Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Təhlil

    Yəməndə oyun bitdi…husilər tarixin qaranlığına gömülür

    3 Fevral 2025 13:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Gözlənildiyi kimi, ABŞ prezidenti Donald Tramp, Yəməndəki Husi qrupunu yenidən "Xarici Terrorçu Təşkilat" kimi qəbul etdi. Daha öncə Bayden İranın bəslədiyi bu qanlı terror təşkilatını terrorçu siyahısından çıxarmışdı.Tramp bu qərarla, İranla ittifaqda olan bu silahlı qrupla daha geniş miqyasda mübarizə aparmaq üçün hüquqi əsas yaradıb.

    Qərarın təsiri necə ola bilər?

    Husilər Trampın qərarına aydın bir mövqe bildirmədilər, halbuki bu cür qərarın nəticələri olduqca ciddi olacaq. Bu, onların özlərinə qarşı açıqlanan mövqelərə və çağırışlara adətən verdikləri cavablardan fərqli idi. Yəmən hökuməti isə, qərarı "tarixi" adlandırdı Trampın qərarına müsbət reaksiya verdi və Trampa təşəkkür etdi.

    "Yəmənlilər terrorçu Husi cinayətlərinin cəzalandırılmasını, sülh və sabitliyin Yəmən və regionda bərqərar olması üçün başlanğıc olaraq Husilərin terrorçu təşkilatı kimi tanınmasını çox gözlədilər”-deyə Yəmən Prezidentlik Şurasının sədri Rəşad Əl-Əlimi "X" platformasında yazıb. Yəmənli siyasi və ictimai elitalar arasında Trampın qərarına qarşı reaksiyalar müxtəlif şəkildə olub.

    Bəziləri, ABŞ-ın qərarının, Husilərin Yəməndəki münaqişənin həlli və siyasi sülh yoluna geri dönmələrini çətinləşdirə biləcəyindən narahat oldular. Bu narahatlıq, Səudiyyə Ərəbistanı tərəfindən BMT və digər beynəlxalq vasitəçilərlə müzakirələr əsasında hazırlanmış bir yol xəritəsinin həyata keçirilməsi üçün yeni çətinliklər yarada biləcəyini düşündürür. Həmçinin, bir çox yəmənli və regiondakı digər insanlar, Husilərin sülhə yönəlməsinə artıq inanmadıqlarını bildirirlər, xüsusən də bu qrupun son dövrlərdə Qəzza müharibəsi zamanı göstərdikləri fəaliyyətlərdən sonra, onlar sülh tələblərini gözardı edərək özlərini "regional güc" kimi təqdim etməyə çalışdılar.
    Səna Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Məcid Əl-Məzəhcinin fikrincə Trampın qərarı Husilərin iqtisadi və siyasi cəhətdən zəiflədilməsi və sonradan hərbi baxımdan çökdürülməsi üçün atılan addımlardan biridir.
    Lakin bəzi insanlar, ABŞ-ın Husiləri terrorçu təşkilat olaraq sıralaması ilə yanaşı, bu qrupun fəaliyyət göstərdiyi bölgələrdə deyil, bütün Yəməndəki banklar, şirkətlər və təşkilatlar üzərində ciddi məhdudiyyətlər və sanksiyalar tətbiq edə biləcəyindən narahatdırlar. Bu, Yəməndəki çox sayda insanın, xüsusən xaricdə çalışanların ailələrinin, xaricdən pul köçürmələrinə əsaslanan iqtisadi həyatlarını ciddi şəkildə zədələyə bilər. Bu ailələr, Husilərin nəzarətində olan bölgələrlə əlaqə qurduqları halda, banklar və pul köçürmə şirkətləri tərəfindən terrorçu siyahılara əlavə edilmə riski ilə üzləşə bilərlər.

    Bəziləri isə düşünür ki, Trampın qərarının heç bir ciddi təsiri yalnız Husi terrorçularına qarşı silahlı mübarizə ilə effektli olacaq. Lakin bu da bir gerçəkdir ki,ABŞ Yemən xalqının rifahı üçün Tehranın xüms və zıkatla bəslədiyi Husilərlə vuruçmayacaq.

    Lakin ehtimal olunur ki, qərb planı və bəlkə də regional əməkdaşlıq əsasında gizli şəkildə bir hərbi və ya iqtisadi tədbir hazırlanır ki, bu da Yəməndəki "Ansarullah" Husi qrupunun hakimiyyətini sona çatdırmaq məqsədi daşıyır. Bir çox beynəlxalq paytaxtlarda, o cümlədən Moskva və Pekindəki bəzi təhlilçilər və ekspertlərə görə, Husi qrupunun artıq "keçilməsinə icazə verilən sərhədləri" aşması, onları dünya səviyyəsində real bir problemə çevirmişdir. Bu səbəbdən, qrupun fəaliyyətləri artıq beynəlxalq səviyyədə geniş narahatlıqlara səbəb olub və vəziyyətin gərginliyi artıb.

    Bütün bu beynəlxalq və ya xüsusilə Qərb mövqeyindəki dəyişikliklərin arxasında dörd əsas səbəb durur:

    Birincisi, Husilərin bir neçə dənizdə (Qırmızı dəniz, Ərəb dənizi, Ədən körfəzi və Bab əl-Məndəb boğazı) beynəlxalq gəmiçilik xəttlərinə etdiyi hücumlar, qlobal iqtisadiyyata, xüsusən də Yəmənə, ciddi ziyan vurmuşdur. Bu hücumlar, Yəmənə yönələn gəmilərin sığorta xərclərini artırmış və Misirdəki Süveyş Kanalı üzərində də böyük təsir yaratmışdır. Misir hökumətinin bəzi rəsmi mənbələrinə görə, kanalın zərəri təxminən yeddi milyard dollar olub.

    İkinci səbəb, Husilərin bir neçə dəfə Tel-Əvivə hücum etməsidir. İsraillilər üçün Tel-Əviv, öz ölkələrinin "tacıdır"və bu şəhərin simvollarına qarşı edilən hər hansı bir hücum, İsrail tərəfindən qabul edilə bilməz.

    Üçüncü səbəb, Husilərin, bu qədər və ya daha az dərəcədə, Səudiyyə Ərəbistanında yerləşən "Aramco" neft kompleksinə edilən hücumda rol oynaya biləcəyidir. Bu kompleks, dünya neft tədarükü baxımından strateji əhəmiyyət kəsb edir. Husilər, iqtisadi təzyiqlər gücləndikcə, bu obyektə yenidən hücum edəcəkləri ilə açıq şəkildə və ya dolayı yolla təhdidlər edirlər.

    Dördüncü səbəb, Husilərin Yəməndəki münaqişənin həlli üçün hər hansı bir siyasi yanaşmaya qarşı davamlı dirənmələridir. Bu, Yəməni yalnız "dünyanın ən böyük humanitar böhranı" ilə üzləşən bir dövlət olmaqla deyil, həm də Husilərin vəhşiləşərək, artıq bölgədəki təhlükəsizlik və sülhü təhdid edən bir qrup halına gəlməsinə səbəb olub. Husi qrupunun təsiri, bölgədəki sabitlik və gərginliklərlə daha da artmaqda davam edir, bu da ümumilikdə daha çox pozulmuş vəziyyətə gətirib çıxara bilər.

    Lakin Qərb üçün Husilər yalnız "qanunsuz silahlı bir qrup" deyil, eyni zamanda İrandakı molla rejiminin təlimatları ilə və Tehranın maraqlarını müdafiə edən qrupdur.

    Yəməndəki Husilərlə yaxın əlaqələri olmuş yüksək səviyyəli bir yəmənli siyasətçi bildirir ki, "Yəmənin ən geridə qalmış, savadsız və bədbəxt bölgələrindən çıxan bir qrup, balistik raketləri və pilotsuz təyyarələri inkişaf etdirə və ya istifadə edə bilməz." Yəməndən atılan hər bir raket və ya pilotsuz təyyarənin arxasında yalnız və yalnız iranlı hərbi mütəxəssislər və Livan Hizbullahının üzvləri, dayanır.
    Bütün bu səbəblər göstərir ki, bu dəfə Husilərlə "oyunun qaydaları" dəyişəcək, hətta bəlkə də oyun artıq bitmişdir!

    Bəs sonra…?

    Yəmənin coğrafi mövqeyi, geopolitik olaraq dörd strateji dəniz keçidinə nəzarət etməsi baxımından çox önəmlidir. “Yəməndə husi terrorunun bitməsindən sonar nə olacaq?” sualına hələlik açıq və aydın bir cavab yoxdur. Bu mövzu, bəlkə də dünya və region üçün bu mərhələdə hələ ki, önəmli deyil və ya heç nəzərdən keçirilməmişdir.
    Yəmən yeni bir Somaliyə çevrilərsə, bu böyük təhlükə yarada bilər. Əgər bu ölkə, hərbi quldurluq və silahlı banditizmlə dolu bir bölgəyə çevrilərməsi bütün dünya üçün real təhlükədir.

    Digər bir sual isə, Yəməndə Husilərin hakimiyyətinin sona çatması halında, bu boşluğu dolduracaq siyasi və ya hərbi bir qüvvənin olub-olmamasıdır. Xüsusilə, Yəmən, həm Qərb, həm də İsrail üçün, həm də Cənubi-Qərbi Asiya ilə Şərqi Afrika arasında strateji əhəmiyyətə malik bir bölgədir. Bu bölgə, ən azından Türkiyə və Çin üçün iqtisadi baxımdan önəmlidir, çünki hər iki ölkə burada ümidverici investisiyalar həyata keçirirlər.

    Bu suala, müxtəlif ərəb və xarici paytaxtlarda yaşayan yəmənli liderlərə təkrarlanan şəkildə soruşulduqda, cavablar demək olar ki, eyni olur : "İslami yönümlü İslahat Partiyası (İslah), məsuliyyəti təkbaşına götürmək istəmir," və bu partiyanın cəmiyyət tərəfindən qəbul olunmadığını hiss edilir. Beləliklə, bəs "İslah"ın alternativi nədir? Əslində Yəməndə hakimiyyəti və idarəetməni əla alabiləcək liderlər var, lakin onların təkbaşına fəaliyyət göstərməsi mümkün deyil.

    #Husilər #Təhlil
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail və ABŞ Yəməndə Husi liderinə sui-qəsd həyata keçirib

    16 Oktyabr 2025 20:36

    Husilərin istismar müddəti başa çatırmı?

    12 Oktyabr 2025 09:35

    Yəmən Tel-Əvivə raket zərbələri endirib

    29 Sentyabr 2025 14:29

    Ehtimal olunan Suriya – Hizbullah müharibəsində İsrail kimi dəstəkləyəcək?

    14 Sentyabr 2025 09:00

    Yəmən ordusu Tel-Əvivi ballistik raketlə vurdu

    13 Sentyabr 2025 14:07

    Yəmən İsrailin hərbi hədəflərinə ballistik raket və dronlarla hücum edib

    12 Sentyabr 2025 11:26

    İsrailə qarşı 38 hərbi əməliyyat həyata keçirilib - Husilər

    11 Sentyabr 2025 21:52

    Qüds və Eylatdakı hədəflər vuruldu - Husilər

    10 Sentyabr 2025 10:08

    Suriya böhranında İsrailin həqiqi niyyəti nədir - sülh, təzyiq, yoxsa parçalanma

    9 Sentyabr 2025 10:00

    Husilər İsrail ərazisindəki hava limanlarını və hərbi obyektləri hədəf alıblar

    8 Sentyabr 2025 20:15

    Azərbaycan və İran: mürəkkəb qonşuluğun anatomiyası və əməkdaşlıq imperativi

    8 Sentyabr 2025 11:09

    Husilər İsrail ərazisinə hava hücumu həyata keçiriblər

    7 Sentyabr 2025 16:13
    Demo
    XƏBƏR LENTİ

    Zəfər xronikası. 27 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Bərdədə törətdiyi terrorlar bağlı paylaşım edib

    44 günlük Vətən müharibəsinin xronikası: 27 oktyabr

    Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan beş il ötür

    Tarixdə bu gün - 27 oktyabr

    Kolonial Amerikada Din

    Şimali Amerikanın yerli xalqları və Avropa yalanları

    Müharibənin adları dəyişir, mahiyyəti eyni qalır: döyüşün yeni doktrinası

    Nəsrullahın son istəyi və Tehranın susqunluğu

    XX əsr sənətinin simvolu - Pablo Pikasso

    Qəzza Məhkəməsi İsrailin Qəzzədəki cinayətlərini “Soyqırım” olaraq tanıdı

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.