Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Sədr İraq seçkilərində necə və nə vaxt iştirak edəcək?

    5 İyul 2025 20:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice ANalitik Təhlil Mərkəzi

    Müqtəda əs-Sədrin İraqdakı siyasi prosesə qayıtma ehtimalı və qarşıdan gələn seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı fikirlər İraqda ictimai rəyin diqqətini üzərində saxlamaqda davam edir – seçkiyə namizədlərin qeydiyyatı başa çatmış olsa da.

    Bu ehtimallar xüsusilə Sədr tərəfdarlarının Bağdadın mərkəzində yerləşən və İraqdakı etirazların rəmzi sayılan “Təhrir Meydanı”nda çadır qurmasından sonra daha da güclənib.

    Hazırda Müqtəda əs-Sədr namizədliyini irəli sürə bilməz, çünki Müstəqil Seçki Komissiyası artıq qeydiyyat müddətinin başa çatmasını elan edib. Lakin müşahidəçilər hesab edir ki, bu müddət yenidən uzadıla bilər.

    Məlumata görə, İraqın baş naziri Məhəmməd Şiə əs-Sudani seçki komissiyasının səlahiyyətli şəxsləri ilə əlavə namizədlik müddətinin hüquqi imkanlarını müzakirə edə bilər. Bu isə Sədrin seçki yarışına qayıtması üçün yeni bir fürsət ola bilər.

    Əgər Sudani belə bir təşəbbüs irəli sürərsə, bu, bir çoxlarını, xüsusən də “Koordinasiya Çərçivəsi” ittifaqı üzvlərini narahat edə bilər. Çünki bu, onun ikinci müddətə baş nazir olmaq üçün “Sədr Cərəyanı” ilə mümkün ittifaqa girəcəyinə dair şübhələri artıracaq. Lakin Sədr tərəfi bu məsələdə heç bir təminat vermir.

    Hüquqşünas Əli ət-Təmimi “əş-Şərq əl-Əvsat” qəzetinə bildirib ki, “Baş nazirin səlahiyyətlərinə əsasən, o, Seçki Komissiyasına namizəd qeydiyyat müddətinin yenidən açılması üçün müraciət edə bilər. Eyni zamanda, Seçki Komissiyasının da qanuni səbəblərlə bu qərarı verə bilməsi mümkündür.”

    Siyasi təhlilçi İyad əs-Səməvi isə bildirib: “Sudaninin ikinci dəfə baş nazir olmaq şansı nisbətən böyükdür, lakin bu, hazırda ölkədə tətbiq edilən məzhəbi və etnik kvota sistemi əsasında aparılan siyasi razılaşmalardan asılıdır.”

    Bütün bu ehtimallar fonunda Müqtəda əs-Sədr hələ də öz siyasi gələcəyi ilə bağlı aydın mövqe ortaya qoymayıb. Onun bəyanatları əsasən dini xarakter daşıyır və sosial şəbəkələrdə fərqli yozumlara səbəb olur.

    Əs-Sədr Məhərrəm ayının başlanğıcında “Təhrir Meydanı”nda çadır qurmağı əmr edib. “Sədr Cərəyanı”nın liderlərindən Hazim əl-Əərəci bəyan edib ki, bu yer “islahat üçün mayak” olacaq. Cərəyanın Bağdad bürosunun rəhbəri İbrahim əl-Cabiri isə qeyd edib ki, “Təhrir Meydanı”nın seçilməsi səbəbsiz deyil – bu məkan Bağdadın “ürəyidir”.

    Müşahidəçilər hesab edir ki, bu simvolik məkan, eyni zamanda qarşıdan gələn parlament seçkilərinə hazırlıq çərçivəsində “Sədr Cərəyanı” və onunla müttəfiq olan yeni qüvvələrin mümkün etiraz aksiyalarına start verməsi üçün bir siqnaldır. Seçkilər 2025-ci ilin noyabr ayında keçirilməsi planlaşdırılır.

    2021-ci ildə keçirilmiş son parlament seçkilərində “Sədr Cərəyanı” parlamentdə 73 mandatla birinci olmuşdu. Lakin Müqtəda əs-Sədr sonradan siyasi prosesdən tam çəkilmişdi. Onun rəqibləri – “Koordinasiya Çərçivəsi” qüvvələri parlamentdə bloklayıcı üçdəbir çoxluğu işə salaraq prezident seçkisini əngəlləmiş və nəticədə Sədrin rəhbərlik etdiyi çoxluğun hökumət qurmasının qarşısını almışdılar.

    Əs-Sədrin siyasətdən geri çəkilməsindən sonra sabiq baş nazir Heydər əl-İbadi də seçkilərdən geri çəkildiyini açıqlayıb. Onun bu qərarı da ölkədə qarşıdan gələn seçkilərlə bağlı yeni suallar doğurub.

    Seçkilərin və hökumətin gələcəyi necə olacaq?

    Şiə partiyaları daxilində yayılan fikirlərə görə, bəzi güclü dairələr seçkilərin təxirə salınmasını istəyə bilər. Bunun əsas səbəbi, İraqda və bölgədə siyasi mənzərənin qeyri-müəyyən olması, xüsusilə də İran ilə ABŞ və İsrail arasında artan gərginlikdir.

    Yazıçı və jurnalist Müntəzir Nasir bu barədə belə deyib:
    “Heydər əl-İbadinin çəkilməsi sıradan bir məsələ deyil. O, siyasi prosesin sütunlarından biri olub, daha əvvəl baş nazirlik edib, bir neçə hökumətdə nazir postu tutub və hər zaman öz seçki blokları ilə seçkilərə qatılıb. O, nə ‘Sədr Cərəyanı’na, nə də etiraz qüvvələrinə və ya yeni partiyalara bənzəyir.Hər seçki mövsümündə seçkilərin cəlbediciliyi azalır. Bu isə vətəndaşın prosesə olan inamının sarsılması ilə bağlıdır. Xüsusilə də ‘ən böyük blok’ anlayışının siyasi şəkildə izah olunması səbəbilə, həmişə seçkidə uduzan tərəf hakimiyyətə gəlir.”

    O, əlavə edib ki, İraqda baş nazirin seçilməsi konstitusiyaya əsaslanan bir mexanizmlə həyata keçirilir: əvvəlcə parlamentdə ən böyük blokun namizədi seçilir, sonra hökumət üzvləri və prezident bu çərçivədə razılaşdırılır. Prezidentin seçilməsi isə parlamentin üçdə iki çoxluğu ilə mümkündür və “bloklayıcı üçdəbir” təcrübəsinin təkrarlanmaması vacibdir.

    Təhlilçi İyad əs-Səməvi də “əş-Şərq əl-Əvsat”a açıqlamasında qeyd edib:
    “Bu məsələ sonda parlamentin birinci iclasından sonra formalaşacaq ən böyük blokun səlahiyyətinə aid olacaq. Baş nazir də məhz bu blok tərəfindən namizəd göstəriləcək.”

    #Müqtəda Sədr #Müqtəda əs-Sədr #Müqtəda Əl-Sədr #Sədr hərəkatı #İraqda seçki boykotu #Sədrin geri çəkilməsi #Sədrçilər #Müqtəda əs-Sədr seçkilərdən niyə çəkildi? #İraqda növbəti seçkilər nə vaxt olacaq? #Müqtəda əs-Sədrin seçki boykotu nə deməkdir? #Sədr hərəkatı İraqda hansı rola malikdir? #Müqtəda əs-Sədrin İranla münasibətləri #İraqda seçkiləri kim qazanacaq? #Sədrin seçkiləri boykot etməsi nəyi dəyişəcək? #İraqda seçki islahatlarına kim mane olur? #Sədr tərəfdarları seçkilərdə iştirak edəcəkmi? #Sədrçi Hərəkat seçki boykotu #Müqtəda əs-Sədr seçkilər #İraqda seçki ittifaqları necə formalaşır? #Müqtəda Sədr seçki qərarı #Sədr hərəkatı seçkiləri boykot edir #İraqda seçki böhranı #Sədr hərəkatı və siyasi təcrid #Sədrin tərəfdarlarının boykotu #İraqda seçki iştirak faizi #Məhəmməd Sadiq əs-Sədrin ildönümü #Sədrin korrupsiyaya qarşı mövqeyi #Sədrəddin əl-Qəbançi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tehran İraqda mövqelərini itirir, amma hələ oyundan çıxmayıb

    12 Oktyabr 2025 15:00

    İraqda Səddam Hüseyn adı belə qorxu yaradıb - parlament seçkilərindən Səddam Hüseyn adlı namizəd kənarlaşdırıldı

    10 Oktyabr 2025 07:47

    Parlament seçkilərinin təxirə salınması ilə bağlı narahatlıq yoxdur - İraq XİN

    8 Oktyabr 2025 02:00

    İraq hökuməti və İranpərəst milislər arasında ortaq mövqe: Ölkənin maraqları İranla məsafə saxlamağı tələb edir

    15 İyun 2025 12:00

    Vəkalət müharibəsinin sonu: İranın müttəfiqləri susur

    14 İyun 2025 05:38

    Müqtəda əs-Sədr, Əhməd əş-Şəraa ola biləcəkmi?

    11 İyun 2025 12:00

    İraqda şiə siyasi kimliyi məhv ola bilər: Seçkilərdə zəifləyən nüfuz və dəyişən elektorat

    4 İyun 2025 15:00

    İranın təzyiqi, Sədrin qəti mövqeyi: Seçkilərdən tam imtina

    6 May 2025 09:00

    Müqtəda əs-Sədr Kimdir?

    3 May 2025 15:36

    Şiə siyasi cəbhəsində gərginlik: Seçki öncəsi İraqda yeni ittifaqlar

    23 Aprel 2025 09:00

    Sudaninin seçkilərə namizədliyi Malikinin gələcək liderlik planlarını alt-üst edir

    18 Aprel 2025 09:00

    Silahı yerə qoyan namərddir – İraq Hizbullahı

    9 Aprel 2025 12:00
    Demo
    XƏBƏR LENTİ

    Beynəlxalq elmi konfrans çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən buraxılan Məxdumqulu Fəraqinin “Aşiq Olmuşam” kitabının təqdimat mərasimi keçirilib

    Aşqabadda Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” Əsərində Sülh və Etimadın Rolu Mövzusunda Beynəlxalq Elmi Konfrans Keçirilib

    Tunisdə vəfat edən azərbaycanlı alim Muhəmməd Bərdəi

    Belçika F-35 mühərrik hissələrini istehsal edəcək

    Şimon Peres Fələstin vətəndaşlığı almaq üçün müraciət edib- tarixi sənəd

    Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi

    Azərbaycan Gürcüstandan “AI-95” markalı benzin tədarükünü bərpa edib

    Tüekiyədə dövlət xəstəxanalarında genişmiqyaslı təmir işləri aparılacaq

    Türkiyə Müdafiə Nazirliyi Azərbaycana Müstəqillik Günü münasibətilə təbrik ünvanlayıb

    Abubakar Netçiyə transfer olub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.