5
BAKI, AzerVoice
Yəməndəki “Ənsar Allah” (husilər) hərəkatının formalaşdırdığı silahlı qüvvələr, son əməliyyatları zamanı ABŞ-yə məxsus Harry Truman təyyarədaşıyan gəmisinə birbaşa zərbə endirildiyini istisna etməyiblər.
AzerVoice xəbər verir ki, bu barədə Husilərin nəzarətində olan Al Masirah telekanalı məlumat yayıb.
“Hərbi əməliyyatımız zamanı Harry Truman təyyarədaşıyanına birbaşa zərbə endirildiyini istisna etmirik və gözləyirik ki, o, istənilən an döyüş bölgəsini tərk edəcək” – deyə, məlumatda bildirilib.