Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Kimdir

    Rəqid əl-Tatari kimdir?

    13 Dekabr 2024 10:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice, ArabAZ

    Suriya müxalifət qüvvələri Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriya həbsxanalarında saxlanılan on minlərlə məhbusu azad edib. Xalqının İranın maraqlarına qurban verən Əsəd isə Rusiyaya qaçıb.

    Ötən bazar günündən etibarən azad edilmiş məhbusların şəkilləri və hekayələri ictimaiyyətə yayaılmağa başladı, çünki onlar rejimin həbsxanalarında qeyri insani şəraitdə və dözlməz şərtlərdə saxlanılırdılar.

    Son günlər sosial mediada ən çox yayılan şəkillərdən biri 1981-ci ildə 27 yaşında həbs edilən və nəhayət azadılğa buraxılan pilot Rəqid əl-Tatarinin görüntüləridir.

    Əl-Tatari 43 ildən sonra işığ üzü gördü. Əsəd ailəsinə YOX deyən bilən cəsur insan sonunda azdlığına qovuşa bildi.

    Əl-Tatari kimdir?

    Rəqid əl-Tatari 1955-ci ildə Dəməşqdə anadan olub. Onun türkmən olduğunu iddia edənlər də var. O, iyirmi yaşında Suriya Hərbi Hava Qüvvələrində pilot olub.

    Xəbərlərdə deyilir ki, o, Həma əyalətindəki obyektləri bombalamaqdan və ya ordudan ayrılan həmkarları haqqında məlumat verməkdən imtina etdikdən sonra Suriya hökuməti onu zabit və hərbi pilot kimi işindən azad edib. Bundan Bəşşar Əsədin atası Hafiz Əsədin hakimiyyət illərində yaşanıb.

    Həbs olunacağını bilən, Rəqid ailəsi ilə birlikdə 1980-ci ildə İordaniyaya, sonra isə Misirə getməyə məcbur oldu və 1981-ci ildə Birləşmiş Millətlər Təşkilatına sığınacaq üçün müraciət etdi, lakin bu məsələ rədd edildi.

    Bu, onu 1981-ci il noyabrın sonlarında ölkəsinə qayıtmağa məcbur etdi və burada Hafiz Əsəd rejimi tərəfindən Dəməşq Beynəlxalq Hava Limanında həbs edildi.

    İnsan haqları təşkilatları Əl-Tatarini “Suriyada ən uzun siyasi həbs müddətini” keçirmiş hesab edir və o, sosial media istifadəçilərinin dediyi kimi “məhbusların komandiri” kimi tanındı.

    Əl-Tatari vəhşicəsinə işgəncələrə məruz qaldı. Əvvəlcə Baş Kəşfiyyat Həbsxanasına aparıldı daha sonra isə, Mezzeh Hərbi Həbsxanasına göndərildi. Onun ölkənin deməık olar ki bütün həbsxanalarında olduğu deyilir.
    1982-ci ildə bir neçə hərbi məhkəmə qarşısına çıxarılana qədər ona qarşı heç bir ittiham irəli sürülmədi.Lakin o azadlığa da buraxılmadı.

    Kəşfiyyat şöbələrinin zirzəmilərində çətin bir dövr keçirdikdən sonra Mezzeh Hərbi Həbsxanasına qədər dəhşətli amansızlıq “səyahəti” başladı. Əl-Tatari 1982-ci ildə dəhşətli səhra həbsxanasına Palmiradakı həbsxanaya köçürüldü və 21 il orada qaldı.

    Bundan sonra o, Saydnaya Hərbi Həbsxanasına köçürüldü və burada həbsxana tarixinin ən çətin 10 ilini keçirdi, bu müddət ərzində məhbuslar üsyan qaldırdılar və son dərəcə vəhşiliklə üzləşdilər.

    2011-ci ildə Əl-Tatari Daxili İşlər Nazirliyinin nəzarəti altında olan Adra şəhərindəki Dəməşq Mərkəzi Həbsxanasına köçürüldü, burada qohumları və dostları ilə görüşə bilməyib və həbs olunan digər məhbuslar kimi dəhşətli şəraitdə yaşayıb.

    #Rəqid əl-Tatari kimdir?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri

    11 Yanvar 2026 22:00

    Vaşinqtona sərt müxalif mövqeyi ilə tanınan Venesuela daxili işlər naziri kimdir?

    11 Yanvar 2026 04:00

    Ordu rəhbərindən dövlət başçısına - Cozef Aun kimdir?

    10 Yanvar 2026 15:18

    Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges kimdir?

    7 Yanvar 2026 04:00

    Venesuelada “ilk döyüşçü” : Siliya Qavidiya Flores kimdir?

    6 Yanvar 2026 15:44

    Ən islahatçı ABŞ prezidenti - Teodor Ruzvelt kimdir?...Bu gün onun ölüm günüdür

    6 Yanvar 2026 10:00

    İraq parlamentinin yeni sədri Heybət əl-Hələbusi kimdir?

    4 Yanvar 2026 15:30

    Suriyanı bölməyə çağıran ələvi şeyxi Qəzal Qəzal kimdir?

    3 Yanvar 2026 19:32

    Maduro hekayəsi: Populizm, avtoritarizm və ABŞ müdaxiləsi fonunda Venesuela

    3 Yanvar 2026 15:11

    Liverpulun Fatiməsi: Britaniyada İslamı qəbul edən ilk qadının hekayəsi

    31 Dekabr 2025 17:04

    Bu gün edam edilən Səddam Hüseyn kimdir?

    30 Dekabr 2025 14:17

    Bu gün sui-qəsd nəticəsində öldürülən Benazir Bhutto Kimdir?

    28 Dekabr 2025 18:00
    Demo
    XƏBƏR LENTİ

    Vatikan Maduro üçün ABŞ-la gizli diplomatik əlaqə saxlayıb

    Bu gün Papa Tampliyer Cəngavərlərini rəsmi olaraq “Tanrının ordusu” elan etdi

    Tarixdə bu gün – 13 yanvar

    Pakistanda polis maşınına edilən hücumda 7 polis həlak olub

    İraq əsilli sabiq britaniyalı nazir ifrat sağçı “İslahat” Partiyasına qoşuldu

    SOCAR qazma trestində yeni platformanı istifadəyə verib

    "Real Madrid" baş məşqçi Xabi Alonsonu istefaya göndərib

    Netanyahu Qəzza öhdəliklərindən yayınmaq üçün Livanı mümkün müharibə meydanına çevirir

    Qrenlandiya Trampın iddialarını rədd etdi

    Beynəlxalq Məhkəmədə Myanmara qarşı rohinca soyqırımı işi başlayıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.