11
BAKI, AzerVoice
ABŞ qüvvələri Suriya ərazisindəki iki hərbi bazanı tərk edib.
AzerVoice xəbər verir ki, bu barədə "Al Watan" qəzeti məlumat yayıb.
Məlumata əsasən, 200 hərbi nəqliyyat vasitəsindən ibarət karvan Deyr-əz-Zor visyətindəki iki hərbi bazanı tərk edərək İraqın şimalına doğru hərəkət edib.
Məlumata görə, ABŞ hərbçiləri və döyüş texnikası, Deyr-əz-Zor vilayətinin şərqində yerləşən Əl-Ömər neft yatağı və Koniko qaz yatağındakı obyektlərdən çıxarılıb. İraqdakı ABŞ bazalarına köçürülən hərbçilərin dəqiq sayı açıqlanmayıb.