Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Vəkalət müharibəsinin sonu: İranın müttəfiqləri susur

    14 İyun 2025 05:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

    İran son günlərdə İsrailə qarşı birbaşa qarşıdurma vəziyyətində qalıb, çünki uzun illər ərzində bölgədə qurduğu vekalət mexanizmləri artıq effektivliyini itirib. HƏMAS, Hizbullah, husilər və İraq milislərinin zəiflədiyi bir şəraitdə İranın özünün açıq müharibəyə cəlb olunması gündəmdədir.

    Hizbullah cavab verməkdən imtina edir

    Hizbullahın bir rəsmisi Reuters agentliyinə bildirib ki, qrup İran əvəzinə İsrailə cavab hücumu həyata keçirməyi düşünmür. Bu bəyanat Hizbullahın ağır itkilərdən sonra passiv mövqeyə keçdiyini və qalan qüvvələrini qorumağa çalışdığını göstərir.

    İsrailin Hizbullahı ciddi nəzarət altında saxlaması, onun hərbi potensialını bərpa etməyə çalışacağı təqdirdə yeni ağır zərbələrin endiriləcəyinə dair siqnaldır. Hizbullahın daxili dayaqları, xüsusilə də Livan şiələri arasında nüfuzu, son döyüşlərdə azalıb.

    2023-cü il oktyabrın 8-də HƏMAS-a dəstək məqsədilə Livanın cənubundan İsrailə qarşı yeni cəbhə açan Hizbullah bu qarşıdurmadan zəifləyərək çıxdı. İsrailin zərbələri nəticəsində qrupun yüksək rütbəli komandirləri, o cümlədən keçmiş baş katib Həsən Nəsrullah öldürüldü, silah anbarları və logistika yolları (xüsusilə Suriyadan keçənlər) məhv edildi.

    “Hizbullahın gücü zəifləyib” – beynəlxalq ekspert rəyi

    Atlantik Şurasının (Atlantic Council) tədqiqatçısı Nicolas Blanford Fransa mətbuatına açıqlamasında qeyd edib:

    “Hizbullah bu mərhələdə cavab verməyəcək, lakin vəziyyətin inkişafına görə bu dəyişə bilər. Onlar hələ də İsrailə zərbə vurmaq gücündədirlər. Amma əvvəlki kimi siyasi manevr imkanları yoxdur.”

    Onun fikrincə, İsraillə baş verən son münaqişədən sonra Hizbullahın çəkindirici gücü sarsılıb və partlayıcı potensialını toparlaması çətinləşib.

    Müqtəda Sədr İraqı savaşdan uzaq tutmaq istəyir

    İranın İraqdakı tərəfdarlarından hərəkət gözlədiyi bir vaxtda, Sədr hərəkatının lideri Müqtəda Sədr açıq şəkildə İran-İsrail müharibəsindən uzaq durmaq mövqeyi sərgiləyib. O, "İraq və xalqı yeni müharibələrə ehtiyac duymur" - deyə bildirib.

    Sədr sosial şəbəkədəki paylaşımında “təkəbbürlü səsləri susdurmağa” və “alimlərin səsinə qulaq asmağa” çağıraraq, İran tərəfdarlarının İraqı münaqişəyə sürükləmək planlarına qarşı xəbərdarlıq edib.

    Bu, İraqda getdikcə artan bir tendensiyanı – İranın regional planlarından uzaq durma meylini əks etdirir. İraq hökuməti və bir çox siyasi aktor öz dövlətlərini İranın planlarına qurban vermək istəmir.

    İran İraqı savaş meydanına çevirə biləcəkmi?

    İranın son dövrdə İraqdakı şiə milislərinin fəaliyyətini azaltdığı müşahidə olunur. Bu qrupların rəhbərləri gizlənir və ritorikalarını yumşaldırlar, çünki Hizbullah kimi sürpriz və dəqiq İsrail-ABŞ zərbələrindən ehtiyat edirlər.

    Müqtəda Sədr uzun müddət İranda təsirli fiqur sayılsa da, indi bu mövqeyindən uzaqlaşması onu Tehranın potensial rəqibinə çevirə bilər. Onun bu çıxışı həm də İranın İraqdakı nüfuzuna ciddi zərbə vurur.

    Husilər: “Müqavimətin son qalası” kimi ön planda

    HƏMAS zəiflədikdən, Hizbullah geri çəkildikdən və Bəşşar Əsəd devrildikdən sonra, Yəməndəki husilər İranın regionda əlində qalan az sayda güclü və sadiq dəstələrindən biridir.

    Qəzza müharibəsi başladıqdan sonra husilər onlarla raket və pilotsuz aparatlarla İsrailə hücum ediblər. Eyni zamanda, İsrailə doğru yola çıxan və ya İsrailə məxsus hesab edilən gəmiləri hədəfə alıblar.

    İsrail və ABŞ-ın Yəməndəki intensiv hücumlarına baxmayaraq, bu qrup hücum qabiliyyətini qoruyub saxlayır. Nicolas Blanford bildirir:

    “Husilər İsrailə qarşı cavab verməyə hazırdırlar və son hadisələrdən demək olar ki, təsirlənməyiblər.”

    Hazırda husilər Tehran üçün regionda əvəzolunmaz strateji oyunçuya çevriliblər.

    İran təklənir, vəkalət sistemi çökür

    İsrailin ardıcıl hücumları və effektiv hədəf seçimi İranın “müqavimət oxunu” zəiflədib. Hizbullahın və Sədrin geri çəkilməsi ilə İranın öz ərazisində savaş riski artır.

    Vəkalət müharibəsinin dayandırılması ilə yanaşı, İranın birbaşa qarşıdurmadan qaçmaq üçün manevr sahəsi daralır. Hazırkı vəziyyət göstərir ki, Tehran üçün tək çıxış yolu vəziyyəti diplomatik yolla idarə etmək və ya öz qüvvələri ilə cavab verməkdir.

    #Müqtəda Sədr #Müqtəda əs-Sədr #Müqtəda Əl-Sədr #İraq və Livan müqavimət hərəkatı #Müqtəda əs-Sədrin yeni təlimatları #Şiə Müqavimət Cəbhəsi #Sədr hərəkatı #Sədrin geri çəkilməsi #Sədrçilər #Müqtəda əs-Sədrin seçki boykotu nə deməkdir? #Müqavimət oxunun süqutu #Müqtəda əs-Sədr seçkilər #Sədr hərəkatı seçkiləri boykot edir #Sədrin tərəfdarlarının boykotu #Məhəmməd Sadiq əs-Sədrin ildönümü #Sədrin korrupsiyaya qarşı mövqeyi #Hizbullahın müqavimət doktrinası #İranın müqavimət oxu siyasəti #İranın müqavimət oxu strategiyası #ABŞ-ın Milli Nüvə Təhlükəsizliyi Agentliyi (NNSA) #İsrail və nüvə arsenalı #Nüvə qeyri-müəyyənliyi siyasəti #Nüvə təhlükəsizliyi #Beynəlxalq hüquq və nüvə silahları #MAQATE-nin tənqidləri #Nüvə silahlarının regional təhlükəsi #Təbriz #Yüksələn Aslan əməliyyatı #Əli Şəmxani #Nətənz nüvə obyekti #ballistik raket bazaları #İsrail İran hücumu 2025 #Sepah komandirinin ölümü #HƏMAS sonrası regional gərginlik #Hizbullahın geri çəkilməsi #İranın vəkalət müharibəsi bitdi #Husilər İsrailə qarşı cavab verir #İraq və İran arasında siyasi ayrılıq #Müqavimət oxunun zəifləməsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əraqçi Moskva səfərində Rusiya ilə İran-MAQATE dialoqunu müzakirə edəcək

    17 Dekabr 2025 11:57

    İran nüvə proqramını davam etdirəcək və MAQATE çərçivələrinə riayət edəcək

    9 Dekabr 2025 14:34

    Livanın cənubuna hava zərbələri- BMT-dən İsrailə xəbərdarlıq

    5 Dekabr 2025 14:48

    ABŞ və Avropa təzyiqi ilə qəbul edilən qətnamə hüquqa ziddir - İran XİN

    21 Noyabr 2025 12:56

    İran MAQATE ilə nüvə əməkdaşlığını dayandırıb

    20 Noyabr 2025 17:50

    İranın nüvə fəaliyyətləri beynəlxalq nəzarət altına alınır - MAQATE

    20 Noyabr 2025 16:35

    Təbrizdə Zəfər Günü ilə bağlı tədbir keçirilib

    7 Noyabr 2025 23:20

    İran raket proqramını danışıqlardan çıxardı

    6 Noyabr 2025 09:02

    Müqtəda əs-Sədr dini nüfuzunu möhkəmləndirməyə yönəlir

    2 Noyabr 2025 20:00

    İran diplomatiyaya sadiq qalır, amma təhdid altında danışıqlar mümkün deyil - Əraqçi

    30 Oktyabr 2025 16:07

    MAQATE Afrikada mülki nüvə əməkdaşlığının mərkəzi kimi Əlcəzairi seçib – Qrossi

    23 Oktyabr 2025 13:53

    Şəmxaninin ailə videosunu kim yayıb...?

    22 Oktyabr 2025 10:15
    Demo
    XƏBƏR LENTİ

    Fernando Muslera “Estudiantes”lə növbəti titullarını qazanıb

    Türkiyənin Ceyhan limanı 17 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    Tailand Kamboca ilə sərhəddə atəşkəs ehtimalını istisna etmir

    İslamda Fatihə surəsinin mənəvi və fiqhi əhəmiyyəti nədir?

    Demonologiyada Aamon: tarixi mənbələr və simvolik mənalar

    Türkiyədən Qətərə kimyəvi maddə ixracı 49 milyon dolları keçib (ÖZƏL)

    Kolumbiyada büdcə kəsiri ilə əlaqədar fövqəladə vergi tədbirləri tətbiq edilir

    İraqda mümkün İsrail zərbələri: silahlanma böhranı dərinləşir

    ABŞ, Qətər, Misir və Türkiyə Qəzzada təmkinli olmağa çağırır

    Türkiyənin İskenderun limanı 3 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.