12
BAKI, AzerVoice
İsrail hərbi hava qüvvələri Suriyanın Latakiya vilayətindəki hərbi obyektlərə hava zərbələri endirib.
AzerVoice xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Məlumata görə, hücumlar Cəbel-əş-Şaara bölgəsini hədəfə alıb.
Suriyanın "Al Watan" qəzetinin verdiyi məlumata görə isə, son saatlarda İsrail Suriyanın bir neçə vilayətində yerləşən obyektlərə ümumilikdə 18 hava zərbəsi endirib.