Əsas səhifə » ABŞ Rusiyaya qarşı yeni sanksiya paketi hazırlayıb

ABŞ Rusiyaya qarşı yeni sanksiya paketi hazırlayıb

BAKI, AzerVoice

ABŞ, Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar fonunda Rusiyaya təzyiqi artırmaq məqsədilə yeni bir sanksiya paketi hazırlayıb.

AzerVoice xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, yeni iqtisadi sanksiyalar paketinə bank və enerji sektorlarında məhdudiyyətlər daxil ola bilər.

Məlumata görə, hələlik ABŞ prezidenti Donald Trampın bu sanksiyaları tətbiq edib-etməyəcəyi dəqiq deyil.

Bundan əvvəl ABŞ Dövlət katibi Marko Rubio qeyd etmişdi ki, rəsmi Vaşinqton Ukraynaya dair sülh prosesini təhlükəyə atmamaq üçün Rusiya ilə bağlı yeni sanksiyalar tətbiq etmir. Tramp da aprelin 24-də verdiyi açıqlamada, sanksiyaların sərtləşdirilməsi ehtimalı ilə bağlı suala bir həftə sonra cavab verməyi üstün tutduğunu bildirmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice