BAKI,AzerVoice, Fərid Mikayılov
Sivas Cümhuriyyət Universitetinin Tətbiq və Tədqiqat Xəstəxanası Qulaq-Burun-Boğaz (KBB) xəstəlikləri şöbəsi üçün cərrahi alətlər dəsti alışı üzrə tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar tenderin nəticələri açıqlandıqdan 2 ay sonra təhvil alınmağa başlanacaq.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 10 oktyabr 2025-ci il tarixinə qədər "Sivas Cumhuriyet Üniversitesi Sivas Merkez/Sivas" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir