Əsas səhifə » Husilər İsrailin Hayfa şəhərinə raket zərbəsi endiriblər

Husilər İsrailin Hayfa şəhərinə raket zərbəsi endiriblər

BAKI, AzerVoice

Yəmənin "Ənsar Allah" (husilər) hərəkatı İsrailin Hayfa şəhərindəki obyektinə hipersəs ballistik raketi ilə zərbə endirib.

AzerVoice xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Səriə məlumat verib.

“Yəmən qüvvələri hərbi əməliyyat həyata keçirərək işğal altındakı Hayfa bölgəsində yerləşən israilin əhəmiyyətli obyektinə hipersəs ballistik raketi ilə zərbə endirib. Bu, bir neçə saat ərzində həyata keçirilmiş ikinci əməliyyatdır” – deyə, o husilərə məxsus "Al Masirah" telekanalında çıxışında bildirib.

Bundan əvvəl, cümə günü husilər İsrailin şimalında yerləşən Ramat-David hava bazasına raket zərbəsi endirdiklərini açıqlamışdılar. İsrail ordusunun mətbuat xidməti Yəmən istiqamətindən raketin atıldığını bildirib. Səhər saatlarında isə İsrail ordusu ölkənin hava məkanından kənarda bir raketi ələ keçirib.

Digər Kateqoriyalar

2025 © Azervoice