BAKI,AzerVoice
Türk aviasiyasının banisi və ilk baş pilotu kimi tanınan Vecihi Hürkuş türk aviasiya tarixində silinməz iz qoymuş şəxsiyyətlərdən biridir. O, bütün həyatını uçuşa, texniki yeniliyə və milli aviasiyanın inkişafına həsr edib. Vecihi Hürkuş 18 yanvar 1896-cı ildə İstanbulda anadan olub. Gənc yaşlarından hərbi xidmətə başlayan Hürkuş Balkan müharibəsi zamanı könüllü olaraq döyüşlərdə iştirak edib. Daha sonra İstanbul Ordu Komandanlığının qərarı ilə Beykoz Serviburun əsir düşərgəsinə komandir təyin olunub. Onun həyatında dönüş nöqtəsi isə Təyyarə Maşinisti Məktəbinə daxil olması olub. Məhz burada o, peşəkar pilot və aviasiya mütəxəssisi kimi formalaşıb.
Birinci Dünya Müharibəsi dövründə Bağdad cəbhəsində maşinist kimi xidmət edən Vecihi Hürkuş, 1917-ci ildə Qafqaz cəbhəsində rus təyyarəsini vuraraq Türk aviasiya tarixində düşmən təyyarəsini məhv edən ilk türk pilotu kimi tarixə düşüb. Müharibə zamanı yaralanaraq Nargin adasında əsir düşsə də, böyük cəsarət göstərərək oradan qaçmağa nail olub.
Qurtuluş Müharibəsi illərində həyata keçirdiyi uğurlu kəşfiyyat uçuşları ilə ön plana çıxan Hürkuş, Yunan təyyarəsini vuraraq həm döyüş bacarığını, həm də qəhrəmanlığını sübut edib. Bu xidmətlərinə görə o, üç dəfə Türkiyə Böyük Millət Məclisinin tərifinə layiq görülüb və İstiqlal Medalı ilə təltif edilib.
1924-cü ildə İzmir şəhərində yunanlardan qalmış aviasiya materiallarından istifadə edərək Türkiyənin ilk yerli təyyarəsi sayılan “Vecihi K-VI” modelini inşa edib. Bu təyyarə ilə 28 yanvar 1925-ci ildə uçuş həyata keçirsə də, rəsmi icazə almadığı üçün cəzalandırılıb. Həmin dövrdə texniki komissiyada mütəxəssis çatışmazlığı olduğu üçün təyyarənin yoxlanılması mümkün olmayıb. Ona deyilən “təyyarənizə güvənirsinizsə, uçun və bizi xilas edin” ifadəsi dövrün çətinliklərini açıq şəkildə göstərir.
Sonrakı illərdə Kayseridə Türkiyə-Almaniya birgə aviasiya fabriki qurmaq təklifi ilə Almaniyaya gedən Hürkuş burada təyyarə texnikası və mühəndisliyi üzrə biliklərini daha da artırıb. 1930-cu ildə Kadıköydə qısa müddətdə inşa etdiyi “Vecihi K-XIV” adlı idman və təlim təyyarəsi Türkiyənin ilk mülki təyyarəsi kimi tarixə düşüb.
Uçuş sertifikatı almaq üçün təyyarəsini sökərək Çexoslovakiyaya – Praqaya göndərən Hürkuş, bütün sertifikatları oradan əldə edib. Onun təşəbbüsü ilə 1932-ci ildə Mülki Təyyarə Məktəbi yaradılıb. Bu məktəbdə Türkiyənin ilk qadın pilotu Bedriye Gökmen də daxil olmaqla yeni nəsil pilotlar yetişdirilib.
İş adamı Nuri Dəmirağın dəstəyi ilə dəniz təyyarələrinin istehsalına başlayan Hürkuş, “Nuri bəy” adını verdiyi təyyarəni cəmi 92 günə tamamlayaraq İstanbulun Beşiktaş səmtində nümayiş uçuşu həyata keçirib.
1934-cü ildə Atatürkün tapşırığı ilə “Türkkuşu” adlı yeni təhsil ocağı yaradılıb. Bu qurumun müxtəlif şəhərlərdə filialları açılıb və yüzlərlə pilot hazırlanıb. Vecihi Hürkuş 1939-cu ildə Almaniyada hava və maşın mühəndisliyi üzrə diplom alıb.
Daha sonra 1947-ci ildə “Türk Kanadı”, 1954-cü ildə isə “Hürkuş Hava Yolları” şirkətini təsis edib. Lakin uçuş icazələri ilə bağlı üzləşdiyi bürokratik çətinliklər onun fəaliyyətini iflic edib. Təyyarələri tərk edilib, ciddi maddi itkilər yaşayıb. Son təyyarəsi isə Mineral Tədqiqat və Kəşfiyyat İnstitutuna təhvil verilib.
Vecihi Hürkuş 1969-cu ilin iyul ayında beyin qanaması nəticəsində vəfat edib. Onun adı və xidmətləri Türk aviasiya tarixində əbədi olaraq yaşayır.
Vecihi Hürkuşun həyat yolu təkcə bir pilot və mühəndisin bioqrafiyası deyil, eyni zamanda Türk millətinin iradəsinin, yeniliyə açıq düşüncəsinin və azadlıq ruhunun simvolu kimi qiymətləndirilir.
Vecihi Hürkuş, türk aviasiyasının banisi, ilk baş pilot, Türk aviasiya tarixi, ilk türk təyyarəsi Vecihi K-VI, Vecihi K-XIV, mülki təyyarə məktəbi 1932, Türkkuşu 1934, Nuri Dəmirağ dəstəyi, dəniz təyyarəsi istehsalı, Qurtuluş Müharibəsi kəşfiyyat uçuşları, İstiqlal Medalı, Nargin adasından qaçış, Hürkuş Hava Yolları 1954 Веджихи Хюркуш, основатель турецкой авиации, первый главный пилот, история авиации Турции, первый турецкий самолет Vecihi K-VI, Vecihi K-XIV, гражданская летная школа 1932, Türkkuşu 1934, Нури Демираг, производство гидросамолетов, разведывательные вылеты в Войне за независимость, медаль Истикляль, побег с острова Наргин, авиакомпания Hürkuş 1954 Vecihi Hurkus, founder of Turkish aviation, first chief pilot, Turkish aviation history, first Turkish aircraft Vecihi K-VI, Vecihi K-XIV, Civil Aviation School 1932, Turkusu 1934, Nuri Demirag support, seaplane production, reconnaissance flights in the Turkish War of Independence, Istiklal Medal, escape from Nargin Island, Hurkus Airlines 1954 وجيهي هوركوش، مؤسس الطيران التركي، أول طيار رئيسي، تاريخ الطيران في تركيا، أول طائرة تركية فيجيهي K-VI، فيجيهي K-XIV، مدرسة الطيران المدني 1932، ترك قوشو 1934، دعم نوري دميراغ، إنتاج الطائرات المائية، رحلات استطلاع في حرب الاستقلال، وسام الاستقلال، الهروب من جزيرة نارغين، خطوط هوركوش الجوية 1954 Vecihi Hürkuş, Türk havacılığının kurucusu, ilk baş pilot, Türk havacılık tarihi, Türkiye’nin ilk uçağı Vecihi K-VI, Vecihi K-XIV, 1932 Sivil Tayyare Mektebi, 1934 Türkkuşu, Nuri Demirağ desteği, deniz uçağı üretimi, Kurtuluş Savaşı keşif uçuşları, İstiklal Madalyası, Nargin Adası’ndan kaçış, 1954 Hürkuş Hava Yolları وجیهی هورکوش، بنیانگذار هوانوردی ترکیه، نخستین خلبان ارشد، تاریخ هوانوردی ترکیه، نخستین هواپیمای ترکیه Vecihi K-VI، Vecihi K-XIV، مدرسه هوانوردی غیرنظامی 1932، ترککوشو 1934، حمایت نوری دمیراغ، تولید هواپیمای دریایی، پروازهای شناسایی در جنگ استقلال، مدال استقلال، فرار از جزیره نارگین، خطوط هوایی هورکوش 1954 Vecihi Hürkuş, fundador de la aviación turca, primer piloto jefe, historia de la aviación de Turquía, primer avión turco Vecihi K-VI, Vecihi K-XIV, Escuela de Aviación Civil 1932, Türkkuşu 1934, apoyo de Nuri Demirağ, producción de hidroaviones, vuelos de reconocimiento en la Guerra de Independencia, Medalla İstiklal, escape de la isla Nargin, aerolínea Hürkuş 1954 ヴェジヒ・ヒュルクシュ, トルコ航空の先駆者, 初代主席パイロット, トルコ航空史, 国産機 Vecihi K-VI, Vecihi K-XIV, 民間航空学校 1932, トゥルククシュ 1934, ヌリ・デミラール支援, 水上機生産, 独立戦争の偵察飛行, イスティクラル勲章, ナルギン島からの脱出, Hürkuş航空 1954 维吉希·胡尔库什, 土耳其航空奠基人, 首任首席飞行员, 土耳其航空史, 土耳其第一架飞机 Vecihi K-VI, Vecihi K-XIV, 1932民航飞行学校, 1934 Türkkuşu, 努里·德米拉支持, 水上飞机制造, 独立战争侦察飞行, 独立勋章, 纳尔金岛逃脱, 1954胡尔库什航空 וג'יהי הורקוש, מייסד התעופה הטורקית, הטייס הראשי הראשון, היסטוריית התעופה בטורקיה, המטוס הטורקי הראשון Vecihi K-VI, Vecihi K-XIV, בית ספר לתעופה אזרחית 1932, Türkkuşu 1934, תמיכת נורי דמיראע, ייצור מטוסי ים, טיסות סיור במלחמת העצמאות, מדליית איסתיקלאל, בריחה מאי נרגין, חברת התעופה Hürkuş 1954 Vecihî Hürkuş, damezrînerê havayîtiya Tirkî, yekem pilotê ser, dîroka havayîtiya Tirkî, balafira yekem a Tirkî Vecihi K-VI, Vecihi K-XIV, dibistana balafirê ya sivîl 1932, Türkkuşu 1934, piştgiriya Nûrî Demirağ, çêkirina balafirên avê, firînên keşfê di Şerê Azadiyê de, Madalya Îstîqlal, revîna ji Girava Nargîn, Hürkuş Hava Yolları 1954 Վեջիհի Հյուրքուշ, թուրքական ավիացիայի հիմնադիր, առաջին գլխավոր օդաչու, Թուրքիայի ավիացիայի պատմություն, Թուրքիայի առաջին ինքնաթիռ Vecihi K-VI, Vecihi K-XIV, քաղաքացիական ավիացիայի դպրոց 1932, Türkkuşu 1934, Նուրի Դեմիրաղի աջակցություն, ջրային ինքնաթիռների արտադրություն, հետախուզական թռիչքներ Անկախության պատերազմում, Իստիքլալ մեդալ, փախուստ Նարգին կղզուց, Hürkuş ավիաընկերություն 1954