Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Hakan Fidan Davosda imza mərasimində şəxsi qələmindən istifadə etməsinin səbəbini açıqlayıb

    24 Yanvar 2026 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Türkiyənin xarici işlər naziri Hakan Fidan İsveçrənin Davos şəhərində keçirilən 56-cı Dünya İqtisadi Forumunda “Sülh Şurası”nın imza mərasimində şəxsi qələmindən istifadə etməsi ilə bağlı yayılan müzakirələrə aydınlıq gətirib.

    AzerVoice xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanı təmsil edən Hakan Fidan NTV telekanalına müsahibəsində bildirib ki, imza mərasimində masada olan qələmi bəyənmədiyi üçün öz qələmindən istifadə edib. Nazir vurğulayıb ki, söhbət rəsmi və beynəlxalq əhəmiyyətli sənəddən getdiyi üçün bu detallara xüsusi önəm verib.

    Hakan Fidan qeyd edib: “Açığı, oradakı qələmi bəyənmədim. Vacib bir sənəd imzalayırıq və ölkəmizi təmsil edirik”. Onun sözlərinə görə, beynəlxalq protokolda bu cür detallara diqqət yetirmək təmsilçilik baxımından önəmlidir.

    Nazir açıqlamasında ABŞ Prezidenti Donald Trampa da toxunaraq bildirib ki, Trampın da imza mərasimində xüsusi qələmdən istifadə etdiyini görüb. “Cənab Trampın xüsusi qələm ilə imza atdığı bir mərasimdə mənim də yanımda daim istifadə etdiyim şəxsi qələmim var idi və onunla imza atmağı uyğun bildim”, – deyə Hakan Fidan əlavə edib.

    Qeyd edək ki, Davosda keçirilən mərasimdə Fidanın öz qələmi ilə imza atması sosial mediada və beynəlxalq mediada geniş müzakirələrə səbəb olmuşdu.

    #Hakan Fidan Davosda imza mərasimində niyə şəxsi qələmindən istifadə edib? #Davos detalları: Hakan Fidanın qələm seçimi gündəm oldu #Türkiyə XİN rəhbəri imza mərasimində protokol detalını açıqladı #Hakan Fidan Sülh Şurası imzası ilə bağlı danışdı #Davosda diqqət çəkən an: Fidanın şəxsi qələmi #Türkiyədən beynəlxalq protokola incə mesaj #Hakan Fidan Davos’ta neden kendi kalemini kullandı? #Davos’taki imza töreninde kalem detayı #Fidan’dan kendi kalemimle imzaladım açıklaması #Barış Kurulu imzasında dikkat çeken an #Hakan Fidan’ın kalem tercihi gündem oldu #Davos’ta protokol mesajı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriyadakı inkişafları yaxından izləyirik - Türkiyə MN

    12 Fevral 2026 13:41

    İslam dünyası nəqliyyatla strateji gücə çevrilə bilər - Ərdoğan

    12 Fevral 2026 12:34

    Sudanda "Bayraktar AKINCI" PUA Çin istehsalı olan hava hücumundan müdafiə sistemini məhv edib

    11 Fevral 2026 20:05

    Türkiyədə yeni nazirlərin andiçməsi zamanı gərgin anlar yaşanıb

    11 Fevral 2026 18:56

    Ərdoğan təhqirə məruz qalan qadın bələdiyyə sədrinə dəstək verib

    11 Fevral 2026 15:48

    Türkiyə istehsalı pilotsuz dəniz vasitələri Səudiyyədə

    11 Fevral 2026 13:12

    Türkiyə ilə əməkdaşlıq üçün konkret təkliflərə açığıq - Sərdar Berdiməhəmmədov

    11 Fevral 2026 12:26

    Yunanıstanın Baş naziri Türkiyəyə rəsmi səfər edəcək

    11 Fevral 2026 11:29

    Mustafa Çiftçi yeni daxili işlər naziri kimi ilk açıqlamasını verib

    11 Fevral 2026 10:59

    Türkiyədə Daxili İşlər və Ədliyyə nazirləri dəyişib

    11 Fevral 2026 04:00

    Ərdoğan üç ölkənin səfirlərini qəbul edib

    10 Fevral 2026 16:28

    GÖKBEY Səudiyyə Ərəbistanında istehsal olunacaq: Tarixi müqavilə imzalandı

    10 Fevral 2026 16:25
    XƏBƏR LENTİ

    Socar-ın qaz hasilatı 1,4 faiz artıb

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    Dövlət Komitəsi Çağrı Mərkəzini istifadəyə verib

    Bu il 1336 nəfər Dövlət Məşğulluq Agentliyinin peşə kurslarına cəlb olunub

    Energetika naziri İranın ölkəmizdəki səfirini qəbul etdi

    Kəpəz BOKT 1 milyon manatlıq istiqraz yerləşdirib

    Finca Azerbaijan 1 milyon dollarlıq istiqraz yerləşdirib

    Vecon Consulting 300 illik tarixi olan nəhəng şirkətlə müqavilə imzalayıb

    Mərkəzi Bankın 10 milyonluq notları yerləşdirilib

    Mərkəzi Bankın notlarına investisiya marağı artıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.