Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Azərbaycan İslam Ensiklopediyası

    Netanyahu yenidən Suriyada şərt irəli sürdü – silahsız zona tələbi gündəmdədir

    14 Noyabr 2025 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İsrailin Baş naziri Benyamin Netanyahu cümə axşamı bəyan edib ki, Suriyanın prezidenti Əhməd əş-Şəraa ilə “gələcək münasibətlər” Cənub-Qərbi Suriyada, işğal olunmuş Colan təpələrinə bitişik ərazidə silahsız zona yaradılması üzrə əməkdaşlıqdan asılı olacaq. Bu arada Suriya xarici işlər naziri Əsəd əş-Şeybani bildirib ki, hökumət İsraillə gərginliyin artmasının qarşısını almağa çalışır və ölkəsinin ərazisində davam edən İsrail pozuntularına diplomatik yolla cavab verməyə çalışır.

    “Əş-Şəraa ilə gələcək münasibətlər Cənub-Qərbi Suriyada silahsız zona yaradılması sahəsində əməkdaşlıq əsasında müəyyən ediləcək. Əgər Cənub-Qərbi Suriyada silahsız zona reallaşarsa və oradakı druzlara davamlı qorunma təmin olunarsa, biz (Şəraa ilə münasibətlərdə) irəli gedə bilərik”.- Netanyahu “Times of Israel” qəzetinə müsahibəsində deyib.

    İsrail “druzların qorunması” bəhanəsi ilə Suriyaya qarşı ara-sıra hava zərbələri və quru toqquşmaları həyata keçirir. Halbuki Suriya hökuməti dəfələrlə vurğulayıb ki, druzlar Suriya cəmiyyətinin ayrılmaz hissəsidir və digər vətəndaşlar kimi bütün hüquqlara malikdirlər.

    “Əş-Şəraa barəsində mövqeyimə gəldikdə, mən kağız üzərində deyil, faktiki olaraq nələrin baş verdiyinə, nələrin həqiqətən əldə olunduğuna baxacağam” – deyə o bildirib və qeyd edib ki, Şəraanı “real vəziyyətə sasən” qiymətləndirəcək.

    ABŞ administrasiyası hazırda Dəməşq və Təl-Əviv arasında təhlükəsizlik sazişi üzərində işləyir. ABŞ Prezidenti Donald Tramp isə Suriyanı da “İbrahim sazişləri” çərçivəsinə daxil etmək niyyətindədir.

    Suriya xarici işlər naziri Əsəd əş-Şeybani Londonda, “Chatham House” institutunda keçirdiyi panel müzakirəsində (Suriya Xarici İşlər Nazirliyinin Media İdarəsinin əvvəlki bəyanatına görə, o, rəsmi, müddətsiz səfərlə Böyük Britaniyada rəsmi görüşlər aparır) deyib ki, “İsrail hazırda Suriyada mənfi rol oynayır və baş verən dəyişikliyə razı deyil. O, Suriyanın ərazisindəki pozuntularını davam etdirir, lakin biz təxribatlara uymadıq və cavabı diplomatiya vasitəsilə verməyə çalışdıq”.

    “Biz heç bir vasitəçi müharibənin tərəfi olmaq istəmirik. Sakitlik istəyirik, daxilə fokuslanmaq istəyirik, regional qarşıdurmalara girməməyə çalışırıq. İsraillə gərginliyi artırmamaq, onun ‘təhdid’ iddialarını boşa çıxarmaq üçün səy göstəririk”.- deyə nazir əlavə edib.

    Əş-Şeybani vurğulayıb ki, “Suriyanın yenidən qurulması üzərində işləyir və İsraillə mümkün istənilən razılaşmaya da bu prizmadan baxılır”.

    Bu kontekstdə, Əhməd əş-Şəraa Vaşinqtona səfərinin sonunda “Washington Post” qəzetinə verdiyi müsahibədə Netanyahunun tələb etdiyi kimi, Dəməşqin cənubunda silahsız zona yaradılmasına Suriyanın razı olub-olmayacağı sualına cavab verib.

    “Bütöv bir bölgənin silahsızlaşdırılması barədə danışmaq çətin məsələdir. Çünki əgər orada hər hansı xaos və ya nizamsızlıq yaranarsa, bölgənin təhlükəsizliyini kim təmin edəcək? Əgər bu silahsız zona bəzi tərəflər tərəfindən İsrailə qarşı hücum platforması kimi istifadə olunarsa, buna görə kim məsuliyyət daşıyacaq? Bu ərazilər Suriyaya məxsusdur və Suriya öz torpaqlarında sərbəst qərar vermək azadlığına malikdir. İsrail Colanı guya İsraili qorumaq üçün işğal etdiyini iddia edirdi. İndi isə Colanın ‘müdafiəsi’ naminə Suriyanın cənubuna yeni şərtlər diktə etməyə cəhd göstərir”- deyə XİN rəsmisi bildirib.

    2024-cü ilin sonlarında Suriya prezidenti Bəşər Əsədin devrilməsindən sonra İsrailin Suriyaya qarşı hücumları daha da artıb. Dəməşq qoşunların ayrılması barədə 1974-cü il sazişinə sadiq qaldığını bildirsə də, Təl-Əviv bu razılaşmanın “dağıldığını” elan edib.

    Suriya hökuməti İsrail üçün birbaşa təhlükə yaratmadığını vurğulasa da, İsrail ordusu Əsədin devrilməsindən sonra Suriyada yüzlərlə hava zərbəsi həyata keçirib, dinc sakinləri öldürüb, Suriya ordusuna məxsus obyektləri, texnikanı, silah və sursat anbarlarını məhv edib.

    İsrail 5 iyun 1967-ci il müharibəsindən bəri Suriya Colan təpələrini işğal altında saxlayır. Hazırda ABŞ vasitəçiliyi ilə Dəməşq və Təl-Əviv arasında təhlükəsizlik sazişinə dair danışıqlar davam edir.

    #AzerVoice #Təhlil #Colan Təpələri #Əhməd Əl-Şaraa #İsrailin Suriya siyasəti #İsrail və Colan təpələri #Colan təpələri İsrail üçün niyə əhəmiyyətlidir? #İsrailin Colan təpələrindəki hərbi varlığı beynəlxalq hüquqa uyğundurmu? #ABŞ vasitəçiliyi #Colan yüksəkliklərində İsrail fəaliyyəti #Colan təpələri münaqişəsi #Colan təpələri İsrail işğalı #Əhməd əş-Şəraa #AzerVoice Analitik Təhlil Mərkəzi #İsrail–Suriya gərginliyi #Cənub-Qərb Suriya böhranı #Druz icmasının təhlükəsizliyi #Netanyahu şərtləri #Əhməd əş-Şəraa açıqlamaları #Suriya diplomatiyası #Təl-Əviv hücumları #1974-cü il qüvvələrin ayrılması sazişi #Suriya–İsrail danışıqları #Golan yüksəklikləri məsələsi #Suriya xarici siyasəti #Netanyahunun Əhməd əş-Şəraa ilə əməkdaşlıq üçün silahsız zona şərti #İsrailin Druz icmasına dair iddiaları və Suriyanın mövqeyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əsədin devrilməsindən sonra ABŞ Suriya sanksiyalarını aradan qaldırır

    11 Dekabr 2025 13:06

    8 Dekabr Suriya Azadlıq Günü: Azadlıq uğrunda onillik mübarizənin simvolu

    9 Dekabr 2025 10:25

    Kanada Suriyanı “terrorizmi dəstəkləyən dövlətlər” siyahısından çıxardı

    6 Dekabr 2025 11:57

    BMT Təhlükəsizlik Şurası 14 İldən Sonra İlk Dəfə Suriyaya Səfər Edib

    4 Dekabr 2025 14:40

    Dirçəliş Hələbdən başladı – Prezident Əhməd əş-Şəraa

    1 Dekabr 2025 15:32

    Suriya Aralıq dənizi əməkdaşlıq forumunda iştirakını bərpa edib

    1 Dekabr 2025 14:47

    Suriya ərazisində İsrail qüvvələrinin hərbi fəaliyyəti artıb

    1 Dekabr 2025 14:05

    İran İsrailin Suriyaya hücumlarını pisləyib

    29 Noyabr 2025 13:45

    İran kəşfiyyatı: ABŞ və İsrail Xameneini hədəf alır — Tehran “müharibə təzyiqi” altında birləşməyə çağırır

    24 Noyabr 2025 12:24

    Qərb ölkələrində çoxluğun hakimiyyəti, ərəb dünyasında isə niyə əksinədir?

    23 Noyabr 2025 20:50

    İki ayağını Əfqanıstanda itirən Mast Suriya sanksiyalarının ləğvinə dəstək verib

    22 Noyabr 2025 22:23

    Çayçı oğlu İslamofob Modi, pedofil Epşteyn və İsrail

    22 Noyabr 2025 07:58
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə XİN Ukraynanın Çornomorsk limanına hücumla bağlı açıqlama yayıb

    Mərmərədəki seysmik proseslər böyük İstanbul zəlzələsi riskini artırır - New York Times

    Tarixdə bu gün – 13 Dekabr

    Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Latviyada anılıb

    Suriya ilə sərhədlərin müəyyənləşdirilməsinə hazırıq - Livan Prezidenti

    ABŞ-də Epşteynin albomundan Trampın da yer aldığı 19 yeni fotoşəkil yayımlanıb

    Mahmud Abbas İtaliyanı Fələstin Dövlətini tanımağa çağırıb

    İsrail Qətərə hücum etməyib, yalnız konkret şəxsi hədəf alıb - ABŞ səfiri

    Türkiyəyə məxsus CENK-T yük gəmisinin Odessa limanı yaxınlığında vurulduğu iddia olunub

    BMT Qəzzaya humanitar yardımların daxil olması ilə bağlı qətnamə qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.