Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Təhlil

    Müqtəda İraqın siyasi səhnəsinə qayıdır?

    13 May 2024 10:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    Sədr Hərəkatının özünəməxsus xüsusiyyətləri var. Bu gün dünyada siyasi İslamdan danışıqldığı zaman sadəcə sünni hərəkatların adı çəkilsə də şiə olan Sədr Hərəkatının İraqın siyasi və soasial həyatındakı rolunu danmaq mümükün deyil.

    Şiə müsəlman cəmiyyətində mühüm yeri olan Sədr Hərəkatı həm də bütün dövlət qurumlarına nüfuz edən kütləvi hərəkatdır. Ona görə də o, həmişə güc və ictimai təsir dairələrində qalmağa çalışıb. Bu, bəlkə də hərəkatın ictimai və siyasi mühitdə və bərabərliklə idarə olunan ölkədə güclü qalmasına töhfə verən ən mühüm məqamlardan biridir.

    Müqtəda Sədrin “Sədr Hərəkatı”na rəhbərlik etməsi bu dini-siyasi hərəkatın ən mühüm xüsusiyyətlərindən biridir. Öz xalqı ilə münasibətlərini tənzimləmək üçün dini simvolizmə diqqət yetirən hərəkat öz liderini dinləmək və ona tabe olmaq prinsipinə əməl edir.
    İraqın siyasi həyatına nəzər yetirdik də bu  hərəkatın digərlərindən daha şəffaf və realist olmasını görmüş olarıq ən azından ona görə hərəkat bu vaxta qədər nə tərəfdarlarınına nə də sünni əhaliyə saxta vəəd verməyib. Sübhəsiz hərəkatda ilk və son qərarı Müqtəda Sədr verir. Təşkilati məsələlər Sədrin etibar etdiyi adamları seçdiyi orqanlar tərəfindən həll edilir.

    Siyasi diskursunu milli məsələlərə çevirməsi ilə tanınan Sədr Hərəkatı ABŞ-ın İraqdakı hərbi varlığına qarşı müqavimət bayrağını daşıyan bir hərəkat olaraq ortaya çıxdı. Daha sonra məzhəb mənsubiyyətini paylaşsa belə, İraqda əcnəbilərin təsirini rədd edən, qəbul etməyən bir hərəkata çevrildi. Nəhayət, o, konsensus hökumətini pozmağa və milli çoxluq idarəsinə keçməyə cəhd etdi.

    Sədr Hərəkatı yarandığı gündən 2021-ci il seçkilərindən sonra parlamentdən çıxana qədər digər şiə siyasi qüvvələrinə qarşı həmişə təkbaşına hərəkət edib. Ona görə də şiə siyasi müxaliflərinin konsensusuna qarşı həmişə üsyankar mövqe tutduğu düşünülür. Bunun səbəbi 2003-cü ildən sonra Sədr Hərəkatının yarandığı siyasi mühit ola bilər.

    Sədr Hərəkatı İraq şiələrinin ölkədə hüdudlarından  kənardakı siyasi hərəkatdan uzaq, İslami Dəvət Partiyası və İraq İslam İnqilabının Ali Şurasından asılı olmayaraq yarandı.

    Sədr Hərəkatının adını dəyişərək “Şiə Milli Hərəkatı” elan etməsi də hərəkatın siyasi səhnəyə qayıdışının xəbərçisi idi.

    Sədr Hərəkatının siyasi tarixində ən mühüm məqam 2022-ci ilin iyununda Sədr Qrupu deputatlarının İraq Nümayəndələr Palatasından geri çəkilməsi qərarı oldu.

    Bununla belə, Müqtəda Sədrin əvvəlki “siyasətdən getdim” deyərək siyasətdən uzaqlamasına baxmayaraq , öz siyasi mövqeyini qoruyub saxlaya bilməməsi nəticəsində ölkə siələri arasınd aona  rəğbəti olduqca artırdı.

    Digər tərəfdən Sədrin, 2021-ci ildə keçiriləcək seçkilərdən sonra hökuməti qurmaq vəzifəsindən geri çəkilməsi, onu  korrupsiyalaşmış hökümətə qarşı olmasının açşıq şəkildə ortaya qoyurdu.Müqtəda əs-Sədr nəhəng bir fiqurdur və onun növbəti addımını heç vaxt proqnozlaşdırmaq mümkün deyil.

    Hərəkat üzvləri siyasi işdə güclü iştirak etsələr də, siyasi hadisələrin inkişafında təsirli olsalar da, bir tərəfdən özlərini mövcud sistemin əleyhdarları kimi təqdim edirdilər, digər tərəfdən isə, onlar özlərinin ən mühüm qütblərindən birinə çevrilə bilmişdilər.

    Əksər proqnozlar sadristlərin hökumətdən kənarda qalacağını göstərirdi. Digər tərəfdən, Sədr tərəfdarlarının siyasi arenadan geri çəkilməsi İraqdakı mövcud administrasiya üçün heç bir təhlükə yaratmadı.

    Maraqlısı odur ki, Sədr tərəfdarları digər şiə siyasi qruplardan fərqli olaraq, nə zorakılığa əl atdılar, nə də silahlanmağa üstünlük verdilər.

    Onlar daha çox öz fəaliyyətlərinə və cəmiyyətdəki varlıqlarına diqqət yetirdilər və 2023-cü ilin sonunda əyalət şurası seçkilərində belə iştirak etmədilər.
    Sədr hərakatının bu  siyasi gedişi İraq sünniləri tərəfindən də olduqca müsbət qarşılandı və hərəkatın dahada sevilməsinə səbəb oldu.

    Sədr Hərəkatının adının “Şiə Milli Hərəkatı”na çevirməsi Müqtəda Sədrin şiə siyasi rəqiblərinə qarşı “şiə milli hərəkatı” şüarını istifadə etməsindən qaynaqlanır. Əvvəlki illərdən fərqli olaraq Sədr artıq bütün çiələr qucaq açmaq niyyətindədir. Qeyd edək ki , Müqtədanın İraq siyasi həyatında uzun illər kənarda qalması heç də birmənalı qarçşılanmayıb. Bəzi radikal çiələr onu şiəliyə xəyanət etməkdə, ABŞ və Səudiyyə Krallığının şiə dünyasını parçalamaq planına xidmət etməkdə günahlandırıblar.

    Lakin bütün bu ittihamlar boşa çıxdı. Sədr bütün ittihamlara məzhəbçi bir addım olaraq “Şiə Milli Hərəkatı” adlı yeni bayraqla yenidən siyasi səhnəyə qayıtmaqla cavab verdi.

     Ola bilsin ki, Sədrin bu dəfəki hesablamaları onun siyasi hərəkatının adında “şiə” sözünün yer alması səbəbindən şiə siyasi rəqiblərinə mane olmaq məqsədini daşıyır. O məzhəb faktorunu tənqid etməyə çalışanlara da “milli” ifadəsi ilə cavab verir.
    Lakin istisna olunmur ki, Müqtəda Sədr və onun hərəkatı qarşıdakı günlərdə millilik və məzhəbi necə barışdırmaq məsələsində daha böyük problemlə üzləşəcək.

    Sədr Hərəkatının əleyhdarları indiyədək onun siyasi səhnədən geri çəkilməsindən müəyyən qədər məmnunluq ifadə ediblər.
    Bəziləri bunu hakim dairələrdə qazandıqlarını genişləndirmək üçün bir fürsət kimi görsələr də, öz çıxışlarında şiə siyasi səhnəsində yeni və daha nüfuzlu bir aktyorun meydana çıxmasına işarə etdilər. Bəziləri Sədr Hərəkatının siyasi səhnədə olmamasından rahatlaşsa da, bu yoxluğun xeyirdən çox zərər verdiyinə inanırlar.
    Çünki onların fikrincə, hərəkatın yoxluğundan istifadə edən yeni güclər şiələrin təsir dairələrində ənənəvi güclərlə rəqabət aparmağa başlayıblar. Bu, şiə siyasi qütbləri arasında güc balansını poza bilər.
    Onlar hesab edirlər ki, bütövlükdə dövləti və onun qurumlarını necə ələ keçirməyi planlaşdırmağı bilməyən yeni siyasi qüvvələrdənsə, reallıqlara tanış olan və “oyun qaydalarını” bilən Sədr Hərəkatı ilə razılaşmaq daha yaxşıdır.

    Müqtəda əs-Sədr isə qarşıdan gələn seçkilərdə iştirak etmək qərarına gələrsə, bazasından kənardan ictimai dəstək qazanmaq və rəqiblərini utandırmaq üçün nə edə biləcəyi problemi ilə üzləşir.

    İndi Sədr Hərəkatı mövcud vəziyyəti dəyərləndirməli və əhalini qütbləşdirmək üçün aydın strategiya hazırlamalıdır.

    Milliyyətçilik şüarını səsləndirən hərəkata indi yol xəritəsi olan milli layihə lazımdır. Bu layihə aydın xüsusiyyətlərə malik olmalı, hər seçkidə irəli sürülən, bütün siyasi qüvvələr tərəfindən təkrarlanan köhnəlmiş şüarları təkrarlamalı deyil.

    Hətta hərəkatın şüar kimi işlətdiyi siyasi islahatlara da aydınlıq gətirilməlidir. Bəlkə də İraqda islahat üçün ən güclü şüar konstitusiyanın dəyişdirilməsi və ya hökumət formasının dəyişdirilməsi olacaq.

    *Bu məqalə Londonda çıxan “Əl Məcəlla” jurnalından “AzerVoice” tərəfindən tərcümə edilib. (Müəllif İyad əl-Ənbəri)

    Müqtəda İraqın siyasi səhnəsinə qayıdır?
    #Müqtəda Sədr
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə və Suriya terrorla mübarizə və sərhədlərin təhlükəsizliyini müzakirə edib

    12 Oktyabr 2025 19:28

    Tehran İraqda mövqelərini itirir, amma hələ oyundan çıxmayıb

    12 Oktyabr 2025 15:00

    Yəmən müharibəsində qalib yoxdur

    9 Oktyabr 2025 18:00

    Türk Dövlətləri Təşkilatı: Qəbələ zirvəsi ilə yeni strateji dövrə doğru

    9 Oktyabr 2025 16:40

    Tramp Ərdoğana güvənir-HƏMAS-ı razı salmaq qarşılığında Ankara nə qazanacaq?

    9 Oktyabr 2025 15:00

    Netanyahu iddia edir ki, İranın raketləri Vaşinqtonu vura bilər

    8 Oktyabr 2025 22:00

    Parlament seçkilərinin təxirə salınması ilə bağlı narahatlıq yoxdur - İraq XİN

    8 Oktyabr 2025 02:00

    Sədr İraq seçkilərində necə və nə vaxt iştirak edəcək?

    5 İyul 2025 20:00

    Vəkalət müharibəsinin sonu: İranın müttəfiqləri susur

    14 İyun 2025 05:38

    Müqtəda əs-Sədr, Əhməd əş-Şəraa ola biləcəkmi?

    11 İyun 2025 12:00

    Müqtəda əs-Sədr Kimdir?

    3 May 2025 15:36

    Əs-Sədr seçkilərdə iştirak etməyəcək – Korrupsiyaya etiraz, yoxsa strateji gediş?

    29 Mart 2025 21:00
    Demo
    XƏBƏR LENTİ

    İsrail qüvvələri atəşkəs razılaşmasının ilk mərhələsi çərçivəsində 83 fələstinli məhbusu azad edib

    Türkiyədən Qazaxıstana avtomobil ixracı azalıb (ÖZƏL)

    Ankaranın paytaxt elan edilməsindən 102 il ötür

    ABŞ Prezidenti Donald Tramp atəşkəsdən sonra İsrailə səfər edib

    Qəssam Briqadaları atəşkəsin birinci mərhələsində 20 israilli girovu azad edəcək - HƏMAS

    Türkiyə limanları 47 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Qırğızıstanda Cəlalabad şəhərinin adı Manas olaraq dəyişdirildi

    Ərdoğan Misirə rəsmi səfər edəcək

    Türkiyə və Gürcüstan Kocaelidə qarşılaşır

    Sivas Universiteti cərrahi alət satın alacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.