Bakı,AzerVoice
Müsəlmanların həftədə bir dəfə cəm halda yerinə yetirdikləri ibadət. Bu namaz həftənin hər beşinci günü icra edildiyinə görə, həmin günə “toplaş- maq” mənasınını verən “cümə günü” deyilmişdir. Qurani-Kərimdə “Cümə” adında surə mövcud olub, həmin surənin doqquzuncu ayəsi məhz bu ibadətlə bağlıdır. Cümə günləri gü- norta (zöhr) namazının yerinə qılınır. İki rükət fərz (vacib) namazı olmaqla yanaşı, əlavə namazdan əvvəl xütbəsi olan bir ibadətdir. Məzhəblərə görə, fərz namazdan əvvəl və sonra fərqli saylarda nafilə (sünnət) namazları da mövcudur.
Həmçinin oxuyun:
Nə üçün hər namazdan sonra Ayətəl-kürsi oxunur?
Türk mədəniyətindəki 54 fərz nədir?
İslamda məscid anlayışı
Ən geniş yayılmış şəkli fərzdən həm əvvəl, həm də sonra dörd rükət sünnə namazı qılındığı formasıdır. Bu namaz qadınlara, səfərdə olanlara, camaat iştirak edə bilməyən üzr sahiblərinə fərz deyil. Bunlardan hər hansı biri bu namazda iştirak edərsə, günorta namazını qılmaz.
Həmçinin oxuyun:
İslamın mənası nədir?
Qurban haqqında nələri bilirik?
Fərz nədir?
Namazın fərz olması üçün kişi olmaq, həbsdə olmamaq, kor olmamaq, ayaqdan sağlam olmaq və kəskin pis hava şəraiti, can təhlükəsi kimi halların olmaması şərtdir. Camaat sayının da məzhəblərə görə kifayət sayda olması şərtdir.
Cəfəri məzhəbində İmamın zühuruna kimi təxiri vacib olan bir namazdır.