Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Kimdir

    Hüsnü Mübarək Kimdir?

    31 May 2025 17:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Hüsnü Mübarək (tam adı: Məhəmməd Hüsnü Əs-Səyyid Mübarək; ərəbcə: محمد حسني السيد مبارك) 4 may 1928-ci ildə doğulub, 25 fevral 2020-ci ildə vəfat edib. O, Misir hərbi-siyasi sisteminin tanınmış simalarından biri olub və 1981–2011-ci illərdə ölkənin dördüncü prezidenti kimi fəaliyyət göstərib. Eyni zamanda, 1981–1982-ci illərdə baş nazir vəzifəsini də icra edib. Bundan əvvəl, 1975–1981-ci illərdə prezident Ənvər Sədatın dövründə vitse-prezident vəzifəsində çalışıb.

    Siyasi karyerasına qədər Hüsnü Mübarək Misir Hərbi Hava Qüvvələrində peşəkar zabit kimi xidmət edib. 1972–1975-ci illərdə bu qüvvələrin komandanı olub və 1973-cü ildə hava marşalı rütbəsinə yüksəlib.

    1981-ci ildə Ənvər Sədatın sui-qəsd nəticəsində öldürülməsindən sonra Mübarək prezident vəzifəsini tək namizədlə keçirilən referendumla üzərinə götürüb. 1987, 1993 və 1999-cu illərdə yenidən bu üsulla vəzifəyə təsdiqlənib. ABŞ-ın təzyiqi ilə 2005-ci ildə ilk dəfə çoxpartiyalı seçkilər keçirilib və Mübarək qalib elan olunub.

    1989-cu ildə Misirin Ərəb Dövlətləri Liqasındakı üzvlüyünü bərpa etdirməyə nail olub və təşkilatın mənzil qərargahını yenidən Qahirəyə qaytarmışdır. O, İsrail–Fələstin sülh prosesinə dəstək verməklə və Körfəz müharibəsində iştirakla tanınırdı.

    Hərçənd onun hakimiyyəti ərzində sabitlik və müəyyən iqtisadi artım müşahidə olunmuşdu, lakin bu dövr eyni zamanda repressiyalarla, fövqəladə vəziyyətin ləğv edilməməsi, müxalifətin susdurulması, təhlükəsizlik qüvvələrinin qəddarlığı və korrupsiyanın yayılması ilə yadda qaldı.

    2011-ci ilin yanvar ayında ölkədə baş verən etirazlardan sonra, 18 günlük nümayişlərin ardından Mübarək vəzifədən istefa verdi və hakimiyyəti Silahlı Qüvvələrin Ali Şurasına təhvil verdi. Bundan sonra o, 2011-ci il inqilabı zamanı dinc etirazçıların öldürülməsində əli olmaq ittihamı ilə məhkəməyə cəlb edildi. Beləliklə, Hüsnü Mübarək, ölkəsində adi məhkəmədə mühakimə olunan ilk ərəb lideri oldu.

    2012-ci ildə ömürlük həbs cəzası alsa da, 2013-cü ildə apellyasiya məhkəməsi hökmü ləğv edərək yenidən baxılmasını əmr etdi. 2015-ci ildə korrupsiya ittihamı ilə oğlu və özü məhkum edildi. 2017-ci ilin martında o, bütün ittihamlardan bəraət aldı və azadlığa buraxıldı.

    Hüsnü Mübarək 2020-ci ildə 91 yaşında vəfat etdi. Ona hərbi dəfn mərasimi keçirildi və Qahirə yaxınlığında ailə qəbiristanlığında dəfn olundu. Onun prezidentliyi 30 il davam etdi və bu, Məhəmməd Əli Paşadan sonra Misirə ən uzun müddət rəhbərlik etmiş şəxs olması ilə tarixə düşdü.

    #Kim-kimdir
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Lesley Blanch Kimdir?

    9 Avqust 2025 18:10

    Zahran Mamdani kimdir?

    13 İyul 2025 19:30

    Rüstəm Minnixanov Kimdir?

    6 İyul 2025 12:28

    Əhməd Şah Məsud kimdir?

    5 İyul 2025 13:30

    Reza Pəhləvi Kimdir?

    29 İyun 2025 15:58

    Seyid Asim Munir Əhməd Şah Kimdir?

    28 İyun 2025 13:43

    Əl-Kindi Kimdir?

    8 İyun 2025 16:31

    Əbdülfəttah Əl-Sisi Kimdir?

    1 İyun 2025 11:03

    Eli Kohen Kimdir?

    25 May 2025 16:52

    Həsən əl-Turabi kimdir?

    11 May 2025 15:29

    Dəspinə Xatun kimdir?

    4 May 2025 19:20

    Müqtəda əs-Sədr Kimdir?

    3 May 2025 15:36
    Demo
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzairi ənənəvi dostluq və qardaşlıq münasibətləri birləşdirir

    Fənərbaxça Beşiktaşa qarşı

    Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

    İran Sudanın ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edib

    Ərdoğanın sərəncamı ilə qanunsuz mərcə qarşı yeni tədbirlər paketi qüvvəyə minib

    Türkiyədə 4,2 bal gücündə zəlzələ baş verib

    Zəngəzur dəhlizi: Asiya və Avropanın uzlaşma layihəsi

    Azərbaycan - Gürcüstan ticarət dövriyyəsi 624 milyon dolları keçib

    Lariçani xəbərdarlıq edir: siyasi liderlər təhlükəni dərk etməyib

    Bu gün Fələstin əsilli amerikalı ictimai xadim Edvard Səid doğulub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.