Bakı. AzerVoice
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astananın Azərbaycan və Ermənistan arasında razılaşmaların əldə olunmasına öz töhfəsini verdiyini hesab edir.
AzerVoice xəbər verir ki, bu barədə Prezident Tokayevin mətbuat katibi Ruslan Jeldıbay bildirib.
"Prezident Kasım-Jomart Tokayev qeyd edir ki, Qazaxıstan da Azərbaycan və Ermənistan arasında bu qədər mühüm razılaşmaların əldə olunmasına öz imkanları çərçivəsində töhfə verib, xüsusilə də sülh müqaviləsinin əsas parametrləri üzrə xarici işlər nazirləri səviyyəsində danışıqların keçirilməsi üçün Almatı şəhərini məkan kimi təklif edib", - Jeldıbay Telegram kanalında yazıb.