BAKI, AzerVoice
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş İsrailin Suriyaya etdiyi hücumları qınayıb.
AzerVoice xəbər verir ki, bu haqda BMT sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında verdiyi açıqlamada bildirib.
“Baş katib Antonio Quttereş İsrailin Suriyanın suverenliyini pozan hücumlarını, o cümlədən Dəməşqdə Prezident Sarayının ətrafına etdiyi hücumu pisləyir” - deyə, açıqlamada qeyd olunub.
Antonio Quterreş İsrailə hücumlara son verməs və Suriyanın ərazi bütövlüyünə zərər verməməsi barədə çağırış edib.
Xatırladaq ki, İsrail ordusu Dəməşqdə Prezident Sarayının yaxınlığında yerləşən bir hədəfə zərbə endirdiyini açıqlayıb.
İsrail tərəfindən verilən açıqlamada hücumun, Dürzi icmasına qarşı təhlükələri önləmək məqsədilə həyata keçirildiyi bildirilib.