Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Əs-Sədr seçkilərdə iştirak etməyəcək – Korrupsiyaya etiraz, yoxsa strateji gediş?

    29 Mart 2025 21:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Şiə lideri Müqtəda əs-Sədr cümə axşamı açıqlamasında növbəti parlament seçkilərində iştirak etməyəcəyini bildirib. O, bu qərarını ölkədəki korrupsiyanın geniş yayılması ilə əsaslandırıb. Lakin müşahidəçilər bildirirlər ki, Sədrin əvvəllər hökumətin qurulmasından çəkilməsi və bu dəfə də noyabrda keçirilməsi planlaşdırılan seçkiləri korrupsiya bəhanəsi ilə boykot etməsi, əslində, korrupsionerlərin maraqlarına xidmət edir.

    Əs-Sədrin korrupsiyaya cavab vermək əvəzinə bu mübarizədən qaçması, özünü təmizə çıxarmağa çalışaraq xalq qarşısında yalnız şəffaf imic yaratmaq istəməsi suallar doğurur: Onun siyasi səhnədəki məqsədi nədir? Niyə tez-tez çəkilir və geri qayıdır? Bu isə onun siyasətdə məsuliyyət daşımadan qalmaq istədiyini göstərir.

    Əgər əs-Sədr seçkilərdə iştirak edərsə və hakimiyyətə gələrsə, bu, korrupsionerlərin dövlət qurumlarından uzaqlaşması ilə nəticələnə bilər. Lakin bu addım, daha doğrusu isyasətdən geri çəkilmək Sədrin siyasi hərəkatı üçün də ciddi problemdir.

    Seçkilərin keçirilməsinə hələ aylar qalmış Sədrin bu qədər erkən geri çəkildiyini elan etməsi, onun rəqiblərinə – əsasən, Sədrin əsas sosial bazasını təşkil edən yoxsul və cəmiyyətdə kənarda qalan təbəqələri cəlb etmək imkanı yaradır.
    Siyasi ekspert Mücaşəə Təmmimi bildirib ki, artan daxili və xarici təzyiqlər Sədrin müvəqqəti olaraq siyasi səhnədən çəkilməsinə səbəb ola bilər.

    Müşahidəçilər vurğulayırlar ki, əgər əs-Sədr sadəcə bir fərd olsaydı, bu geri çəkilməyə çox da əhəmiyyət verilməzdi. Lakin o, böyük və təsirli bir hərəkatın başçısı olduğu üçün onun çəkilməsi, korrupsiyada ittiham etdiyi qruplara dövlət institutlarına nəzarət üçün açıq qapı qoyur. Halbuki o, bu qruplarla üz-üzə dayanmalı, İraqın problemlərinə həll yolları təklif etməli və xalqın dəyişikliyə olan tələbatına cavab verməlidir.

    Əgər bu qərar rəsmi şəkildə təsdiqlənərsə, əs-Sədrin seçkiləri boykot etməsi, rəqibi Nuri əl-Maliki və “Koordinasiya Çərçivəsi” üçün böyük bir fürsət olacaq. Bu da onların seçkilərdə qalib gəlməsi və hökumətə nəzarəti davam etdirməsi, özlərinə uyğun baş nazir təyin etmələrinə şərait yaradacaq.

    Əs-Sədrin seçkiləri boykot etmə qərarının qəti olub-olmadığı isə hələ bəlli deyil. O, 2021-ci ildə də seçkilərdən geri çəkildiyini elan etsə də, sonda iştirak etmiş və birinci yerə çıxmışdı. Daha sonra isə hökumətin formalaşmasından imtina etmişdi.

    Sədrin son açıqlamaları, onun bu qərarı İranın nüfuzu ilə bağlı narazılıqdan qaynaqlandığını göstərsə də, əslində, bu qərar İranın maraqlarına xidmət edir.
    İraq ‘dərin dövlətin’ və xarici güclərin nəzarəti altında son nəfəsini yaşayır. Bu isə İranın təsirinə açıq bir işarədir.


    “Korrupsiya olduğu müddətdə heç bir seçki prosesində iştirak etməyəcəyəm. Bu proses yalnız məzhəb və partiya maraqlarını güdür və xalqın əzablarına, bölgədə baş verən fəlakətlərə göz yumur. İraq və xalqı bu fəlakətlərə könüllü daxil edilməyib.”-deyə Sədr bəyanatında bildirib.

    Sədrin bu qərarı, ABŞ sanksiyaları və ya İsrailin hərbi reaksiyası ehtimalı ilə qarşılaşdığı bir vaxtda, İraqda artan gərginlik fonunda edilib.

    Əs-Sədr tərəfdarlarına seçkiləri boykot etməyi açıq şəkildə əmr edib və deyib: “Sədrçilərdən seçkilərdə iştirak etməyi necə istəmişdimsə, bu gün onlardan seçkiyə qatılmamağı və namizəd olmamağı tələb edirəm. Seçkidə iştirak günahda şəriklik olar. Biz İraqı sevirik və onu canımız bahasına qoruyacağıq.Korrupsionerlərin və keçmiş rejim qalıqlarının iştirak etdiyi bir seçkidən nə gözləmək olar? İraq son nəfəsini verir, bütün strukturlar xarici güclərin və ‘dərin dövlətin’ nəzarətindədir.”

    Müşahidəçilər hesab edirlər ki, Sədrin bu qərarı İraqdakı siyasi sistemə olan böyük inamsızlığı göstərir. İllərlə verilən islahat və korrupsiya ilə mübarizə vədlərinə baxmayaraq, İraqda istər şiə, istər sünni, istərsə də kürd siyasi partiyaların əksəriyyəti xalqın tələblərini yerinə yetirə bilməyib. Hətta bir çoxları korrupsiya ilə əlaqələndirilir və İran kimi xarici ölkələrlə sıx münasibətlərə malikdir. Bu isə İraqın müstəqil qərar vermə qabiliyyətini zəiflədir.

    Əs-Sədr, dəfələrlə siyasi sistemin islah edilməsinin və İraq xalqının həqiqi təmsilçiliyinin zəruri olduğunu vurğulayıb. Lakin siyasi güclərin reaksiyası ya susqunluq olub, ya da səthi vədlərlə keçişdirilib.

    Son aylarda Sədrin siyasi arenaya qayıdacağı, xüsusilə də tərəfdarlarını seçici məlumatlarını yeniləməyə çağırmasından sonra gözlənilirdi. Bir çox siyasi bloklar nümayəndələrini Nəcəfə göndərərək, əs-Sədrin seçkilərə qatılıb-qatılmayacağını öyrənməyə çalışıblar.

    #İraq #Şimali İraq #Müqtəda Sədr #İraq siyasəti #İraq iqtisadiyyatı #Şiə Koordinasiya Çərçivəsi #İraqın beynəlxalq münasibətləri #İraqda irqçilik #İraq parlament seçkiləri xəbərləri #Müqtəda əs-Sədrin yeni təlimatları #İranın İraqdakı hərbi təsiri #İraqda Haşdi Şabi və digər silahlı qruplar #Sədr hərəkatı #İraqda korrupsiya #Koordinasiya Çərçivəsi #İraqda dərin dövlət #İraq xalqı və islahatlar #İraqda seçki boykotu #Sədrin geri çəkilməsi #İraq parlament seçkiləri #ABŞ-İraq münasibətləri #İraqda xarici müdaxilə #Sədrçilər #Məhəmməd Şiya əs-Sudani hökuməti #Müqtəda əs-Sədr seçkilərdən niyə çəkildi? #İraqda növbəti seçkilər nə vaxt olacaq? #Müqtəda əs-Sədrin seçki boykotu nə deməkdir? #İraqda korrupsiya ilə mübarizə aparan siyasi qüvvələr #İraqda siyasi dəyişiklik mümkündürmü? #Sədr hərəkatı İraqda hansı rola malikdir? #Müqtəda əs-Sədrin İranla münasibətləri #Nuri əl-Maliki və Koordinasiya Çərçivəsi nədir? #İraqda seçkiləri kim qazanacaq? #İraqda islahatları kim dəstəkləyir? #Sədrin seçkiləri boykot etməsi nəyi dəyişəcək? #İraqda xalq niyə siyasi sistemə inanmır? #İraqda dərin dövlət nə deməkdir? #İraqda seçki islahatlarına kim mane olur? #Sədr tərəfdarları seçkilərdə iştirak edəcəkmi? #ABŞ və İranın İraq siyasətinə təsiri #İraqda silahlı qrupların siyasətə təsiri #İraqda müstəqil hökumət qurula bilərmi?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan Yaxın Şərqdə çoxistiqamətli diplomatik xəttini gücləndirir-kimlər narahatdır?

    7 Dekabr 2025 11:23

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    İraq Hizbullahı və Husiləri terror təşkilatı kimi qəbul etdi

    4 Dekabr 2025 14:08

    İraqlı partiyalar “Həşd əl-Şaabi”nin gələcək taleyini müzakirə edir

    24 Noyabr 2025 11:59

    Körfəz müharibəsindəki ən böyük tank döyüşü

    15 Noyabr 2025 07:39

    İraqlıların Türkiyədən daşınmaz əmlak alışı artıb (ÖZƏL)

    14 Noyabr 2025 16:33

    İraq ABŞ-dan 100 milyon dollarlıq hərbi rabitə sistemi alıb

    14 Noyabr 2025 10:05

    Sudani parlament seçkilərində böyük qələbə qazanıb

    12 Noyabr 2025 14:19

    İran XİN sözçüsünün seçkilərlə bağlı bəyanatı qəbuledilməz müdaxilədir – İraq

    11 Noyabr 2025 07:33

    Riyadda süni intellekt və müasir xərçəng müalicəsi texnologiyaları müzakirə olunacaq

    10 Noyabr 2025 20:09

    İraqlılar Rusiya ordusuna necə cəlb olunur?

    6 Noyabr 2025 20:17

    Məhəmməd Şiə əs-Sudani ikinci dəfə Baş nazir olacaqmı?

    5 Noyabr 2025 09:00
    Demo
    XƏBƏR LENTİ

    Yer kürəsində güclü maqnit qasırğaları gözlənilir

    Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb

    İran xarici işlər naziri Azərbaycana səfərə gəlib

    Tayland ordusu Kamboca ilə sərhəddə yaşayan insanların təxliyə edilməsini elan edib

    Lando Norris ilk dəfə Formula 1 çempionu olub

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər

    Türkiyədən Türkmənistana xalça ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    Yaponiyada müsəlmanları harada dəfn edirlər?

    Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri Xaçmazda konsert proqramı ilə çıxış edib

    Türkiyədən Qazaxıstana polad ixracı artıb (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.