Əsas səhifə » İsrail ordusu Dəməşq və Həmaya hava zərbələri endirib

İsrail ordusu Dəməşq və Həmaya hava zərbələri endirib

BAKI, AzerVoice

İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtı Dəməşqin Xarasta yaşayış məntəqəsinə və ölkənin mərkəzində yerləşən Həma vilayətinə hava zərbələri endirib.

AzerVoice xəbər verir ki, bu barədə Suriya mətbuatı məlumat verib.

Məlumata əsasən, Xarasta yaşayış məntəqəsinə edilən hava hücumu nəticəsində azı bir mülki şəxs həlak olub. Həma vilayətinə endirilən hava zərbələri nəticəsində dörd nəfər yaralanıb.

Bu hücumlarla bağlı İsrail tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, bundan əvvəl İsrail ordusu Dəməşqdə Prezident Sarayının yaxınlığında yerləşən bir hədəfə zərbə endirmişdi.

İsrail tərəfindən verilən açıqlamada hücumun, Dürzi icmasına qarşı təhlükələri önləmək məqsədilə həyata keçirildiyi bildirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice