Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Kimdir

    Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri

    11 Yanvar 2026 22:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Liviyanın sabiq lideri Müəmmər Qəddafinin qızı Aişə Qəddafi 1977-ci il dekabrın 25-də anadan olub. O, Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin ikinci həyat yoldaşı Safiya Farkaşdan olan beşinci övladı və yeganə bioloji qızıdır. Aişə Qəddafi Paris Didro Universitetində təhsil alıb, daha sonra Paris I Panteon–Sorbonna Universitetində hüquq üzrə ali təhsil alıb.

    O, Liviya silahlı qüvvələri ilə hərbi hazırlıq keçərək polkovnik-leytenant rütbəsinədək yüksəlib. 2000-ci ildə, İraqa qarşı sanksiyalar tətbiq edildikdən sonra Aişə 69 məmurdan ibarət nümayəndə heyəti ilə Bağdada səfər edib. 2003-cü ildə, İraqın işğalından bir qədər əvvəl isə Səddam Hüseynlə görüşüb.

    Həmin il Aişə Qəddafi Londonun Hayd Parkında, Spikerlər guşəsində Müvəqqəti İrlandiya Respublika Ordusuna (IRA) dəstək məqsədilə çıxış edib. 2010-cu ildə IRA-ya verdiyi dəstəklə bağlı sorğu-sual edilərkən o, belə deyib:
    “Mən həmişə bütün azadlıq hərəkatlarının tərəfdarı olmuşam. Britaniya Britaniyadır, İrlandiya isə İrlandiya.”

    O, həmçinin Səddam Hüseynin devrilməsindən sonra İraq üsyançılarını açıq şəkildə dəstəkləyərək, bildirib ki, “xaricdən gələn, qadınlarınızı zorlayan və öz xalqınızı öldürən işğalçı orduya qarşı vuruşmaq qanunidir.”

    2011-ci ildə Aişə Qəddafi ABŞ dövlət katibi Hillari Klintonun və ABŞ prezidenti Barak Obamanın siyasətini kəskin şəkildə tənqid edib.

    24 iyul 2009-cu ildə Aişə Qəddafi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Liviya üzrə Milli Xoşməramlı Səfiri təyin edilib. Onun bu vəzifədə fəaliyyəti əsasən Liviyada HİV/QİÇS, yoxsulluq və qadın hüquqları ilə bağlı problemlərin həllinə yönəlmişdi.
    Lakin 2011-ci ilin fevralında BMT Aişəni bu statusdan məhrum edib.

    Aişə Qəddafi 2004-cü ilin iyulunda həmçinin İraqın keçmiş prezidenti Səddam Hüseynin hüquqi müdafiə komandasına qoşulub. O, eyni zamanda ABŞ prezidenti Corc Buşa ayaqqabı atan jurnalist Muntəzər əl-Zeydini müdafiə edən xeyriyyə təşkilatına rəhbərlik edib.

    3 iyun 2012-ci ildə Aişə Qəddafi vəkili Nik Kaufman vasitəsilə Beynəlxalq Cinayət Məhkəməsinin hakimlərinə müraciət edərək, prokuror Fatou Bensoudadan atasının və qardaşı Mütəssim Qəddafinin qətlinin araşdırılması ilə bağlı hansı addımların atıldığını açıqlamağı tələb edib.

    2011-ci ilin avqustunda, Tripoli uğrunda döyüşlər kulminasiya nöqtəsinə çatanda Qəddafi ailəsi möhkəmləndirilmiş iqamətgahını tərk etmək məcburiyyətində qaldı. 22 avqustda Liviya üsyançıları Tripoli döyüşü zamanı Aişə Qəddafinin evini ələ keçirdilər.

    27 avqust 2011-ci ildə Misirin MENA xəbər agentliyinin məlumatına görə, Liviya üsyançıları ehtimal edirdilər ki, Qəddafi rejiminin yüksək rütbəli nümayəndələrini daşıyan altı zirehli “Mercedes-Benz” sedanı Liviyanın cənub-qərbində yerləşən Qadames bölgəsində Əlcəzair sərhədini keçib. Həmin vaxt bu məlumat Əlcəzair hakimiyyəti tərəfindən təkzib edilmişdi.

    Lakin 29 avqustda Əlcəzair hökuməti rəsmi şəkildə bəyan etdi ki, Safiya Farkaş, Aişə Qəddafi və qardaşları Məhəmməd və Hannibal həmin gün Əlcəzairə daxil olublar. Əlcəzair Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, konvoydakı bütün şəxslər hazırda ölkə ərazisindədir və onların adları Beynəlxalq Cinayət Məhkəməsinin mümkün müharibə cinayətləri ilə bağlı verdiyi orderlərdə yer alır.

    Əlcəzairin BMT-dəki daimi nümayəndəsi Murad Benmehidi daha sonra əlavə edib ki, ailə yerli vaxtla saat 08:45-də Mercedes avtomobilləri və avtobusla Sahara səhrasının giriş nöqtəsinə çatıb. Qrupun dəqiq sayı açıqlanmayıb, lakin çoxlu uşağın olduğu, həmçinin Müəmmər Qəddafinin konvoyda olmadığı bildirilib. Aişənin hamilə olması və doğuşa az qalması səbəbilə qrupa humanitar əsaslarla giriş icazəsi verilib. Əlcəzair hökuməti bu barədə sonradan Liviya Milli Keçid Şurasını da məlumatlandırıb.

    2012-ci ilin oktyabrında Aişə Qəddafi iki qardaşı və digər ailə üzvləri ilə birlikdə Əlcəzairi tərk edərək Oman Sultanlığına gedib və burada onlara siyasi sığınacaq verilib.

    2014-cü ildə Avropa İttifaqı sanksiya siyahısına dəyişiklik etsə də, Aişə Qəddafini siyahıdan çıxarmayıb. O isə atasının ölümündən sonra sanksiyalar üçün hüquqi əsas qalmadığını bildirərək məhkəməyə müraciət edib. 2017-ci ilin yanvarında Avropa İttifaqının Baş Məhkəməsi onun şikayətini təmin edərək bütün sanksiyaların və səyahət qadağalarının ləğv edildiyini elan edib və Aİ hökumətlərinə məhkəmə xərclərini ödəməyi tapşırıb.

    2017-ci ilin martından etibarən onun artıq Omanda deyil, İordaniyanın paytaxtı Əmmanda yaşadığı bildirilsə də, 2023-cü ilə qədər Aişə Qəddafinin hələ də Oman Sultanlığında olduğu haqda məlumatlar yayılıb.
    2021-ci ilin aprelində isə Aİ məhkəməsi onun Avropanın qara siyahısından çıxarılmasını bir daha təsdiqləyərək, artıq regionda sülh və təhlükəsizlik üçün təhlükə yaratmadığını bəyan edib.

    Aişə Qəddafi ərəb mətbuatında saçlarını sarıya boyadığına görə “Şimali Afrikanın Klaudiya Şiferi” ləqəbi ilə tanınırdı. Aprel 2006-cı ildə o, atasının əmisinin nəvəsi və ordu polkovniki Əhməd ilə ailə qurub. Onun həyat yoldaşı 26 iyul tarixində Qəddafinin iqamətgahının bombalanması zamanı həlak olub.

    #Aişə Qəddafi: Qəddafi ailəsinin ən tanınan simasının portreti #Müəmmər Qəddafinin qızı Aişə Qəddafinin siyasi və hüquqi fəaliyyəti #Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri #Aişə Qəddafi bioqrafiyası #Müəmmər Qəddafinin qızı #Qəddafi ailəsi #Liviya siyasi elitası #Aişə Qəddafi siyasi fəaliyyəti #Qəddafi ailəsinin sürgünü #Aişə Qəddafi harada yaşayır #Aişə Qəddafi kimdir? #Aişə Qəddafi harada yaşayır? #Who is Aisha Gaddafi? #Where is Aisha Gaddafi now? #Why was Aisha Gaddafi sanctioned?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri

    11 Yanvar 2026 22:00

    Vaşinqtona sərt müxalif mövqeyi ilə tanınan Venesuela daxili işlər naziri kimdir?

    11 Yanvar 2026 04:00

    Ordu rəhbərindən dövlət başçısına - Cozef Aun kimdir?

    10 Yanvar 2026 15:18

    Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges kimdir?

    7 Yanvar 2026 04:00

    Venesuelada “ilk döyüşçü” : Siliya Qavidiya Flores kimdir?

    6 Yanvar 2026 15:44

    Ən islahatçı ABŞ prezidenti - Teodor Ruzvelt kimdir?...Bu gün onun ölüm günüdür

    6 Yanvar 2026 10:00

    İraq parlamentinin yeni sədri Heybət əl-Hələbusi kimdir?

    4 Yanvar 2026 15:30

    Suriyanı bölməyə çağıran ələvi şeyxi Qəzal Qəzal kimdir?

    3 Yanvar 2026 19:32

    Maduro hekayəsi: Populizm, avtoritarizm və ABŞ müdaxiləsi fonunda Venesuela

    3 Yanvar 2026 15:11

    Liverpulun Fatiməsi: Britaniyada İslamı qəbul edən ilk qadının hekayəsi

    31 Dekabr 2025 17:04

    Bu gün edam edilən Səddam Hüseyn kimdir?

    30 Dekabr 2025 14:17

    Bu gün sui-qəsd nəticəsində öldürülən Benazir Bhutto Kimdir?

    28 Dekabr 2025 18:00
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Malkolm X-in qızı saxlanıldı

    Bu gün Haitidə dağıdıcı zəlzələ oldu

    Tarixdə bu gün – 12 yanvar

    Osmanlıda senzura mexanizmi: II Əbdülhəmid dövrünün mətbuat qaydaları

    Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri

    Qara Qarayev Azərbaycanın U-21 millisində işləyəcək

    Cüzam: qorxu ilə gerçəklik arasında bir xəstəlik

    İran hökuməti zəruri məhsullara ayırdığı xarici valyutanın qarşılığını birbaşa şəkildə vətəndaşlara verir - Pezeşkian

    Pezeşkian: İran hökuməti vətəndaşların dəstəyi ilə iqtisadi problemləri aradan qaldırmağa çalışır

    "Mançester Yunayted" "Çelsi"nin futbolçusunu istəyir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.