Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Tarix

    Tarixdə bu gün - 30 oktyabr

    30 Oktyabr 2025 00:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    1757 Osmanlı padşahı III. Mustafa taxta çıxdı.

    1873 Teodor Kasap tərəfindən nəşr olunan “Hayal” satirik qəzeti çap olunmağa başladı.

    1905 Aspirin ilk dəfə satışa təqdim edildi.

    1918 Çexoslovakiya Respublikası elan edildi.

    1918 I Dünya müharibəsindən məğlub çıxan Osmanlı İmperiyası ilə qalib dövlətlər arasında Mondros Müqaviləsi imzalandı.

    1919 Sədət Simavi tərəfindən nəşr olunan “Diken” adlı siyasi satirik jurnal çap olunmağa başladı.

    1920 Qarsın Qurtuluşu. Şərq Cəbhəsi komandanı Kazım Karabekir Paşa komandanlığında ordu böyük qələbə qazandı.

    1923 Mustafa Kamal Paşa, baş nazir vəzifəsinə İsmet Paşanı (İnönü) təyin etdi.

    1937 Ankara Qara bina təntənə ilə açıldı.

    1938 Orson Uellsin radio üçün uyğunlaşdırdığı “Dünyalar Müharibəsi” (H.G. Wells) oyununda Marslıların işğalını həqiqət hesab edən amerikalılar böyük panika yaşadı.

    1942 İngilis ordusu Əl Əlameyndə alman ordusuna hücum etdi.

    1956 İngiltərə və Fransa İsrail və Misirdən Süveyş Kanalını 12 saat ərzində tərk etməyi tələb etdi.

    1960 İngiltərədə ilk uğurlu böyrək transplantasiyası həyata keçirildi.

    1961 Sovetlər Birliyi Arktik Okeanında yerləşən Novaya Zemlya adasında 58 megaton gücündə hidrogen bombası sınağı keçirdi. Bu, dünyada indiyə qədər insan tərəfindən edilən ən güclü partlayış idi. Nikita Xruşçov bu sınağın əslində 100 megaton gücündə planlaşdırıldığını, lakin radioaktiv tullantılardan qorxduqları üçün gücü məhdudlaşdırdıqlarını bildirmişdi.

    1970 Vyetnamda son altı ilin ən güclü musson yağışları nəticəsində 293 nəfər öldü, 200,000 nəfər evsiz qaldı.

    1973 Boğaziçi körpüsü prezident Fahri Korutürk tərəfindən açıldı.

    1974 Muhammed Əli Kinşasa (Zair) şəhərində Corc Foremanı məğlub edərək yenidən dünya ağır çəkili boks çempionu oldu.

    1980 Türkiyədə Bülent Ecevit CHP-nin sədri vəzifəsindən istefa etdi.

    1980 El Salvador və Honduras sərhəd münaqişələrinə son qoyan bir sülh müqaviləsi imzaladı. İki ölkə arasında 1969-cu ildə keçirilən milli futbol matçından sonra tarixə “Futbol Müharibəsi” kimi daxil olan beş günlük müharibə baş vermişdi.

    1983 Ərzurum və Qarsda baş verən zəlzələdə 1,330 nəfər həlak oldu, 534 nəfər yaralandı.

    1983 Argentinada yeddi illik hərbi rejimdən sonra ilk demokratik seçkilər keçirildi.

    1984 Türkiyə prezidenti Kenan Evren Mürted bölgəsində təyyarə zavodunun (TAI) təməlini qoydu.

    1995 Kanadanın Quebec əyalətində muxtariyyət istəyənlər bu barədə keçirilən referendumda az fərqlə məğlub oldular (səs nisbəti 49.4% - 50.6%). Qalib gəlsəydilər, Quebecin Kanadadan müstəqilliyi üçün danışıqlar başlayacaqdı.

    2017- Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi nəticəsində regionun ən mühüm nəqliyyat layihələrindən biri - Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti istifadəyə verildi. Bu layihə təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqaz və Mərkəzi Asiyanın nəqliyyat xəritəsini dəyişdirən tarixi hadisə oldu.

    2020 44 günlük vətən müharibəsi. Ermənistan silahlı qüvvələri Tərtərin Ələsgərli kəndinə "Smerç" raketi atdı.

    2025 Ərdoğan Almaniya kanslerinin İsraili müdafiə etməsinə etiraz edib. “İsrail özünü müdafiə etdi” ifadəsinə açıq şəkildə etiraz edən Ərdoğan: “60 mindən çox uşaq, qadın və yaşlı həyatını itirib. HƏMAS-ın bombası, nüvə silahı yoxdur. Amma bütün bu silahlar İsrailin əlində var və istifadə edir. Qəzzə gecə-gündüz bombardman olunur. Bunları Almaniya görmürmü?”-deyib.

    2025 Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri (XTQ) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezident Qvardiyasının Xüsusi Əməliyyat Komandanlığı bölmələrinin iştirakı ilə keçirilən "Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi oktyabrın 30-da sona çatdı.

    #Bakı-Tbilisi-Qars #Tarixdə bu gün #Kenan Evren #Bakı–Təbriz–Bakı #Tarixdə bu gün - 30 oktyabr #Sarsılmaz Tərəfdaşlıq-2025 #XTQ #Smerç
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    14 Fevral: Həririnin Qətli və YouTube-un Doğuşu: 14 Fevral Dosyesi

    14 Fevral 2026 00:01

    13 Fevral: Şimali Kipr Türk Cumhuriyyətinin Elanı, Erzincan Zəfəri və Dresden Cəhənnəmi - Tam Xronika

    13 Fevral 2026 00:01

    12 Fevral: Maraşın Qurtuluşu, Bənnanın Qətli, Minsk Sülhü və Darvinin Doğum Günü - Tam Xronika

    12 Fevral 2026 00:01

    11 Fevral: İranda İslam İnqilabı, Misirdə "Firon"un Sonu və Mandelanın Azadlığı - Tam Xronika

    11 Fevral 2026 00:01

    10 Fevral: Türkmənçay Faciəsi, Bağdadın Süqutu və Putinin Münhen Nitqi - Tam Xronika

    10 Fevral 2026 00:01

    9 Fevral: Nəvainin Doğumu və BƏƏ-nin Mars Zəfəri - Tam Xronika

    9 Fevral 2026 00:01

    8 Fevral: Rusiyanın Elm Günü, İraqda Qanlı Çevriliş və Qaziantepin hadisəsi - Tam Xronika

    8 Fevral 2026 00:01

    7 Fevral: Azərbaycanda Zəfər Seçkiləri, Avropa İttifaqının Doğuşu və Kosmosda İlk Sərbəst Yürüş - Tam Xronika

    7 Fevral 2026 00:01

    6 Fevral: "Əsrin Fəlakəti"nin İldönümü, Kraliçanın Taxta Çıxışı və Kosmosa Uçan Tesla - Tam Xronika

    6 Fevral 2026 00:01

    Tarixdə bu gün - 5 fevral

    5 Fevral 2026 00:01

    Tarixdə bu gün - 4 fevral

    4 Fevral 2026 00:01

    Tarixdə bu gün - 3 fevral

    3 Fevral 2026 00:01
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

    Vladimir Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtini açıqlayıb

    ABŞ ordusu Suriyada İŞİD-ə məxsus 30-dan çox hədəfi vurub

    Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olundu

    Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq - Vanq Huiyao

    Prezident İlham Əliyev: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

    Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı - Marta Kos

    Marta Kos Prezident İlham Əliyevə minnətdarlığını bildirib

    Prezident İlham Əliyev: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq

    Abaza Mehmed Paşa kimdir? Yüksəlişdən edama gedən yol

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.