Bakı. AzerVoice
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sülh razılaşması üzrə bəyannamə uzunmüddətli hərbi münaqişəyə son qoymuş tarixi əhəmiyyətli nailiyyət kimi qiymətləndirir.
AzerVoice xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldıbay "Telegram" kanalında yazıb.
"Prezident Kasım-Jomart Tokayev hesab edir ki, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sülh razılaşması tarixi əhəmiyyətə malik nailiyyətdir. Sənəd iki dövlət arasında uzunmüddətli hərbi münaqişəyə son qoyaraq möhkəm sülh əsasında diplomatik münasibətlərin qurulmasına və əməkdaşlığın inkişafına yol açıb", – Jeldıbay qeyd edib .