Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Neft və qaz

    “OPEC plus”un 40-cı iclasında maksimum davamlı istehsal gücünün qiymətləndirilməsi mexanizmi qəbul edilib

    30 Noyabr 2025 20:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Energetika naziri Pərviz Şahbazov onlayn formatda keçirilən Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 40-cı iclasında iştirak edib.

    AzerVoice xəbər verir ki, iclasda gündəlik xam neft hasilatının 2026-cı ilin sonuna qədər sabit saxlanılması və maksimum davamlı istehsal gücünün qiymətləndirilməsi mexanizmi ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da öz dəstəyini ifadə edib.

    İclas zamanı qlobal neft bazarındakı vəziyyət, hasilat səviyyələri və kompensasiyaların yerinə yetirilməsinə dair müzakirələr aparılıb. OPEC Katibliyi tərəfindən hazırlanmış və Əməkdaşlıq Bəyannaməsi ölkələrində 2027-ci il üzrə neft hasilatının baza səviyyələrinin müəyyən edilməsində istinad göstəricisi kimi istifadə olunacaq Maksimum Davamlı İstehsal Gücünün (MSC) qiymətləndirilməsi mexanizmi təsdiqlənib. Həmçinin OPEC Katibliyinə 2019-cu il 2 iyul tarixində imzalanmış Əməkdaşlıq Xartiyasının məqsədlərinə nail olmaq üçün plan hazırlamaq və bu planı növbəti nazirlər görüşündə təqdim etmək tapşırılıb.

    Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 41-ci iclasının gələn ilin 7 iyun tarixində keçirilməsi razılaşdırılıb.

    “OPEC plus”un 40-cı iclasında maksimum davamlı istehsal gücünün qiymətləndirilməsi mexanizmi qəbul edilib
    #Azərbaycan #OPEC+
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Mikromobillik vasitələri ilə 13 milyon kilometr məsafə qət edilib

    26 Yanvar 2026 17:04

    Azərbaycanın qış turizmi imkanları Almaniyada tanıdılıb

    26 Yanvar 2026 16:53

    Dövlət teatrlarında idarəetmə mexanizmləri təkmilləşdirilib

    26 Yanvar 2026 16:39

    Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşları qəbul edib

    26 Yanvar 2026 16:33

    İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi

    26 Yanvar 2026 15:50

    Maliyyə naziri Sahil Babayev Dünya Bankının nümayəndə heyəti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

    26 Yanvar 2026 15:41

    Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialına beynəlxalq ISO sertifikatları təqdim edilib

    26 Yanvar 2026 13:51

    PwC Azərbaycan və Bakı Fond Birjası Azərbaycanın kapital bazarlarının inkişafı üçün əməkdaşlığı gücləndirir

    26 Yanvar 2026 13:14

    İsrailin xarici işlər naziri Bakıda dini tolerantlığı vurğulayıb

    26 Yanvar 2026 12:45

    Ceyhun Bayramov ilə israilli həmkarı arasında təkbətək görüş keçirilir

    26 Yanvar 2026 12:45

    Son bir ildə Nazirliyin fəaliyyət sahələri üzrə 711 min e-arayış verilib

    26 Yanvar 2026 11:28

    Milli Məclisin sədri Bəhreyn Kralı ilə görüşdü

    26 Yanvar 2026 11:10
    Demo
    XƏBƏR LENTİ

    Mövcud yanaşma davam edərsə, Türkiyənin Aİ-yə üzvlüyü mümkün deyil - Hakan Fidan

    Qəzzada saxlanılan son israilli əsirin cəsədi tapılıb

    Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Moldova və Çinə təhvil verdi

    "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib

    Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb

    İsrail “Əl Cəzirə” və “Əl-Məyadin” telekanallarını bloklayıb

    "Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiqlənib

    Prezident İlham Əliyev bir sıra qanunların tətbiqi ilə bağlı Sərəncam imzalayıb

    Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsində dəyişiklik edilib

    Prezident İlham Əliyev bir sıra qanunlarda dəyişiklik edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.