BAKI, AzerVoice
Pentaqon, nüvə olmayan döyüş başlığına malik dəniz əsaslı hipersəs raketinin prototipini sınaqdan keçirib.
AzerVoice xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyi məlumat verib.
Məlumata görə, sınaqlar Florida ştatının Kanaveral burnunda baş tutub. Raket, “soyuq start” adlanan üsulla buraxılıb – bu metodda raket, mədən və ya konteynerdən qaz təzyiqi ilə çıxarılır və yalnız havada, buraxılış platformasından təhlükəsiz məsafəyə çatdıqdan sonra əsas mühərriki işə düşür.
ABŞ Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Conni Volf bildirib ki, soyuq qaz texnologiyası, raketin platformadan təhlükəsiz şəkildə ayrılmasına və gəmidən uzaq məsafədə uçuşa başlamasına imkan yaradır.
Gələcəkdə bu hipersəs raketləri "Zumwalt" layihəsinə aid esmineslərlə təchiz ediləcək.