Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Kimdir

    Həsən əl-Turabi kimdir?

    11 May 2025 15:29
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    1989-cu il Sudan çevrilişindən 2016-cı ildəki ölümünə qədər Sudan siyasətinə güclü təsir göstərən Həsən əl-Turabi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə mübahisə doğuran fiqur olaraq yadda qalıb. O, bir tərəfdən siyasi İslamın fəlsəfi əsaslarını qoyan ziyalı, digər tərəfdən isə qərbdə radikal ideologiyaların qorxulu təbliğatçısı kimi tanınıb. Onun həyatı və fəaliyyəti həm tərəfdarları, həm də tənqidçiləri üçün uzun müddət gündəmdə qalıb.

    Həsən əl-Turabi 1 fevral 1932-ci ildə Sudanın şərqində yerləşən Kassala şəhərində, sufi ailəsində dünyaya gəlib. Orta təhsilini Xartumda başa vurduqdan sonra hüquq sahəsində təhsil almağa qərar verən Turabi, 1955-ci ildə Xartum Universitetini bitirib. Daha sonra Londonda və Parisdə Sorbonna Universitetində təhsilini davam etdirərək hüquq üzrə doktorluq dərəcəsi alıb. Hələ tələbəlik illərində Müsəlman Qardaşlar hərəkatına qoşulan Turabi, 1960-cı illərdə təşkilatın Sudan bölməsində əsas fiqura çevrildi.

    İslamçılıq və siyasi yüksəliş

    1964-cü ildə İslam Xartiya Cəbhəsinə rəhbər seçilən Turabi 1960-cı illərin ortalarında parlamentə də daxil oldu. O, Sudan siyasətində İslam əsaslı partiyaların təşkilatlanmasında və təbliğatında mühüm rol oynadı. Lakin 1969-cu ildə general Cəfər Nimeyrinin həyata keçirdiyi hərbi çevriliş nəticəsində həbs edildi. 1977-ci ildə azadlığa çıxdıqdan sonra isə Nimeyrinin baş prokuroru və xarici siyasət üzrə məsləhətçisi oldu. 1985-ci ildə yenidən həbs olunsa da, həmin ilin sonunda buraxıldı və Milli İslam Cəbhəsini (NIF) təsis etdi.

    1989-cu il çevrilişi və gizli güc

    1989-cu ilin 30 iyununda general Ömər əl-Bəşir başda olmaqla bir qrup hərbçi hakimiyyətə əl qoydu. Rəsmi məlumatlara görə, Həsən əl-Turabi də bu çevrilişin hədəfi olmuş və bir neçə ay həbsdə saxlanmışdı. Lakin qısa zaman ərzində yeni rejimdə onun təsiri aydın görünməyə başladı. NIF-in əsas kadroları hökumətdə yüksək vəzifələrə yerləşdirildi, ölkədə İslamlaşma siyasəti gücləndi və şəriət qanunları tətbiq olunmağa başlandı.

    1990-cı illərdə Turabi rəsmi və qeyri-rəsmi mövqelərdən istifadə edərək faktiki olaraq ölkənin əsas siyasi qərarlarını yönəldən şəxsə çevrildi. İddia olunur ki, onun rəhbərliyi altında Sudan “polis dövləti”nə çevrildi, müxaliflər və jurnalistlər təqib olundu, insan haqları kobud şəkildə pozuldu. Hər zaman ikili standartlarla çıxış etməyə adət edən Human Rights Watch təşkilatı 1994-cü ildə yaydığı hesabatda Sudanda siyasi məhbusların sistematik işgəncələrə, zorakılıqlara və hətta edama məruz qaldığını bildirmişdi.

    Beynəlxalq əlaqələr və şəbəkələr

    Həsən əl-Turabi yalnız Sudan daxilində deyil, həm də beynəlxalq səviyyədə İslamçılıq hərəkatlarını birləşdirməyə çalışırdı. 1990–1991-ci illərdə Xartumda təsis etdiyi Ərəb və İslam Xalqları Konqresi vasitəsilə HƏMAS, Hizbullah, Fələstin Azadlıq Təşkilatı, Misir İslam Cihadı və digər qruplarla əlaqə yaratdı. Məlumata görə, 1991-ci ildə Usamə bin Laden Turabinin dəvəti ilə Sudana köç etmiş və burada 1996-cı ilə qədər yaşamışdı. Bin Laden bu dövrdə hökumətə yolların çəkilməsi və cənubda separatçılarla mübarizədə kömək etmişdi.

    Turabi eyni zamanda Carlos kimi tanınan beynəlxalq terrorçunu da Sudanda qorumağa çalışmışdı. Onun fəaliyyəti nəticəsində 1993-cü ildə ABŞ Sudanı terrora sponsorluq edən ölkələr siyahısına daxil etdi.

    1996-cı ildə beynəlxalq sanksiyalar və Sudanın təcrid olunması fonunda Turabinin siyasi nüfuzu zəifləməyə başladı. 1999-cu ildə prezident əl-Bəşirlə fikir ayrılığına düşərək siyasi koalisiyadan uzaqlaşdırıldı. Bundan sonra o, Populyar Milli Konqres adlı yeni partiya quraraq müxalifətə keçdi. O dövrdən etibarən dəfələrlə həbs edildi. 2001-ci ildə, 2003, 2004 və 2011-ci illərdə müxtəlif səbəblərlə tutuldu və sərbəst buraxıldı. 2009-cu ildə Beynəlxalq Cinayət Məhkəməsinin Bəşirə qarşı həbs qərarı verdiyi zaman Turabi onu məhkəməyə təslim olmağa çağırdı, lakin sonradan bu mövqeyindən geri çəkildi.

    Ölümü və irsi

    5 mart 2016-cı ildə Xartumda qəfil ürək tutmasından dünyasını dəyişən Turabinin dəfn mərasimi minlərlə insanın iştirakı ilə keçirildi. O, Burri Al-Lamab qəbiristanlığında torpağa tapşırıldı. Onun ölümü ilə Sudan bir dövrü arxada qoydu.

    Turabinin irsi Sudan və daha geniş mənada İslam dünyasında hələ də müzakirə mövzusudur. Bir tərəfdən o, şəriət hüququnun müasir dövrə uyğunlaşdırılması və qadınların cəmiyyətə inteqrasiyası kimi mövzularda irəli fikirli hesab olunur, digər tərəfdən isə radikal İslamçı şəbəkələrlə əlaqələrinə görə sərt tənqidlərə məruz qalıb. Onun siyasətə və İslam düşüncəsinə təsiri mübahisəli olsa da, danılmazdır.

    #Kim-kimdir
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Lesley Blanch Kimdir?

    9 Avqust 2025 18:10

    Zahran Mamdani kimdir?

    13 İyul 2025 19:30

    Rüstəm Minnixanov Kimdir?

    6 İyul 2025 12:28

    Əhməd Şah Məsud kimdir?

    5 İyul 2025 13:30

    Reza Pəhləvi Kimdir?

    29 İyun 2025 15:58

    Seyid Asim Munir Əhməd Şah Kimdir?

    28 İyun 2025 13:43

    Əl-Kindi Kimdir?

    8 İyun 2025 16:31

    Əbdülfəttah Əl-Sisi Kimdir?

    1 İyun 2025 11:03

    Hüsnü Mübarək Kimdir?

    31 May 2025 17:53

    Eli Kohen Kimdir?

    25 May 2025 16:52

    Dəspinə Xatun kimdir?

    4 May 2025 19:20

    Müqtəda əs-Sədr Kimdir?

    3 May 2025 15:36
    Demo
    XƏBƏR LENTİ

    Ermənilərin Gəncəyə beşinci raket hücumundan 5 il ötür

    Tarixdə bu gün - 17 oktyabr

    Türkiyədə Fövqəladə Hallar və Müdafiə Planlaşdırılması İdarəsi yaradılıb

    Birinci vitse-prezident Mehriban Əliyeva Vatikanda Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüşüb

    Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışı olub Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib

    İsrail və ABŞ Yəməndə Husi liderinə sui-qəsd həyata keçirib

    Dövlətə xəyanətdə ittiham olunan 4 nəfərin məhkəməsi başlayıb

    Sahibə Qafarova ICAPP sədri ilə Asiyada siyasi əməkdaşlıq məsələlərini müzakirə edib

    USACC ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransı keçirəcək

    Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasının rəisi saxlanıldı

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.