BAKI, AzerVoice
Yəmənin "Ənsar Allah" (Husilər) hərəkatı İsrailin Negev səhrasındakı Nevatim aviabazasına raket zərbəsi endiriblər.
AzerVoice xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Səriə bildirib.
"Yəmən qüvvələri hipersəs ballistik raketi ilə hərbi əməliyyat keçirərək, Fələstinin cənubundakı işğal olunmuş Negev səhrasında yerləşən Nevatim aviabazasını hədəfə alıb" – deyə, Yəhya Səriə Al Masirah telekanalına bildirib.
Həmçinin oxuyun: Husilər İsrail ərazisinə hava zərbələri endirib
Bundan əvvəl İsrail ordusu Yəməndən atılan raketin qarşısının alındığını bildirmişdi. Həyəcan siqnalları Ölü dəniz bölgəsində və Arava vadisində eşidilmişdi. Ordunun mətbuat xidmətinin məlumatında qeyd edilib ki, raket İsrailin hava məkanına çatmamışdan əvvəl məhv edilib.
Daha əvvəl də husilər Nevatim aviabazasına hipersəs ballistik raketi ilə zərbə endirildiyi barədə bənzər bir açıqlama yaymışdılar. İsrail ordusu isə bildirmişdi ki, Yəməndən atılan raket həmin vaxt da zərərsizləşdirilib.