağı bu həddə gətirən mühit təftiş olunmalıdır. O mühitə ailə də daxildir, məktəb də, küçə də, telefon ekranının arxasındakı görünməz dünya da. Çünki kövrək yaşda edilən ağır səhvin məsuliyyəti təkcə bir uşağın üzərinə yüklənə bilməz. Bu, bölüşülməli məsuliyyətdir.

    Bu gün müəllimə tuşlanan silah, əslində, təhsilə, cəmiyyətə və gələcəyimizə tuşlanıb. Vaxtında reaksiya verilməsə, sabah daha ağır faciələrin şahidi ola bilərik. Bu hadisəyə susmaq mümkün deyil.

    Ümummilli Lider Heydər Əliyevin “Mən dünyada müəllimlikdən yüksək ad tanımıram” fikri bu gün sadəcə sitat kimi səslənməməlidir. Müəllimi qorumaq, ona hörmət etmək, onu uca tutmaq — gələcəyimizi qorumaqdır.

    Şəhla müəllimə gənc, istedadlı, uşaqların taleyinə valideyn məsuliyyəti ilə yanaşan peşəkar pedaqoq idi. Ona açılan atəş bir nəfərə deyil — cəmiyyətimizin dəyərlərinə və sabahına açılan atəşdir.

    Sevil Mikayılova
    Milli Məclisin deputatı, IPU vitse-prezidenti

    #Milli Məclis #Sevil Mikayılova #Beynəlxalq Parlamentlərarası İttifaqı (IPU #İdrak liseyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bakıda şagird müəllimini güllələdi

    6 Fevral 2026 11:00

    Azərbaycan və İordaniya gömrük sahəsində əməkdaşlıq edəcək

    2 Fevral 2026 13:12

    İlk ürək transplantasiyalarından sonra orqan donoru olmaq istəyənlərin sayı artıb - Əhliman Əmiraslanov

    31 Yanvar 2026 12:41

    Ürək transplantasiyasının uğuru güclü qanunvericilik və icra mexanizmlərinə əsaslanır - Əhliman Əmiraslanov

    31 Yanvar 2026 12:39

    Sahibə Qafarovanın qardaşı dünyasını dəyişdi

    30 Yanvar 2026 11:41

    Naxçıvanda konstitusiya və suverenlik irsi ilə bağlı kitab nəşr edildi

    29 Yanvar 2026 13:35

    Milli Məclisin sədri Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

    27 Yanvar 2026 09:43

    Milli Məclisin sədri Bəhreyn Kralı ilə görüşdü

    26 Yanvar 2026 11:10

    Milli Məclisin sədri Sahibə Qafarova Bəhreynin Nümayəndələr Şurasının sədri ilə görüşdü

    25 Yanvar 2026 23:00

    Azərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb

    25 Yanvar 2026 21:15

    Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Şura Məclisinin sədri ilə görüşüb

    25 Yanvar 2026 19:29

    Milli Məclisin sədri Sahibə Qafarova APA-nın 16-cı Plenar Sessiyasında iştirak üçün Bəhreynə səfər edib

    25 Yanvar 2026 11:15
    Demo
    XƏBƏR LENTİ

    Ceyhun Bayramov pakistanlı həmkarına zəng edib başsağlığı verdi

    İran raket proqramı üzrə danışıqlara getməyəcək - Əraqçi

    Müəllimi qorumaq gələcəyimizi qorumaqdır

    “Xatirələr sahilində” filminin nümayişi keçirilib

    Marko Polonu geridə qoyan, orta əsrlərin müsılman səyyahı: İbn Battutanın izi ilə

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    Keçən il Türkiyənin İskenderun limanı 4 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    ASELSAN Çelik Kubbe layihəsi üçün 100-dən çox yeni sistemi orduya təhvil verib

    AQC "Kashalata" kafedə sosial layihə həyata keçirib

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında hücumlarını davam etdirir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.